Marqaret Tetçer
Böyük Britaniyanın keçmiş Baş naziri

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Amerika – yeni İsraildir. Onu müqəddəslər yarada bilmədilər, əgər yaratsaydılar, çətin ki ora dirçələrdi.
- Atom bombası müharibənin qarşısını almaqda ən təsirli vasitə olduğu kimi, ölüm cəzası da cinayətkarlığın qarşısında sipərdir.
- Azadlıq elə belə verilmir, qan bahasına, üzücü zəhmət, gözyaşları, alın təri bahasına qazanılır... Azadlığın yox olmasına yol vermək olmaz. Azadlıq əbədi mövcud olmalıdır.
B redaktə
- Bu gün qadınların özlərini sübut etmək üçün xeyli imkanlar yaranıb; aramızda prezident olanları da var. Məncə, qadınlara çanta daha çox yaraşır, nəyinki süngər.
- Bu günün İngiltərəsində “Marks və Spenser” (məşhur geyim istehsalçısı – G.Ə) Marks və Engelsə qalib gəlib.
- Bu ölkənin bacarıq və sənətkarlığını formalaşdıran Hökumət deyildi... Səbirlə səbr edən, öz bizneslərini yavaş-yavaş quran fərdi şəxslər idi... Onların uğurları başqalarını işlə təmin etdi və bütövlükdə cəmiyyətə böyük fayda verdi. . Bu, İngiltərəni böyük edən və onu yenidən bərpa edə bilən ruh idi. Onun ruhsuz sosialist sistemi üçün məhv olmasını, yoxsa şanlı Britaniyanı yenidən yaratmaq üçün yaşamasını istəyirsiniz?
C redaktə
D redaktə
- Deməzdim ki, bəxtim gətirdi. Bütün həyatımı atama borcluyam. Maraqlıdır ki, balaca şəhərin kübar bir ailəsində öyrəndiklərim mənə seçkilərdə qələbə gətirdi.
- Demokratiya dövründə əxlaqi prinsipləri nəzərə almadan dövləti idarə etmək, demək olar ki, qeyri-mümkündür.
- Dövlət cəmiyyətdən fərqlidir. O nəticədə insanların ağası deyil, nökəridir.
- Dövlətin pulu yoxdur, yalnız vergi ödəyicilərinin pulu var.
- Dövlətlər məcburetmə hüququna, yəni öz ərazisində cinayətkarlığı boğmaq və xarici təhlükədən müdafiə kimi inhisarçı hüquqa malikdir.
E redaktə
- Evi idarə etməyin çətinliklərini bilən qadın ölkəni idarə etməyin də çətinliklərini bilər.
Ə redaktə
- Əgər bir şey söyləmək istəyirsənsə, kişidən soruş, bir şey edəcəksə, qadından soruş. (Vətəndaşların Milli Birliyinin konfransındakı çıxışından (20 may 1965)).
- Əgər mən tək 48 nəfərə qarşı gedəcəmsə, həmin 48 nəfərə yazığım gəlir.
- Əlbəttə, bayağılıq var. Onlar həqiqəti əks etdirmək üçün mövcuddurlar. Qalibiyyət ehtirası hamımızın içində var. Qalibiyyət – məşqə, qalibiyyət üsulu isə ləyaqətə bağlıdır.
H redaktə
- Hamımız nə vaxtsa nənə olmağa məcbur olacağıq.
İ redaktə
- İngiltərənin çoxdankı yaralarını sosializmlə sağaltmağa çalışmaq – leykemiyanı zəli ilə müalicə etməyə oxşayır.
K redaktə
- Keçmiş Sovet dissidenti Vladimir Bukovski bir dəfə rus atalar sözünü — “yumurtanı qırmamış qayğanaq bişirmək olmaz” – xatırladaraq demişdi ki, o həyatında qırılan yumurtalar çox görüb, amma hələ qayğanaq dadmayıb.
- Kiminsə haqqında fikir bildirmək üçün mənə on dəqiqə lazımdır. Ən qəribəsi odur ki, fikrim sonralar da sabit qalır.
- Kişilər öz sevdikləri qadını əsəbləşdirməyi və yenə də əsəbləşdirməyi sevirlər.
Q redaktə
- Qadın öz xarakterini göstərəndə “ləçər” deyirlər, kişi göstərəndə “yaxşı oğlan”.
M redaktə
- Məni tənqid edən insanlar mənim Temzanın dalğalarında necə addımlamağımı görsələr, deyərdilər ki, o, üzə bilmədiyi üçün belə edir.
- Məncə, konsensus – öz prinsip, dəyər və strategiyandan imtina prossesidir. Heç kimin inanmadığı və heç kimin mübarizə aparmadığı bir şeydir.
R redaktə
- Respublika idarəçilik formasının mahiyyəti insanın qüsurlarına qarşı mübarizə aparmaqdır.
S redaktə
- Siyasətdə bir sözün deyilməsini istəyirsinizsə, kişiyə müraciət edin. Yox əgər hansısa işin görülməsini istəyirsinizsə, qadına müraciət edin.
Y redaktə
- Yenidən tək millət olmağı öyrənməli olacağıq, yoxsa bir gün millət olmayacağıq.