Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Mehriban Arif qızı Əliyeva (26 avqust 1964, Bakı) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti (2017-ci ildən), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, ISESCO-nun xoşməramlı səfiri. UNESCO-nun xoşməramlı səfiri (2004–2022).

Mehriban Əliyeva
Doğum tarixi 26 avqust 1964
Doğum yeri Bakı
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Hər bir millətin qarşılaşa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır. Azərbaycan xalqı artıq neçə illərdir ki, belə bir haqsızlıqla üzləşmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. 20 mindən artıq insan həlak olmuş, 50 mindən çox adam yaralanmış və əlil olmuşdur. 1 milyondan artıq insan 10 ildən çoxdur ki, öz doğma torpağından didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanlılar ermənilər tərəfindən soyqırımına və etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bir milyondan çox soydaşımızın insan hüquqları tapdanmışdır. Bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsidir. Bütün bu reallıqlar, bütün bu həqiqətlər bizim ən ağır problemimizdir və biz artıq bu reallıqlarla, bu həqiqətlərlə XXI əsrə qədəm qoymuşuq. Bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdən bəri erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev siyasətinin ayrılmaz bir hissəsi idi. Heydər Əliyev hər bir xarici səfərinə Azərbaycanın xəritəsini də aparır və orada keçirilən görüşlər zamanı rastlaşdığı insanlara bütün həqiqətləri, faktları çatdırırdı və bunu hər bir azərbaycanlıya tövsiyə edirdi. Bu gün də həmin siyasət davam etdirilir.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə