Mişel de Monten
(Mişel Monten səhifəsindən yönləndirilmişdir)
Mişel de Monten -(1533-1592) - fransız filosofu və yazıçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Avaraçılıq ən böyük istedadı da məhv edir.
- Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.[1]
BRedaktə
- Başqalarına olduğu qədər özümüzə də yadıq.
- Başqalarının bilgisiylə bilgili olsaq belə, ancaq öz ağılımızla ağıllı olarıq.
- Bədəni razılıqsız və istəksiz sevmək ruhsuz və hissiz bədəni sevməkdir.
- Bir ailəni idarə etmək bir dövləti idarə etməkdən heç də asan deyildir.
- Bir məqsədə bağlanmayan ruh, yolunu itirər. Çünki hər yerdə olmaq, heç bir yerdə olmamaqdır əslində.
- Bir polyakı eynilə bir fransız kimi qucaqlayıram, dünya ilə qohumluğumu öz xalqımla qohumluğumun üstündə tuturam.
- Bizim sevdiyimiz insan bizə həqiqətən olduğundan gözəl görünür.
- Bütün günlər ölümə doğru gedir; son gün ona çatır.
CRedaktə
- Cəza uşaqlara verilən bir dərman sayılmalı və həmin düşüncə ilə verilməlidir.
DRedaktə
- Dostluğun qolları bir-birimizi dünyanın bir ucundan o biri ucuna kimi qucaqlaya biləcək qədər uzundur.
- Dünyamızdakı bütün müdrikliklər və mülahizələr son nəticədə bizi ölümdən qorxmamağı öyrədir.[2]
- Dünyaya gəldiyiniz gün bir tərəfdən yaşamağa, bir tərəfdən ölməyə başlarsınız.
- Düşmənindən də nəsə öyrənə bilərsən.
ERedaktə
- Elə məğlubiyyətlər var ki, öz şərəf və şöhrətinə görə ən parlaq qələbələrdən də geri qalmır.
- Eşq utanma və çəkinmənin olduğu yerdə vardır.
ƏRedaktə
- Ədalət olmayan yerdə əxlaqdan danışmaq gülüncdür.
- Ədalətin olmadığı yerdə əxlaq da yoxdur.
- Ən cox inandığımız şeylər, ən az bildiklərimizdir.
- Əsl dostlar, "iki bədəndə bir qəlb" olanlardı.
- Əsl kamillik axar suya bənzəyir: nə qədər dərindədirsə, bir o qədər sakitdir.[3]
- Əslində insanlar səni xəyal qırıqlığına uğratmır. Yalnız sən, səhv insanlar üzərində xəyal qurursan.
- Əzbərləmək xəyanətdir.
GRedaktə
- Gələcəyi bilmək mümkün deyil, əgər mümkün olsaydı, bütün arzu və xəyallarımız alt-üst olardı.[4]
- Güc və təxəyyüldən hadisələr doğur.
HRedaktə
- Hədəfi olmayan gəmiyə heç bir külək kömək etməz.
- Həqiqəti çılpaq görmək faydalıdır. Yalan isə qoy libaslara bürünsün.
- Hər gün bir-birini görmənin dadı başqa, ayrılıb qovuşmanın dadı başqadır.
- Həyat özü-özlüyündə nə yaxşıdır, nə də pis; ona yaxşılığı da, pisliyi də qatan sizsiniz.
- Həyatı düzgün yaşamağı onu əldən buraxdıqda anlayırıq.
XRedaktə
- Xəsislik bütün insan dəliliklərinin ən gülüncüdür.
İRedaktə
- İgidlik cəsarət və iradədən doğur.
- İllərin əlimizdən çəkib aldığı yaşama zövqlərini dişimiz, dırnağımızla müdafiə etməliyik.
- İnsan sevincini böyüdərək üzüntüsünü isə kiçildərək anlatmalıdır.
- İnsanlar başaqlara bənzərlər. İçləri boşkən başları havadadır, dolduqca əyilərlər.
KRedaktə
- Kral da, dilənçi də eyni iştahla acırlar.
- Kim şöhrətpərəstlik xəstəliynə tutulmuşsa, onun bütün ömrü iztirablarla zəhərlənmişdir.
QRedaktə
- Qarşınıza konkret məqsəd qoymamışsınızsa, heç nəyə nail ola bilməyəcəksiniz.
- Qorxu-qəddarlığın anasıdır.
- Qorxaqlıq amansızlığın anasıdır.[5]
MRedaktə
- Məktəblər basdırılmış gəncliyin həbsxanalarıdır.
- Mən kitabları deyil, kitablar məni yaratdılar.
- Mübahisə edərkən öz səhvini boynuna almaq, filosoflara məxsus nadir, qiymətli keyfiyyətdir.
- “Müdrikliyin ən gözəl sübutu əhval-ruhiyyənin həmişə yaxşı olmasıdır.
- Mürəkkəb hadisələr haqqında dərhal qərar vermək ən böyük axmaqlıqdır.
- Mütaliədən ucuz əyləncə yoxdur, mütaliənin zövqü isə uzun müddət davam edir.
ÖRedaktə
- Ölüm insanı hər cür borcdan azad edir, bircə şərəfsiz ölüm günahı onun üzərindən götürə bilmir.
- Ölümün bizi harada gözlədiyi müəyyən deyil, yaxşısı budur ki, biz onu hər yerdə gözləyək.
- Öz öhdəsinə heç bir vəzifə götürmədən evlənməyin özü də bir xəyanətdir.
- Özünü olduğundan az göstərmək, alçaqkönüllülük deyil axmaqlıqdır; özünə dəyərindən az qiymət qoymaq qorxaqlıqdır. Özünü oldugundan çox göstərmək də, çoxu dəfə qürurdan deyil axmaqlıqdandır.
- Öz-özlüyündə həyatın elə bir mənası yoxdur; həyatın qiyməti szin onu nələrə sərf etməyinizdən asılıdır.
SRedaktə
- Sokrat söylədi deyə deyil, öz yaradılışıma uyğun olduğundan, üstəlik həddindən artıqlığa belə qaçaraq, bütün insanları həmyerlim sayıram.
- Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur. [6]
TRedaktə
- Təvazökar ürəklərdə yaşayan düşüncələr, ən yüksək düşüncələrdir.
URedaktə
- Uğurlu evlilik sevgini rədd edir, onu dostluqla əvəz etməyə çalışır.
ÜRedaktə
- Üstün sayılan insanlara yaxından baxınca anladım ki, çoxu hər kəs kimi insandır.
YRedaktə
- Yalançılıq-ən alçaldıcı və ən iyrənc qəbahətdir
- Yaşlanmanın, üzümüzdən çox, ağılımızda qırışıqlıqlar meydana gətirəcəyindən qorxaram.
MənbəRedaktə
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.
İstinadlarRedaktə
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ Xəzinə. Bakı, 1997. səh.8
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.154
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.44