Mikelancelo
Mikelancelo Buonarroti (it. Michelangelo di Lodovico di Leonardo di Buonarroti Simoni; 6 mart 1475, Florensiya Respublikası – 18 fevral 1564, Roma, Papa dövləti) – italyan heykəltəraşı, boyakar, memar və şair. Renessans mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
BRedaktə
- Başqalarından daha mahir, daha bəlağətli, istedadlı və ağıllı insan görəndə ona heyran olmaya bilmirəm, özüm-özümə aid olmur və özümü ona təslim edirəm.
- Başqasını izləyənə qabaqda gedən deməzlər.
- Bizim əksəriyyətimiz üçün ən böyük təhlükə çox yüksək hədəf seçib uğursuzluğa düçar olmaq deyil, hədəfi çox aşağı səviyyədə seçmək və ona nail olmaqdır.
DRedaktə
- Dahilik əbədi səbir deməkdir.
ƏRedaktə
- Əgər insanlar ustalığımı nə qədər çətinliklə əldə etdiyimi bilsəydilər, bu ustalıq onlara gözəl görünməzdi.
- Əlimdən heç nə gəlməsə də, oxumağı bacarıram.
GRedaktə
- Gözəl bir şey heç vaxt onu eşitmək və görmək qabiliyyətsizliyi qədər ağrı vermir.
HRedaktə
- Heç kim özünü mənim kimi işlə üzməyib. Mən geçə-gündüz yalnız bir şey barədə-işləmək barədə düşünürdüm.
XRedaktə
- Xırda şeylərə diqqət mükəmməlliyə səbəb olur. Mükəmməllik isə artıq xırda şey deyil.
İRedaktə
- İlahi, elə et ki, edə biləcəyimdən çox istəyim.
- İncəsənət qısqancdır, o tələb edir ki, insan özünü bütünlüklə ona həsr etsin.
- İztirab vermədikləri təqdirdə insan əzalarının olduğunu bilərmi?
QRedaktə
- Qüsurlar heçdən meydana gəlir, amma "heç" də deyildir. [1]
MRedaktə
- Mən Allaha nail ola biləcəyimdən çox şükür edirəm.
- Mən fayda verən pisin, yaxud zərər verən yaxşının yaxşı olduğunu bilmirəm.
- Mən mərmər parçasında mələyi gördüm. Və onu azad edənə kimi daşı yondum.
- Mən özümü yalnız əlimdə iskənə olanda yaxşı hiss edirəm.
- Müşayiət etməyə vərdiş edən heç vaxt qabaqda olmayacaq.
ÖRedaktə
- Özgəsinin sevinci siziin üçün həmişə əzabdır.
- Özündə ideya əks etdirən hər bir əsərin qiyməti var.
RRedaktə
- Rəsm əsəri qısqancdır və rəqiblərinə dözmür. O mənə həyat yoldaşımı əvəz edir və mənə kifayət qədər ev qayğıları yaradır. Mənim əsərlərim mənim uşaqlarım olacaq.
- Rəsm əsərini ona boş yerə sərf edilən vaxta görə yox, onu yaradanın qabiliyyətinə, məharətinə görə qiymətləndirmək lazımdır.
SRedaktə
- Sevgi, Allahın insana Ona tərəf uçmaq üçün verdiyi qanaddır.
- Sənət paxıllıqdır: insandan özünü tamamilə ona verməyi tələb edir.
VRedaktə
- Vaxtı boş keçirməkdən pis şey yoxdur.
YRedaktə
- Yaradaraq tənqid edin.
İstinadlarRedaktə
- ↑ Aforizmlər. Bakı, 2013. səh.50