Miqel de Servantes
Migel de Servantes Saavedra (isp: Miguel de Cervantes Saavedra) — ispan yazıçısı, şair və dramaturqu. Onun "Don Kixot" romanı klassik Qərb və dünya ədəbiyyatının ən yaxşı romanlarından biri sayılır. Servantesin bədii üslubu ispan dilinin inkişafında mühüm rol oynamışdır.
Migel de Servantes | |||
Tam adı | Migel de Servantes Saavedra | ||
Doğum tarixi | 29 sentyabr 1547 | ||
Doğum yeri | Alkala de Enares, İspaniya | ||
Vəfat tarixi | 23 aprel 1616 | ||
Vəfat yeri | Madrid | ||
Dəfn yeri | convent of the Barefoot Trinitarians | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aclıq, dünyanın ən gözəl sousudur.
- Axmaqlara yaxşılıq etmək, dənizə su tökmək kimidir.
- Ağılsızlıqla müşayiət olan cəsarət özündə dəyanətdən çox dəliliyi birləşdirir.
- Alçaq insanlara yaxşılıq etmək, dənizə su daşımağa bənzər.
- Arvad alınası mal deyil, onu geri qaytardıqdan, dəyişdirdikdən və ya başqası ilə əvəz etdikdən sonra həyat sizi tərk edənə qədər sizdən ayrılmayan ayrılmaz bir yoldaşdır. Bu ilgəkdir: onu boynuna atan kimi Qordi düyününə çevrilir və bu düyün ölüm ülgücü ilə kəsilmədikcə açıla bilməz.
- At, sahibinə görə kişnəyər.
- Atanın xidmətləri oğula aid deyil.
B
redaktə- Bal, eşşəyin ağızı üçün deyil.
- Bəzi müdriklər dünyada yalnız bir ləyaqətli qadının olduğunu iddia edərək, hər kəsə bu yeganə layiqli qadının onun həyat yoldaşı olduğunu düşünüb inanmağı məsləhət görürdü, insan yalnız o zaman özünü rahat hiss edər.
- Bir qapı bağlıdırsa, digəri açılır.
- Biz bu dünyanı tərk edəndə və bizi torpağa tapşıranda, bizim də, knyazın da dəfn edildiyi yer bir parça eyni torpaqdan ibarət olur.
- Bizim hər birimiz - öz əməyimizin övladlarıyıq.
- Borcunu ödəməmək qərarıyla alver edən üçün, qiymətin əhəmiyyəti yoxdur.
- Böyük insanlar böyük yaxşılıqlar etməyə qadirdirlər.
- Bu dünyaya çılpaq gəldim, çılpaq da gedirəm.
- Bütün ağrılara dözmək olar, yetər ki çörəyin olsun.
- Bütün oxucuları məmnun edəcək bir əsər yazmaq tamamilə mümkün deyil.
C
redaktə- Cəsarətli ürəkdə bütün çətinliklər qırılır.
Ç
redaktə- Çox içki içən adam sirr saxlamır və vədlərini yerinə yetirmir.
D
redaktə- Dost uğrunda ölmək asan, lakin uğrunda ölünəcək dostu tapmaq çətindir.
- Dövlətdəki avara insanlar arı pətəyində işçi arıların balını yeyən erkək arılar kimidir.
- Döyüşə hazırlaşan onun yarısını udmuş olur.
- Dünyada heç bir şey nəzakət qədər ucuz başa gəlmir və insanlar tərəfindən onun qədər yüksək qiymətləndirilmir.
- Düşünmədən danışmaq, nişan almamış atəş açmaq kimidir.
- Dürüst bir qadının gözəlliyi atəşə bənzər: Yaxınlaşmayana heç bir zərəri toxunmaz.
- Dürüstlük ən yaxşı siyasətdir.
E
redaktə- Elə bir cismani və ruhi ağrı, iztirab yoxdur ki, o zamanı zəiflədib ölümü sağalda bilməsin.
- Eşq hər kəsi bərabər edər.
- Eşq nə ilə bəslənər? İltifat ilə.
- Eşqin eynəkləri elə çəhrayıdır ki, misi qızıl, yoxluğu varlıq, gözdəki çapığı inci kimi göstərər.
Ə
redaktə- Əgər səliqəsiz geyinənin səliqəsizliyində ikiüzlülük gizlənmirsə, səliqəsizlik onun ruhunun zəifləməsinə dəlalət edir.
- Əgər şeirdə adı dəqiq və aydın göstərilməyən qadın heç vaxt şeirin ona həsr edildiyinə inanmayacaq.
- Əqlə, düşüncəyə istinad etməyən şücaət dəlilikdir.
- Əldəki sərçə, uçan durnadan yaxşıdır
- Ən böyük fəlakət ölümdür.
- Əsl dost sağlamlıq kimidir: dəyəri itirildikdən sonra bilinir.
F
redaktə- Fəlakəti vaxtı boş keçirməklə, nə də tənbəlliklə aradan qaldırmaq mümkün deyil.
- Fəzilət yolu çox dar, qüsur yolu isə genişdir.
- Fiziki zəifliyi dəf edə bilməyənin ruhi iztirabları ağır keçir.
G
redaktə- Gələn xoşbəxtlikdən istifadə edə bilməyən, tərk edilən xoşbəxtlikdən şikayət etməməlidir.
- Günorta yeməyini az, axşam yeməyini isə daha az yeyin. Çünki bütün bədənin sağlamlığı mədəmizdən asılıdır.
H
redaktə- Hazırcavablılıq ağıllılıq əlamətidir.
- Heç kim qadının inciyib inciməyəcəyini yoxlaya bilməz. Çünki şüşədən düzəldilmişdir qadın.
- Heç kimi sevməyən qadın, heç kimdə qısqanclığa səbəb ola bilməz.
- Heç vaxt qazanmağa gücün çatan şeylər üçün yalvarmağa dözmə.
- Həddindən artıq içmiş adam sirr saxlamır və sözünə əməl etmir.
- Həqiqət bəzən əyilir, lakin heç vaxt sınmır və yağ suyun üzünə çıxdığı kimi, o da yalanın üzərinə çıxır.
- Həqiqətlə yaşa-ən yaxşı xütbə budur.
- Hər bir insan göylərin onu yaratdığı kimidir, bəzən isə daha pisdir.
- Hər bir oğru elə bilir ki, hamı oğurluq edir.
- Hər kəsin özünə görə bəzi dərdləri vardır, amma bu kimində qramladır, kimində kiloyla.
- Həyat xarab pul kimidir. İstədiyiniz qədər xərcləyə bilərsiniz. Amma yalnız bir dəfə.
- Həyatda ölümdən başqa hər şeyi düzəltmək olar.
X
redaktə- Xəyanət, bəlkə də kiməsə xoş gəlir, amma xainlərə hamı nifrət edir.
- Xoşbəxt o adamdır ki, səma ona bir tikə çörək göndərir və onun səmadan başqa heç kimə təşəkkür etməyə borcu yoxdur.
İ
redaktə- İnsan təhsillə doğulmaz, amma təhsillə yaşayar.
- İnsanların nə danışmasından asılı olmayaraq vicdanınıza uyğun yaşayın.
- İstənilən gözəllik sevilməyə layiq deyil: bəzən o, baxışı sevindirir, amma, ürəyi fəth etmir.
- İşsizliyin ən yaxşı dərmanı daimi və halal zəhmətdir.
K
redaktə- Kasıblıq, eşqin böyük düşmənidir.
- Kədər əziyyət çəkənin dilini həm bağlaya, həm də aça bilər.
- Kisəni həddən artıq doldurmaq onun yırtılması ilə nəticələnir.
Q
redaktə- Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər. [1]
- Qadının görünə biləcəyindən daha az gözəl görünməsi günahdır.
- Qadınlar onları sevənlərə laqeyd yanaşır, ona laqeyd olanları sevirlər.
- Qanuni arvad, ölənə qədər səndən əl çəkməyən, boynuna atılmış, sonradan düyünə çevrilən bir ilgəkdir.
- Qəddarlıq şücaətin yoldaşı ola bilməz.
- Qısqanclıq həmişə kiçik əşyaları böyüdən, cırtdanları nəhəng, şübhələri həqiqət edən müşahidə borusundan baxır.
- Quru şalvar ilə balıq tutulmaz.
L
redaktə- Lovğalıq insana alçaqlıq gətirir.
M
redaktə- Mahiyyət kimdən doğulduğunda yox, kiminlə yaşamağındadır.
- Məcburi sevmək olmaz.
- Musiqinin olduğu yerdə pislik var ola bilməz, davam edə bilməz.
- Müdrik insan bütün yumurtaları bir səbətə yığmır.
N
redaktə- Nəzakət qədər ucuz başa gələn, amma yüksək qiymətləndirilən heç nə ola bilməz.
O
redaktə- Oh, yaddaş, istirahətimin ölümcül düşməni ...!.
Ö
redaktə- Ölüm senyorunun gücü zərifliyindən daha çoxdur.
- Özünü öküzün önündən, qatırın arxasından, keşişin isə hər tərəfindən qoru.
- Özünü tərifləmək insanı alçaldır.
P
redaktə- Paltar insanı geyindirir və soyundurur.
- Parıldayan hər şey qızıl olsaydı, qızıl çox ucuz olardı.
- Pis hərəkətlər, nə qədər yerdən birdən bitən bitkilərə bənzəsə də, yenə də insan onlardan asanca bir çox şeylər öyrənə bilər.
- Pisə malik olmaqdansa, yaxşını gözləmək sərfəlidir.
R
redaktə- Ruh bədəndən üstün olduğu kimi, müəllim də atadan üstündür. Çünki ata bədəni, müəllim isəə ruhu inkişaf etdirir.
S
redaktə- Sevgi elə bir eynək taxır ki,ondan baxanda kasıblıq zənginlik kimi,od zərrələri qızıl və mirvari kimi görünür.
- Sevgi, misi qızıl, yoxsulluğu sərvət, alov qığılcımlarını isə mirvari kimi görən eynək taxır.
- Sevgini dəf etməyin yeganə yolu ondan qaçmaqdır.
- Səy göstərmək uğur qazanmağın anasıdır.
- Söz daş kimidir. Atdınsa, geri qaytara bilməzsən.
Ş
redaktə- Şərəf və ləyaqət ruhun bəzəyidir. Bunlar olmasa, bədən heç vaxt gözəl görünməz.
- Şərəfim həyatımdan daha qiymətlidir.
- Şiddətli fırtınanın arxasından sükunət gəlir.
- Şöhrətpərəstliyimizin digərinə zərər verməməsi çox nadir hallarda, daha doğrusu, heç vaxt olmur.
T
redaktə- Taleyin çarxı yel dəyirmanın pərlərindən daha sürətli fırlanır və dünən zirvəyə çatanlar bu gün zirvənin dibinə düşürlər.
- Tarix- əməllərimizin xəzinəsi, keçmişin şahidi, indiki zaman üçün nümunə və ibrət, gələcək üçün isə bir xəbərdarlıqdır.
- Təqib olunan və divara qısnanan pişik pələngə çevrilir.
- Tərif o zaman yaxşıdır ki, tərifləyən adam yaxşı olsun.
U
redaktə- Ucuz başa gələn şey aşağı qiymətləndirilir.
- Uzunçuluq həmişə xoşagəlməzdir.
- Uzunçuluq adətən cansıxıcılıq yaradır.
Ü
redaktə- Üzdəki boyadansa, ürəkdəki ləkə yaxşıdır.
V
redaktə- Verən qoy sussun, alan danışsın.
Y
redaktə- Yaxşı bir ağaca sarılan kölgəsiz qalmaz.
- Yaxşı ər - arvadın iki ruhu, bir iradəsi var.
- Yalançı tarixçiləri saxta pul kəsənlər kimi edam etmək lazımdır.
- Yaşamaq və öyrənmək gözəl şeylərdir.
- Yatmayan fəlakətlərdən xilas olmaq üçün ən yaxşı dərman yuxudur.
- Yazıçı yaşıyla yox, başıyla yaradır.
- Yersiz zarafatlar kədərli sonluqla bitir.
- Yoldaş uğrunda ölmək asandır, lakin uğrunda ölünəcək yoldaşı tapmaq çətindir.
Z
redaktə- Zamanın unutdura bilməyəcəyi xatirə, ölümün dindirə bilməyəcəyi acı yoxdur.
- Zənginlik, var-dövlətə sahib olmaqdan yox, ondan necə istifadə etmək bacarığına malik olmaqdan ibarətdir.
- Zorla sevgi olmur.
Mənbə
redaktə- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
İstinadlar
redaktə- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 262