Mir Möhsün Nəvvab – Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim.
Mir Möhsün Nəvvab
|
|
Tam adı |
Mir Möhsün Nəvvab Hacı Mir Əhməd oğlu Ağamirzadə
|
Doğum tarixi |
1833
|
Doğum yeri |
Şuşa
|
Vəfatı |
1918
|
Vəfat yeri |
Şuşa
|
|
- Bir neçə cür adamdan uzaqlaş. Ara vuruşduran, ağılsız, zatən alçaq, yalançı, qumarbaz, sərxoş və ümumiyyətlə pis əməllərdən qorxmayıb, onu özünə peşə edənlərdən.
- Borclu olsan vədədən bir neçə gün qabaq onu ödə, ödəyə bilmirsənsə üzrxahlıq eylə.
- Böyüklük özünü rahat edib, baş girləmək deyil, biçarələrin fəryadına yetişməkdir.
- Cəhd et halal süd əmmiş bakirə qız al, anasının xasiyyətlərini də unutma.
- Danışarkən və alver vaxtı bacardıqca and içmə.
- Dörd kiçik şeyi böyük sanmaq lazımdır: borc almaq, od, xəstəlik və pis əməl.
- Dünyanın bir neçə şeyinə etibar etmə: böyüklərlə yaxınlıq, göyçəklərin gözəlliyi, qadının vəfası, divanələrin lütfü, sərxoşların bəxşeyişi, ağılsızların inamı, uşaqların xoş səsi, dünya malına uymaq, düşmənlərin hiyləsinə aldanmaq.
- Əgər bacarırsansa, hər bir dilə aşina ol, özünə və xalqına lazım olar.
- Əmanəti heç bir üzrə qəbul etmə, çünki əgər tələf olsa, pis ad və xainlikdə məşhur olarsan.
- Əlindəki işi qurtarmamış başqasına girişmə, çünki hər ikisi yarımçıq qalar.
- Əziz ömrünü var-dövlət yığmağa sərf etmə, zəhməti sənə qalar, ləzzətini özgə aparar.
- Həmişə malı özünə və abrına hasar et, abrını mala hasar etmə.
- Xoşbəxtliyə can atan hər kəs həmişə xəlvətdə də, aşkarda da zahirini və batilini pak saxlamalıdır.
- Köhnə pambıq bez olmaz, dul arvaddan qız olmaz.
- Köksüz ağac olmadığı kimi, əməksiz, zəhmətsiz də səadət ola bilməz.
- Qadın gözəl olmasa da olar. O, xoş üzlü və xoş xasiyyətli olsa, bu böyük səadətdir. Bədxasiyyət, bədrəftar və çirkin övrətin olsa, vay sənin halına, malın, canın və ömrün fənaya gedəcəkdir.
- Millət içində millətlə hər bir növ ilə оlsа dа, yаr və mədədkаr оl.
- Üç cür övrətdən uzaq ol. Birincisi dul, ikincisi varlı olub, sənə minnət qoya, üçüncü o qadın ki, səni görəndə ahü-nalə edib, nazik səslə sızıldaya.
- Ürəyini eyş-işrətə bağlama, ömrünü vətənin abadlığına sərf et.
- Yalan söz deməyə adət etmə, günahlar yalandan başlanır.
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.