Nəcib Məhfuz
Nəcib Məhfuz (ərəb. نجيب محفوظ; 11 dekabr 1911, Qahirə — 29 avqust 2006, Qahirə) — görkəmli Misir yazıçısı, tanınmış roman ustası, dramaturq, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı alan yeganə ərəb (1988) ("Bütün bəşəriyyət üçün məna kəsb edən, incəliklərlə zəngin ərəb hekayələrinə və realizmə görə").
Nəcib Məhfuz | |||
Doğum tarixi | 11 dekabr 1911 | ||
Doğum yeri | Qahirə | ||
Vəfat tarixi | 30 avqust 2006 | ||
Vəfat yeri | əl-Cizə mühafəzəsi | ||
Dəfn yeri | Qahirə | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
M
redaktə- Mən Xeyirin Şərə yalnız axirətdə qalib gələcəyini iddia edən məşhur alman filosofu cənab Kantla heç vaxt razılaşa bilmərəm. Xeyir Şərə hər gün, hər saat, hər an qalib gəlir. Hətta ola bilsin ki, Şər bizim təsəvvür etdiyimizdən daha zəifdir. Qarşımızda inkaredilməz sübutlar var, əgər qələbə xeyirin yanında olmasaydı, bəşəriyyət inkişaf edə, çoxala, vahid millət ola, kəşflər, ixtiralar edə, yarada, fəzanı fəth edə, insan hüquqlarını elan edə bilməzdi. İşin bir tərəfi budur ki, Şər gurultulu, yüksək səslidir və insan onu kədərləndirəni sevindirəndən daha çox xatırlayır. Şairimiz Əbül-Əla çox haqlıdır: ölüm vaxtının kədəri doğum vaxtının sevincindən yüz qat artıqdır.