Nadir şah

Əfşarlar sülaləsinin banisi və şərqin sonuncu fatehi
Nadir şah Əfşar



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ayağını atın yəhərinə qoyanda tarixin qanadlarına minirsən, qılıncın, hərəkətin ona görə davam edəcək ki, bu torpaqda doğulan minlərlə övlad öz azadlığını qollarımızdan, düşüncələrimizdən istəyir. Ona görə də biz öz əməlimizlə öyrənəcəyik ki, ataları öz gələcəklərinə biganə qalmayıblar və onlar öz azadlıqlarını heç bir qiymətə satmamağı öyrənəcəklər.
  • Bir yol tapmaq lazımdır. Torpağımın üsyankar gecələrinin qaranlığında həmişə bir işıq, çıraq axtarırdım ki, torpağımı yadların pəncəsindən azad edim, Ölkənin bütün həyatının, var-dövlətinin, namusunun yad birinin əlində olduğunu görmək nə dəhşətli fəlakətdir. Elin qolları bagli və sənin əlindən bir sey gəlmir, amma butun varlıgınla bu əsarətdən qurtulmaq ucun çan atırsan. Bu, sənin içinin dərinliklərindən fəryad edən yeganə qüvvədir, sən yaraları sağalda bilərsən və mən böyük bir xalqı qürurlandırmaq ümidi ilə atın üzəngisinə ayaq qoydum.
  • Müharibə meydanı həm də o zaman dostluq meydanı ola bilər ki, meydanın hər iki tərəfindəki qüvvələr öz hüquqlarından razı olsun.
  • Nadir şah möminlərlə cənnət barədə söhbət edirdi. Mömin şəxs cənnətin möcüzələri və zövqləri barədə danışandan sonra şah soruşdu ki, "cənnətdə müharibə və düşmən üzərində qələbə kimi şeylər varmı?" Möminin mənfi cavabında Nadir dilləndi: "Bəs onda hansı zövq-səfadan söhbət gedə bilər".
  • Ölkəm üçün əbədi şərəf qazanmaq ümidi ilə bütün varlığımı ölkəmin qüruruna verdim.
  • Ölkəmin torpaqları üçün heç vaxt danışıqlar aparmayacağam, ancaq ölkəmin övladlarının gücü ilə onları alacam.
  • Susmaq həmişə istifadə etdiyim bir qılınc olub.

İstinadlar

redaktə