A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bütün nevrozlar və digər bir çox insan bu faktı qəbul edə bilmir: “inter urinas et faeces nascimur (sidik ilə nəcisin arasından doğulmuşuq).” Ziqmund Freyd
  • Din ümumbəşəri zəhlə tökən nevrozdur. Ziqmund Freyd
  • Din - yaşadığımız duyğular dünyasının bəzi bioloji və psixoloji ehtiyaclarımıza görə daxilimizdə yaratdığımız arzular aləmi vasitəsilə nəzarət altına alınması yolunda göstərilən cəhddir. Ancaq din son məqsədinə heç vaxt çatmır. Dini təlimlərdə yarandıqları dövrlərə, insan irqinin hələ tamamilə cahil olduğu uşaqlıq günlərinə aid izlər vardır. Onun verdiyi təskinlik və təsəllilərə qəti surətdə inanmaq lazım deyil. Təcrübələrimiz bizə dünyanın uşaq bağçası olmadığını öyrədir. Dinin söykənməyə çalışdığı əxlaqi buyruqlar dindən başqa dayaqların mövcudluğunu zəruri edir. Çünki insan cəmiyyətləri bəzi əxlaq qaydaları olmadan yaşaya bilmir; itaətkarlığı dini inanc və əxlaq qaydaları ilə əlaqələndirmək təhlükəlidir. İnsanın təkamül prosesində dinin yerini müəyyənləşdirməyə çalışan şəxs görəcəkdir ki, din o qədər də qədim tarixə malik deyildir və bu tarix sivilizasiyaya yiyələnmiş fərdin uşaqlıqdan yetkinliyə keçid prosesində məruz qaldığı nevrozlara paraleldir. Ziqmund Freyd
  • Dinin uşaqlıq nevrozuna bənzəməsinə dair fikir insanı öz təsiri altına salır və insan müsbət yüklü düşüncələrlə güman edir ki, böyüyəndə bu nevrozdan sağalan uşaqlar kimi o da bir gün həmin nevrotik prosesdən yaxa qurtaracaq. Ziqmund Freyd
  • Elə bir nevroz insan yoxdur ki, başqalarına qarşı bəslədiyi cinayət törətmə istəyini özünə yönəldib, intihar fikrinə düşməsin. Ziqmund Freyd
  • Əgər apardığımız tədqiqatlar nəticəsində dinin insana məxsus nevroz növü olduğunu tapa və fərdi xəstələrdə olduğu kimi nevrotik vəsvəsələrin də böyük qüvvəsini izah edə bilsək, məhz o zaman tarixin ən möhtəşəm güclərindən biri olan dinin insanlara qarşı yaratdığı qəzəbi müasir dövrümüzdə müalicə edə bilərik.[1] Ziqmund Freyd
  • İnsan ağlının instinktlər qarşısında aciz olduğunu iddia edə bilərsiniz. Hətta bu iddianız haqlı çıxa da bilər. Ancaq həmin acizlikdə nəsə qəribəlik olduğunu qəbul etməlisiniz. Çünki hər nə qədər qulağa xoş gəlsə də, ağlın səsi ona söz verilənə kimi susmayacaq və saysız-hesabsız rədd cavabı aldıqdan sonra, nəhayət, müvəffəqiyyət qazanıb məqsədinə çatacaqdır. İnsan orqanizminin müəyyən həddi vardır və təcrübələr əsasında təsdiqlənmişdir ki, bu hədd aşılanda insanların əksəriyyəti sivilizasiyanın tələbləri qarşısında əzilir. Beləliklə, özlərinə əziyyət verib daha yüksək standartlara çatmaq istəyən şəxslərin nevroza yoluxma ehtimalları qat-qat çoxdur. Bu halda onların idealistlikdən imtina edib, daha az "kamil" olmağa səy göstərmələri özləri üçün daha faydalı olacaqdır. Ziqmund Freyd
  • İnsanların yaşı ötdükcə ana-atasının itaətindən çıxaraq sərbəst həyata atılması təkamül prosesi boyunca ən vacib və həmçinin ən ağrı-acılı mərhələlərdən biridir. Bu, inkişaf prosesinin ən başlıca mərhələlərindən biridir və demək olar ki, hər bir normal insanın bu yoldan keçib, valideynlərinin qarşısında öz azadlığını qazanır. Əslində hər hansı bir cəmiyyətin inkişafı bir-birinin ardınca gələn nəsillər arasındakı toqquşmalara əsaslanır. Bir tərəfdən də bir çox nevroz insanların psixikasında müvafiq pozğunluğun səbəbi məhz bu sərbəstləşmə mərhələsində keçərkən uğursuzluğa düçar olmalarıdır. Ziqmund Freyd
  • Mübadilə nevrozu adlandırdığımız məfhum, şüuraltı ilə eqoizm arasındakı mübarizəyə; narsist nevroz, eqoizm ilə super eqoizm arasında gedən çəkişməyə; psixoz isə eqoizm ilə xarici aləm arasındakı toqquşmaya uyğun gəlir. Ziqmund Freyd
  • Nevroz - qeyri-müəyyənliyə dözə bilməmə xəstəliyidir. Ziqmund Freyd
  • Nevroz şüuraltı ilə eqoizmin arasındakı mübarizənin nəticəsidir; psixoz isə eqoizmlə xarici aləmin bir-birinə olan münasibətindən meydana çıxan oxşar mübarizənin nəticəsidir. Ziqmund Freyd
  • Nevrozlar xəstəliklərindən tez-tez şikayətlənsələr də, bu haldan zövq almağı yaddan çıxarmırlar. Onlara "gəlin sizi bu xəstəlikdən sağaldım" deyiləndə balasını qoruyan dişi şir kimi özlərini müdafiə edirlər. Ziqmund Freyd
  • Nevrozlar incəsənətin, dinin və fəlsəfənin böyük sosial məhsullarının karikaturalarıdır. İsteriya incəsənət əsərinin, vəsvəsə nevrozu dinin karikaturası, paranoid sərsəmləmə isə fəlsəfi sistemin karikatura təhrifidir. Ziqmund Freyd
  • Nevrozlar üzərində aparılan psixoanalitik təhlillər göstərir ki, altını islatmaqla çox iddialı olmaq arasında çox yaxın əlaqə mövcuddur. Ziqmund Freyd

İstinadlar

redaktə
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015