Nikola Şamfor
Nikola Sebastyan Şamfor (1741-1794) - Fransız yazıçı – moralisti.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıl, fikir təbiətin insana ən böyük bəxşeyişidir. Bunlar bizi nəinki öz ehtiraslarımız və zəifliklərimiz üzərində yüksəldir, eyni zamanda bizim ləyaqətimiz, istedadımız və fəzilətlərimizdən düzgün bəhrələnməkdə bizə kömək edir.
B
redaktə- Böhtan zəhlətökən eşşək arısına oxşayır: onu yerindəcə öldürəcəyinizə əmin deyilsinizsə, qovmağa da çalışmayın. Yoxsa o, yenidən, özü də daha böyük qəzəblə üstünüzə hücum edəcək.
Ç
redaktə- Çox böyük ləyaqətlər insanı cəmiyyət üçün faydasız edir: bazara qızıl külçəsi ilə getmirlər, bazar üçün kağız pul, ələlxüsus da xırda pul lazımdır.
D
redaktə- Dələduzlar həmişə təmiz adam kimi görünməyə çalışır və çox vaxt buna nail olurlar.
Ə
redaktə- Əqidə ağlın vicdanıdır.
- Ən varlı adam qənaətcil, ən yoxsul adam isə xəsis adamdır.
- Əvvəl məhəbbət, sonra nikah: əvvəl alov, sonra tüstü.
G
redaktə- Geyim qadının ön sözüdür, bəzən də bütöv kitabdır.
- Gənc ikən bilik ağacını əkməsək, qocaldığımız zaman kölgəsinə sığınacaq bir yerimiz olmaz.
- Gülüşsüz bir gün boşa keçən bir gündür.
F
redaktə- Fürsət adamın qapısını iki dəfə döyməz.
X
redaktə- Xoşbəxtliyi daxilində tapmaq çətindir, kənarda isə o sadəcə olaraq yoxdur.[1]
İ
redaktə- İctimai rəy elə bir məhkəmə instansiyasıdır ki, ağlı başında olan adam nə onun hökmlərinə kor-koranə inanmalıdır, nə də birdəfəlik təkzib etməlidir.
- İnsan mübarizə apardıqda yorulur və özünü elə göstərir ki, guya müdrikləşib.
- İnsanın kifayət qədər ağlı olmalıdır ki, öz düşmənlərinə nifrət eləsin.
K
redaktə- Kamil insan bu dəyişkən dünyaya nikbin nəzərlərlə baxır və onu olduğu kimi qəbul edir. Hətta köhnə adət və ənənələrin müasirliyə uyğun gəlmədiyini görsə belə, onlara hörmətlə yanaşır.
- Kəbin mükəmməl olmayan insan üçün olduqca mükəmməl vəziyyətdir.
- kim ki, hədsiz canfəşanlıqla inandırmaq istəyir, o heç vaxt inandıra bilməz.[2]
- Kişilər qadınlar haqqında nə qədər pis düşünsələr də, istənilən qadın onlar haqqında daha pis düşünür.
Q
redaktə- Qadın insanın kölgəsi kimidir: qovsanız qaçar, qaçsanız qovar.
- Qadınlar dostluğa yalnız sevgidən borc götürdüklərini verirlər.
- Qadınsız bizim həyatımızın başlanğıcı köməkdən, ortası – həzzdən və sonu təsəllidən məhrum olardı.
O
redaktə- Ola bilsin ki, dostluğu tam qiymətləndirmək üçün əvvəlcə sevgi yaşamaq lazımdır.
S
redaktə- Sevgi epidemik xəstəlik kimidir; biz ondan nə qədər çox qorxuruqsa, biz onun qarşısında bir o qədər müdafiəsizik.
- Sevgi həqiqi mükəmməlliklər axtarmır; bundan əlavə, o, sanki onlardan qorxur: ona yalnız o mükəmməlliklər lazımdır ki, o özü yaradır və düşünür.
- Sevgi yeganə hissdir ki, onda həqiqi olanların və yalanların hamısı var; onun haqqında istənilən boş söz de – və o, həqiqət olacaq.
Ü
redaktə- Üç növ yalançı var: xam yalançı, and içən yalançı və heç vaxt yalan söyləmədiyini iddia edən yalançı.
V
redaktə- Var-dövlət mərhumu qapının kandarında tərk edir. Dostlar və qohumlar, qəbiristanlıqda yalnız xeyir və şər əməllər mərhumu daim təqib edir.
- Vüqar sanki insanın boyunu ucaldır, şöhrətpərəstlik isə üfürüb şişirdir.
İstinadlar
redaktə- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
- ↑ Xəzinə. Bakı, 1997. səh.57