Ninon de Lanklo (Fransız Ninon de Lenclos və ya Lanclos, əsl adı Anna de l'Anclos — (10 noyabr 1620 – 17 oktyabr 1705) — Fransız yazıçı və ədəbi salonun sahibəsi, incəsənətin hamisi.

Ninon de Lanklo
Doğum tarixi 10 noyabr 1620
Doğum yeri Paris
Vəfat tarixi 17 oktyabr 1705
Vəfat yeri Paris
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir qadın, ona deyilənlərdən çox, təxmin etdikləri ilə sevildiyinə daha çox əmindir.
  • Çox vaxt sevgilidən xilas olmaq onu qazanmaqdan daha çətindir.
  • Evlilik sevgini basdırdığımız məzardır.
  • Eyni əşyanı satan iki tacirin yaxşı dost olması asan olmadığı kimi, iki qadın arasında həqiqi dostluğun olması da asan deyil.
  • Əgər Allah mənimlə məsləhətləşsəydi, ona məsləhət görərdim ki, qadının dabanlarına qırışlar qoysun.
  • Gözlərin baxışları ilk sevgi məktublarıdır.
  • Hər işdə olduğu kimi, məhəbbətdə də təcrübə xəstəlik qurtarandan sonra gələn həkim kimidir.[1]
  • Hər şeydə olduğu kimi sevgidə də təcrübə xəstəlikdən sonra ortaya çıxan həkimdir.
  • Həyatlarını keçirmək üçün dinə müraciət etmək məcburiyyətində olanlara ya acımaq, ya da məhkum etmək lazımdır. Bu, onların ya dar bir ruha, ya da pozğun bir qəlbə sahib olduğuna işarədir.
  • İki qadının dostluğu həmişə üçüncü qadına qarşı sui-qəsddir.
  • Kişilər bizi təvazökarlığımızdan çox öz səhvlərinə görə qəbul etmirlər.
  • Kişilər zəif tərəflərimizi bilsəydilər, həmişə bizi əldə edərdilər.
  • Qadının göstərdiyi müqavimət onun fəzilətini yox, təcrübəsini sübut edir.
  • Qadınlar çox vaxt sevgidən çox şıltaqlığa təslim olurlar.
  • Qadınlar otuz yaşına çatdıqda ilk unutduqları şey yaşdir. Qırx yaşına çatanda yaddaşını tamam unudurlar.
  • Qadınlar sevmədikləri qısqanc sevgilidən nifrət edərlər, lakin sevgilisi qısqanc olmasa hirslənərlər.
  • Qadınlarla doymaq istəyi sevmək ehtiyacından əvvəl yaranmışdır.
  • Qızılgül ağrı rəmzidir, çünki o, Veneranın qanı ilə boyanmışdır.
  • Qocalıq qadınlar üçün cəhənnəmdir.
  • Ruhun sevinci onun gücündən xəbər verir".
  • Sevgi axmaqları ruhlandırırsa, bəzən müdrikləri axmaq edir.
  • Sevgi ən riskli işdir, ona görə də bu işdə çoxlu iflaslar var.
  • Sevgi fırtınalarda yaşayır; onun içində hər şey sarsılır. Onu sakitləşdirmək istəmək onu zəiflətmək, məhv etməkdir.
  • Sevgi heç vaxt qidalanmamaqdan yox, çox vaxt toxluqdan ölür.
  • Sevgi heç vaxt bir mübahisə nəticəsində bitəcək kimi güclü deyil.
  • Sevgi qısqanc və tiran bir hissdir; o, yalnız o zaman razı olar ki, sevimli obyekt bütün bəyənmə və ehtiraslarını ona həsr etsin.
  • Sevgi ümumbəşəri bir komediyadır ki, burada aktlar daha qısa, çıxarışlar daha uzun olur. Fantaziya gücü ilə deyilsə, intervalları necə doldurmaq olar? Fantaziya ilə deyilsə, boşluqları necə doldura bilərik?
  • Sevişmək ordulara rəhbərlik etməkdən daha çox ağıl tələb edir.
  • Sevmək təbiətə riayət etməkdir, ehtiyacı ödəməkdir.
  • Təbiətdə sevginin ləzzətləri qədər dəyişkən bir şey yoxdur, hətta onlar təkrarlansalar da.

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.432