Oğuznamə
Oğuznamə — oğuz folkloru toplusu, Berlin kitabxanasında saxlanılan, XV–XVI əsrlərdə üzü köçürülən əlyazmasıdır. "Hazihi-r-risaləti-min kəlimati Oğuznamə əl-məşhur bi-atalar sözü" adlanan bu əlyazmanın 400 atalar sözünü ilk dəfə alman şərqşünası F.fon Dits 1889-cu ildə nəşr etdirmişdir. İkinci əlyazma Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun əlyazmalar fondunda saxlanılan və birinci vərəqi "Haza kitabi-Oğuznamə" adlanan "Məcməüləmsali- Məhəmmədəli"dir. Bu əlyazma tam şəkildə ilk dəfə 1987-ci ildə Bakıda S. Əlizadə tərəfindən ön sözü ilə birlikdə nəşr olunmuşdur. Əlyazmadakı paremik vahidlərin sayı 2000-ə yaxındır.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ac qatıq istəməz.
- Aç ol, dinc ol.
- Aç toyuq özünü taxıl bazarında görər.
- Adın ki, oldu Rəşid, bir söylə, bir eşit.
- Axşam olsa yat, sabah olsa, get.
- Ağlama ölü üçün, ağla dəli üçün.
- Alan satandan umur.
- Allah işin bilir.
- Alət işlər, ər öyünər.
- Allah öldürməyəni kimsə öldürə bilməz.
- Allah sağ gözü sol gözə möhtac eyləməsin.
- Arvad kişini atadan-anadan, dostdan-yoldaşından ayırar.
- At minənindir, qılınc qurşananındır.
- At muraddır.
- Ata minmək can üstündə can bəsləməkdir.
- Ata sənəti oğula mirasdır.
- Atdan düşən ölməz, eşşəkdən düşən ölər.
- Atılan ox geri dönməz.
- Ay var ikən ulduza nə minnət?
- Ayı gör, oruc tut, ayı gör, bayram et.
- Azacıq başım, ağrımaz başım.
B
redaktə- Bal deməklə ağız dadlı olmaz.
- Bal tutan barmağın yalar.
- Başına gələn başmaqçıdır.
- Bayquş viranələri sevər.
- Bazar bazara sığmaz.
- Bazar elin bazarıdır.
- Bilmədiyini söyləmə.
- Bilmirsən, bir biləndən soruş.
- Bir daş ilə iki quş vurulmaz.
- Borclu ölməz, bənizi saralar.
- Böyük başın böyük ağrısı var.
C
redaktə- Cahil vaxtsız xoruz kimidir.
Ç
redaktə- Çıraq dibi qaranlıq olur.
- Çox gəzən, çox görər.
- Çox gülən, çox ağlar.
- Çox yaşayan çox bilməz, çox gəzən çox bilir.
- Çörək kəsmək hünərdir.
D
redaktə- Dama-dama göl olar.
- Dənizdəki balığı satma.
- Dişi aslan da aslandır.
- Doğruya zaval yoxdur.
- Dost başa baxar, düşmən ayağa baxar.
- Dörd divarı yox, qoz ağacından qapısı var.
- Döyülmək eşşəyə yaraşır.
- Dünyada ölüm olmasa, adam adamın ətini yeyər.
- Düşmənin ömrü qar ömrü kim i ola.
- Düzənlik hardadırsa, bərəkət də ordadır.
E
redaktə- El baylı-yoxsullu olar.
- El eybini sənə söyləyən sənin də eybini elə söylər.
- El ilə gələn bəla bayramdır.
- El keçən körpüdən sən də keç.
- Eldə söz çox olar.
- Elə uyan arvadını boşayar.
- Elin atdığı daş uzaq gedər.
- Enişdən yoxuş yaxşıdır.
- Enmədiyin yerə çıxma.
- Eşşəyinə gücün çatmırsa, palanı döymə.
- Ev alma, qonşu al.
- Evdəki hesab bazarda düz gəlməz.
- Evlənən bir kərə ox deyir, ölüncə ah deyir.
- Eyibsiz yar istəyən yarsız qalar.
Ə
redaktə- Əl əldən üstündür.
- Əl əli yuyur, iki əl üzü yuyur.
- Əmanətə minən tez enər.
- Ər ər gərək, övrət övrət gərək.
- Ər ölmüş, qanun ölməmiş.
- Ərəb doyunca yeyər, türk ölüncə yeyər.
- Ət ilə dırnaq arasına girən iylənib çıxar.
- Əvvəl hesab, sonra qəssab.
- Əvvəl təam, sonra kəlam.
- Əyri otur, doğru söylə.
G
redaktə- Göz tərəzidir.
- Gözəl arvaddan çirkin ər yaxşıdır.
- Gözəl nazlı gərək.
- Gözəlin müştərisi çox olar.
- Gözü ancaq torpaq doyurar.
- Gül tikansız olmaz.
- Gündüz yarasaya gecədir.
H
redaktə- Haqq söz açı olar.
- Haram dadlı olur.
- Havadakı quşu satma.
- Heyvanın cəlladı qəssabdır.
X
redaktə- Xəbəri uşaqdan al.
- Xədimin oğlu-qızı olmaz.
- Xəlbirdə su durmaz.
İ
redaktə- İgidim sağ olsun, tapılmayan qız olsun.
- İgidin yorğunluğu qarnı doyana kimidir.
- İgidlik on, doqquzu hiylədir.
- İki gönül bir olarsa, samanlıq da saraydır.
- İki könüllü olma.
- İki qarpız bir qoltuğa sığmaz.
- İki sevgi bir könüldə olmaz.
- İlanın qisasını kərtənkələdən alma.
- İnək südünə görə mələr.
- İnsaf din yarısıdır.
- İş bacaranındır.
- İt ağzında sümük tutar.
- İt dişi donuz dərisinə münasibdir.
K
redaktə- Kiminə hay-hay, kiminə vay-vay.
- Kişiyə əvvəl can gərək, sonra cahan gərək.
- Köhnə düşmən dost olmaz, köhnə dost düşmən olmaz.
- Könüldən könülə yol var.
- Kölgəsində yatacağın ağacı budama.
- Kül təpəcik olmaz.
Q
redaktə- Qar üstündə yatan ölməmiş, un üstündə yatan ölmüş.
- Qara xəbər yerdə qalmaz.
- Qapısız ev olmaz.
- Qardaşdan qarın yaxındır.
- Qələmin qiymətini yazıçı bilər.
- Qəribin dostu olmaz.
- Qılınc yarası sağalar, söz yarası sağalmaz.
- Qılıncdan qaşıq yaxşıdır.
- Qış göydə qışlamaz.
- Qış qılınc kimidir.
- Qız almaq hasar almaq kimidir.
- Qızlar tez böyüyər.
- Qoca qoynunda çörək var, igid qoynunda çomaq var.
- Qocaları yoxsul bilmə, bay bil.
- Qonaq qonağı sevməz, ev sahibi ikisini də sevməz.
- Qonşun kimdirsə, qardaşın odur.
- Qonşunun eşşəyini doqquz istə, sənin on olsun.
- Quduzun ömrü qırx gündür.
- Qurd balası yenə qurd olar.
- Qurd yanında quş da doyar.
- Quru gön bit artırar.
M
redaktə- Mal kişiyə düşməndir.
- Mən nə vaxt ölsəm, qiyamət o gün qopar.
- Məscid yanında məscid yaraşmaz.
- Min gör, bir al.
- Min haramdan bir halal yaxşıdır.
- Min ölç, bir kəs.
- Müxənnət körpüsündən keçməkdənsə, suda boğulmaq yaxşıdır.
N
redaktə- Nakəsə əl açmaqdan ac qalmaq yaxşıdır.
- Nə çiy ye, nə də qarnın ağrısın.
O
redaktə- Od imandandır.
- Odunsuz ocaq olur, külsüz ocaq olmaz.
- Oğlum kimi sevsə, gəlinim odur.
- Oğlun varsa, oöruya gülmə.
- Oğul ataya görə süfrə yayar.
- Oynaşına inanan övrət ərsiz qalır.
Ö
redaktə- Ölüm haqq işidir.
- Ölünün dostu olmaz.
- Öpüb-qucmaqla oğul-qız olmaz.
S
redaktə- Sağ baş yastıq istəməz.
- Sədəqə verən əllər dərd görməsin.
- Sənə söyləyirəm qızım, sən də eşit gəlinim.
- Sərçədən qorxan darı əkməz.
- Sərçəyə civ-civ öyrətmə.
- Söyləyənə dinləyici gərək.
- Söz sözü çəkər.
- Sözü bişirib söylə.
- Su ilə odun nə oyunu var?
- Su istəyənindir.
T
redaktə- Tutulmayan oğru — bəydən doğru
U
redaktə- Ucuzluq səndən, bərəkət Allahdan.
- Utananın oğlu-qızı olmaz.
Ü
redaktə- Üz üzdən qızarar.
- Üz üzdən utanar.
Y
redaktə- Yaxşılıq elə, dənizə burax, balıq bilməsə də, xalıq bilər.
- Yağlı qazan yağlı qazana girər.
- Yalançıdan it yaxşıdır.
- Yanlış Bağdaddan dönər.
- Yaramaz işin sonu peşmanlıqdır.
- Yatan ilanın quyruğunu basma.
- Yeri də qulağı var.
- Yoxdan tanrı da bezər.
- Yoxsulun qoyunu toyuqdur.
- Yuxu yastıq istəməz.
- Yüyənsiz ata minmə.