Oqust Rodin
Fransız heykəltaraş
(Ogüst Roden səhifəsindən yönləndirilmişdir)
Fransua Ogüst Rene Roden — müasir dövrün ən tanınmış heykəltəraşlarından biri olmuşdur. O XIX əsrin sonlarına aid incəsənətdə vacib rol oynamışdır.
Oqust Rodin | |||
Doğum tarixi | 12 noyabr 1840 | ||
Doğum yeri | Paris | ||
Vəfat tarixi | 17 noyabr 1917 | ||
Vəfat yeri | Mödon | ||
Dəfn yeri | Villa des Brillants, Mödon | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Böyük səbir lazımdır! İlhama ümid bəsləməyin. Ümumiyyətlə, hər hansı bir ilham mövcud deyildir. Rəssamın yeganə sahib olduğu xüsusiyyətlər — müdriklik, diqqətlilik, səmimilik və iradədir. İşinizi dürüst zəhmətkeşlər kimi yerinə yetirin.
- Bütün böyük ustadlar məkanı öyrənmişdir. Onların gücü məhz həcmi bilmələridir. Bir şeyi yadda saxlayın: xəttlər yoxdur, ancaq həcm vardır. Və nəisə çəkərkən konturlar barədə düşünməyin, ancaq relyef barədə düşünün. Məhz relyef konturları idarə edir.
D
redaktə- Daşın çoxunu atıram geriyə heykəl qalır.
Ə
redaktə- Əgər siz təcrübəni müdrikliklə istifadə etməyi bacarırsınızsa, bu, vaxt itkisi deyildir.
- Malvina Hoffman tərəfindən yazılmış kitabdan götürülmüşdür.
- Əgər sizin istedadınız yenidirsə, sizin tərəfinizdə duranları nəzərə almayın; əksinə, sizin çoxlu düşməniniz olacaqdır.
H
redaktə- Heç bir şey icad edilmədi, yenidən kəşf edildi.
İ
redaktə- İncəsənət daxili həqiqət olan yerdə yaranır.
- İncəsənətdə əxlaqsızlıq mövcud ola bilməz. Hətta artıq iyrənc görünən istək tələb olunsa belə, incəsənət həmişə müqəddəsdir. Çünki o yalnız müşahidə səmimiliyini özündə birləşdirir, özünü aşağılamağa qadir deyildir. Əsl incəsənət əsəri həmişə alicənabdır. Hətta mal-qaranın həyəcanını verməyə çalışan rəssam belə hiss etdiyi ən insaflı təəssüratı verməyə çalışır.
K
redaktə- Köhnə mebellərə, ofort və incənəsət əsərlərin olduğu mağazaların yerləşdiyi Paris küçələri rəsmi muzeylərdən fərqli olaraq əsl muzeyi özündə təcəssüm etdirir.
M
redaktə- Mən tək mübarizə aparmalı olduğumu çox yaxşı bilirəm. Çünki hər zaman dövrün ruhuna əks gedən tək nəfər tapılır.
N
redaktə- Nə üçün mən onu geyindirməliyəm? Geyindirməliyəm ki, o dövrünün gülünc kişi dəbində görünsün? Son yenilikləri özündə daşıyan bu heykəllərdən daha bayağı heç nə yoxdur. Avropanın istənilən böyük şəhərində əcaib dövrün dərzisinin modelləri kimi maskalanmış belə heykəlləri görmək olar. Digər tərəfdən çılpaq insan forması tarixdə hər hansı xüsusi ana sahib olmamışdır; o əbədidir və hər yaş kateqoriyasına aid insanda bu sevinclə qarşılanır.
R
redaktə- Rəssam mövcud obyekt və onun vasitəçiliyi ilə obyektin interpretasiyası (təqlidi) arasındakı fərqi öyrənməlidir. Rəssam alovu etməzdən əvvəl qığılcımı yaratmalı; incəsənət doğulmamışdan əvvəl isə öz yaradıcılıq alovunu söndürməyə hazır olmalıdır.
Y
redaktə- Yaxşı heykəl yaratmaq üçün qədimi əsərlərinin surətini deyil; ilk əvvəl təbiətin əsərlərinə baxmaq, klassiklərdə isə onların təbiəti izah etdiyi metodu görmək lazımdır.
- Aysedora Dunkan Ogüst Roden tərəfindən sitatın söylənildiyini bildirmişdir. Sitat Con Ernest Krouford Flitçin "Müasir rəqslər və rəqqaslar" (1912) kitabında qeyd olunmuşdur.