Oldos Haksli
Oldos Leonard Haksli - ingilis yazıçısı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
BRedaktə
- Başqalarının ağlı ilə cümlə qura bilməzsiniz; amma başqalarının cümlələri ilə ağıllı görünə bilərsiniz..
- Başqalarının ağrılarına qatılaram, amma xoşbəxtliklərinə yox, çünki başqalarının xoşbəxtliyində qəribə bir sıxıcılıq var.
- Başlamaq üçün ən uyğun zamanı gözləsən heç başlamaya bilərsən; İndi başla, indi olduğun yerdən, əlindəkilərlə başla.
- Bəlkə də bir çox insan, xoşbəxt olduğunu bilmədiyi üçün bədbəxtdir.
- Bəlkə də bu dünya başqa bir planetin cəhənnəmidir.
- Bəlkə də insan sevilmədiyindən deyil, sevgisinə layiq biri olmadığından təkdir.
- Bəzən içindəki o səssiz səsə, mütəxəssislərdən daha çox güvən.
- Bir çox qadın və kişi əsarəti sevərək böyüyür və inqilab ağıllarından belə keçmir.
- Bir dəfə yaşanar eşq. Əgər ikinci dəfə yaşayacağına inanırsansa; Ya özünü aldadırsan ya da əvvəldən aldadılmısan deməkdir.
- Bir qadının əlindən xəyallarını almaq, bir ananın yanından balasını almaq qədər təhlükəlidir.
- Bir qadının içindəki günahsız mələyi kişi kəşf edər; amma o mələyin bütün günahsızlığını da yox edəcək olan yenə kişidir.
- Bir yoldaşda sevmədiyim şey, diqqət çəkmək üçün yanındakı insanı davamlı hörmətdən salmağıdır.
- Böyük adam böyüklüyünü kiçik adama davranışıyla göstərər.
- Bu dünya, bəlkə də bir başqa planetin cəhənnəmidir.
- Budağın ucuna getməkdən qorxma, meyvə oradadır.
- Bundan 20 il sonra etdiklərinə görə yox, edə bilmədiklərin üçün kədərlənəcəksən; ona görə kəndirləri aç, etibarlı limandan uzaqlara yelkən aç, küləyi tut, araşdır, arzula, kəşf et. [1]
DRedaktə
- Dərdlərini göz yaşlarında boğmaq istəyənlərə, dərdlərin üzmə bildiyini söylə.
- Döyüş qətiyyən bir təbiət qanunu deyil.
- Dünyanın ən zövqlü işi; Bir şeyin necə ediləcəyini bilərkən, başqa birinin necə edə bilmədiyini səs çıxarmadan seyr etməkdir.
- Düşün onları.. Seyr edəcək bəziləri olmasaydı, neçə nəfər mersedes avtomobil alardı.
ERedaktə
- Edə biləcəyin qədər söz ver, sonra söz verdiyindən daha çoxunu et.
- Eşqdə məntiq axtarmaq məntiqsizlərin işi. Eşqdə məntiq olsa; sonunda qırılacağını bildiyi bir ürəyin sevməsinə icazə verməzdi.
ƏRedaktə
- Əgər fərqlisənsə, yalnızlığa məhkum olacaqsan.
- Əgər xoşbəxtliyiniz, bir başqasının etdiklərinə bağlıdırsa, çox ciddi bir probleminiz var deməkdir.
- Əxlaqi davranışın keyfiyyəti işin içində olan insanların sayına tərs mütənasib olaraq dəyişir.
- Əslində bütün qadınlar tək bir şərtlə sevər: "Gözlədikləri tək şərt isə, Sevdiklərinin onları şərtsizcə sevmələridir.
GRedaktə
- Gerçəklər avaradır, hər zarafatın altında yatar.
- Gülümsəyəndə gözəlləşməyən bir üz heç görmədim.
- Günün sonunda özünü bir küçə iti qədər yorğun hiss edirsənsə, bu bəlkə bütün gün hürdüyün üçündür.
HRedaktə
- Hamımızın eyni fikirdə olması yaxşı bir şey deyil. Yaradıcılığı ortaya çıxaran fikir ayrılıqlarıdır.
- Heç kim yalanı davamlı davam etdirəcək qədər ağıllı deyil. Və heç kim bu yalanlara sonsuza qədər inanacaq qədər axmaq deyil.
- Hər gediş bir dönüşü tərk edər. Getmədən əvvəl düşün; Çünki döndüyündə tapdığın eyni olmayacaq gedərkən buraxdığınla.
- Hər insanın yaddaşı onun şəxsi kitabxanasıdır.
- Həyat vərdişlərdən ibarətdir. Elə vərdişlərə yiyələnməliyik ki, həyatımız gözəl olsun.
- Həyatda ya tozu tüstüyə qatarsan, ya da tozun tüstüsünü udarsan.
- Həyatın bu çirkin oyunlarına baxmayaraq hələ gülməyi bacara bilən insan; həyatın fəlsəfəsini həll etmiş deməkdir:[Əhəmiyyətsiz hesab etmək]
XRedaktə
- Xoşbəxt olmanın ən zəmanətli yolu bir başqasını xoşbəxt etməkdir.
- Xoşbəxtliyin və müdrikliyin sirri məşğul olduğun işi sevməkdir.
İRedaktə
- İnsan, gəzməyi öyrənmiş meymundur.
- İnsan nə zamanki həyata məna qatmağa çalışar, həyat o zaman mənasızlaşar. Dərddən kim ölmüş sanki Burax hər şey dağınıq qalsın.
- İnsanın bütün kainatda qəti olaraq düzəldə biləcəyi tək bir şey vardır; özü.
- İnsanların aynası kitablardır.
- İnsanlığı tədqiq etməyin ən yaxşı yolu mütaliə etməkdir.
KRedaktə
- Kainatda dəyişdirə biləcəyinizdən əmin ola biləcəyiniz tək nöqtə vardır: özünüz.
QRedaktə
- Qadınları ən çox kiçik hesab edən kişilər, qadınlara ən çox düşkün olan da kişilərdir.
- Qadınların 100 sirri varsa əgər, Bunun 99-unu kişilər bilər; amma 100.-cünü şeytan belə bilə bilməz.
MRedaktə
- Məqsədsiz uşaqlar üçün milçəklər nədirsə, biz də tanrılar üçün oyuq. Əylənmək üçün bizi öldürürlər.
- Məlumatın azı təhlükəli isə təhlükədən uzaq dayanacaq qədər çox şey bilən adam hardadır?
- Məlumatsızlıq yox edilə bilər, çünki bilmək istəmədiyimizdən bilmərik.
ORedaktə
- Oturaraq müvəffəqiyyətə çatan tək varlıq toyuqdur.
ÖRedaktə
- Özümüzü bir mal sandığımız üçün, insan həyatının əhəmiyyətini böyüdürük gözümüzdə. Fərd bir heçdir; təbiət ancaq insan növünə dəyər verər və buna bənzər şeylər.
RRedaktə
- Riyaziyyatdakı ən böyük irəlləmələrin bəziləri daha sonra açıqlanması zəruri hala gələn kiçik simvolların icadıyla olmuşdur; mənfi işarəsindən bütün mənfi halların nəzəriyyəsi çıxmışdır.
SRedaktə
- Sabitlik təbiətə və insan həyatına ziddir. Sabitlik ölümə bərabərdir.
- Siz görməməzlikdən gəlsəniz də gerçəklər mövcudluğu davam etdirərlər.
ŞRedaktə
- Şeytan ona uyğun gəlməmiz üçün yalvarır, yaxşı biz çox yaxşı insanlar olduğumuz üçünmü onun xətrinə dəyə bilmirik?
TRedaktə
- Tanımadan nifrət edə biləcəyiniz tək adam; Sevdiyiniz adamın, sevdiyi adamdır .
- Tarixdə baş verənlərdən dərs götürmək, tarix dərslərindən daha önəmlidir.
- Təcrübə, bir insanın başına gələnlər deyil, başına gələnlərin qoyduğu izlərdir.
- Təmiz ürəkli insanlar heç bir zaman rahat bir həyat yaşaya bilməzlər, çünki özlərini başqalarının xoşbəxtliyi üçün fəda edərlər.
- Tor qurmaq hörümçəyin mahiyyətində olduğu kimi dinə inanmaq istəyi də insanın mahiyyətindədir.
YRedaktə
- Yaxşı çalışan, sıx gülən və çox sevən müvəffəqiyyəti əldə edər.
- Yaxşılıqdan zərər gəlməyəcəyini öyrədərlər; Lakin arxanızdan hərif deyiləcəyini öyrətməzlər.
ZRedaktə
- Zamanlarının böyük bir qisimini pul qazanmaq və saxlamaqla keçirən insanlar, sonunda ən çox istədiklərinin nəğd alına bilməyəcək şeylər olduğunu anlayarlar.