Ovidi

(Ovid səhifəsindən yönləndirilmişdir)

Publi Nazon Ovidi(e.ə. 43 - b.e.17-ci il) - Qədim Roma şairi.

Publius Ovidius Naso



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adam aldatmağın ən sadə üsulu özünü dost kimi qələmə verməkdir.
  • Ağıllıca bir evlilik etmək istəyirsənsə öz tayınla evlən.[1]
  • Bir hökmdar, cəzalandırarkən yavaş, mükafatlandırarkən sürətli olmalıdır.
  • Bu günə hazır olmayanın sabaha hazır olmağı daha çətin olacaq.
  • Cəza bağışlana bilər, lakin günüh insanın içində sonsuza qədər yaşayar.
  • Damla daşı gücü ilə deyil, tez-tez damcılamaqla deşir.
  • Düşməndən də öyrənməyə icazə verilir.
  • Əsas məsələ yaxşı başlamaq deyil, yaxşı qurtarmaqdır.
  • Göz yaşları ilə hətta dəmiri də əridə bilərsiniz.
  • Hər şey dəyişər, heç bir şey yox olmaz.
  • Kainatda hər şey dəyişkəndir.
  • Kitab ağlın dərmanıdır.
  • Qısqanclıq ən davamlı və güclü sevgiyə ölümcül zərbə vurur.
  • Lazım olmayan söhbətləri danışmaqdansa susmaq məsləhətdir.
  • Məhəbbət üçün tək bir gözəllik kifayət deyildir, çünki gözəllik özü də əbədi deyildir.
  • Məhəbbəti qorumaq, məhəbbət hədəfi tapmaqdan daha böyük qəhrəmanlıq tələb edir.
  • Mən kasıbların şairiyəm, çünki sevəndə kasıb idim; hədiyyə verə bilmədiyim üçün söz verdim.
  • Nə qədər ki, xoşbəxtsən, dostların çoxdur; zaman qaranlıq olanda tək qalırsan. [2]
  • Öyrənmək gözəl şeydir, bir düşməndən belə olsa.
  • Səy əməyi yüngülləşdirir.
  • Təmiz vicdan nə yalandan, nə şaiyələrdən, nə də dedi-qodulardan qorxar.
  • Vərdişdən daha böyük bir şey yoxdur.
  • Ya heç nə etməyin, ya da axıracan gedin.
  • Yetişən zəkaları kitablarla bəsləməyən xalqlar məhvə məhkumdur.
  • Zəngin olduğu müddətcə barbarın özündən xoşu gəlir.

İstinadlar

redaktə
  1. Aforizmlər. Bakı, 2013. səh.52.
  2. [1] Цитаты и афоризмы.