Ovidi
Publi Nazon Ovidi(e.ə. 43 - b.e.17-ci il) - Qədim Roma şairi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Adam aldatmağın ən sadə üsulu özünü dost kimi qələmə verməkdir.
- Ağıllıca bir evlilik etmək istəyirsənsə öz tayınla evlən.[1]
BRedaktə
- Bir hökmdar, cəzalandırarkən yavaş, mükafatlandırarkən sürətli olmalıdır.
- Bu günə hazır olmayanın sabaha hazır olmağı daha çətin olacaq.
CRedaktə
- Cəza bağışlana bilər, lakin günüh insanın içində sonsuza qədər yaşayar.
DRedaktə
- Damla daşı gücü ilə deyil, tez-tez damcılamaqla deşir.
- Düşməndən də öyrənməyə icazə verilir.
ƏRedaktə
- Əsas məsələ yaxşı başlamaq deyil, yaxşı qurtarmaqdır.
GRedaktə
- Göz yaşları ilə hətta dəmiri də əridə bilərsiniz.
HRedaktə
- Hər şey dəyişər, heç bir şey yox olmaz.
KRedaktə
- Kainatda hər şey dəyişkəndir.
- Kitab ağlın dərmanıdır.
QRedaktə
- Qısqanclıq ən davamlı və güclü sevgiyə ölümcül zərbə vurur.
LRedaktə
- Lazım olmayan söhbətləri danışmaqdansa susmaq məsləhətdir.
MRedaktə
- Məhəbbət üçün tək bir gözəllik kifayət deyildir, çünki gözəllik özü də əbədi deyildir.
- Məhəbbəti qorumaq, məhəbbət hədəfi tapmaqdan daha böyük qəhrəmanlıq tələb edir.
- Mən kasıbların şairiyəm, çünki sevəndə kasıb idim; hədiyyə verə bilmədiyim üçün söz verdim.
NRedaktə
- Nə qədər ki, xoşbəxtsən, dostların çoxdur; zaman qaranlıq olanda tək qalırsan. [2]
ÖRedaktə
- Öyrənmək gözəl şeydir, bir düşməndən belə olsa.
SRedaktə
- Səy əməyi yüngülləşdirir.
TRedaktə
- Təmiz vicdan nə yalandan, nə şaiyələrdən, nə də dedi-qodulardan qorxar.
VRedaktə
- Vərdişdən daha böyük bir şey yoxdur.
YRedaktə
- Ya heç nə etməyin, ya da axıracan gedin.
- Yetişən zəkaları kitablarla bəsləməyən xalqlar məhvə məhkumdur.
ZRedaktə
- Zəngin olduğu müddətcə barbarın özündən xoşu gəlir.