Pedro Kalderon

Pedro Kalderon - (17 yanvar 1600 - 25 may 1681)- İspan şairi və dramaturqu



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Amma istər xəyal olsun, istərsə də həqiqət, önəmli olan yaxşılıq etməkdir. Əgər həqiqətdirsə, həqiqət naminə. Yoxdursa, oyandığımız zaman üçün dostlar qazanmaq üçün.

BRedaktə

  • Bəzi sözlər kömür kimidir: yanmaz, ancaq qaralır.
  • Bir sirri ən yaxşı o adam saxlayar ki, bu sirrdən xəbəri olmasın.
  • Bütün həyat sadəcə bir xəyaldır.

CRedaktə

  • Cəsarət ehtiyatsızlığın deyil, ehtiyatlılığın oğludur.
  • Cəsarətimi, sədaqətimi və sözümü padşaha verəcəyəm. Amma şərəfimi yox, çünki bu Allaha məxsusdur.

ERedaktə

  • Elə bir dəli yoxdur ki, ağlı başında olan ondan nəsə öyrənsin.

ƏRedaktə

  • Ən böyük qələbə: özünü məğlub etməkdir.

İRedaktə

  • İntiqam təhqiri aradan qaldırmaz.
  • İtirilmiş bədbəxtliklər daha böyük bədbəxtliklərdir.

QRedaktə

  • Qazandın, qadın, özünü qazanmağa imkan verməməklə qazandın.

MRedaktə

  • Məğlub olan həmişə xaindir, qalib isə fəzilətlidir.
  • Mənim üçün isə cəsarətli olan hər şeydir, çünki cəsarət ruhun, çevikliyin isə bədənin hədiyyəsidir.

SRedaktə

  • Sevdiyinin qüsurlarına pərəstiş etməyən, həqiqətən aşiq olduğunu deyə bilməz.
  • Sevgi dəlilik deyilsə, sevgi də deyil.
  • Sevgi sərgüzəştlərində susan daha çox deyir.
  • Sizdən pul istəyən adama heç vaxt məsləhət verməyin.[1]
  • Sülhün əldə edilməsi həm də müharibənin qalibiyyətinə çevrilir.

VRedaktə

  • Vaxtında qaçmaq qalib gəlməyin bir yoludur.

YRedaktə

  • Yalanlar doğru görünəndə çox böyük gücə malikdir.
  • Yıxılmaq yüksəlmənin izzətini əlindən almamalıdır.

ZRedaktə

  • Zövqümə zidd olan heç nə mənə ədalətli görünmür.

İstinadlarRedaktə

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.308