Periqor Şarl Moris Taleyran
Şarl Moris de Taleyran-Periqor (fr. Charles Maurice de Talleyrand-Périgord; 2 fevral 1754 və ya 13 fevral 1754, Paris – 17 may 1838, Paris) — Fransa dövlət xadimi və diplomat, 1799–1807 və 1814–1815-ci illərdə Fransanın xarici işlər naziri, Vyana konqresinin iştirakçısı.
Periqor Şarl Moris Taleyran | |||
Doğum tarixi | 2 fevral 1754, 13 fevral 1754 | ||
Doğum yeri | Paris | ||
Vəfat tarixi | 17 may 1839, 1838 | ||
Vəfat yeri | Paris | ||
Dəfn yeri | Château de Valençay | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adamlar bir-birini həmişə anlasaydılar, ümumdünya tarixi olmazdı.
- Amerika günbəgün güclənir. O, böyük bir qüvvəyə çevriləcək və bizim işlərimizə dair öz sözünü Avropanın üzünə demək istəyəcəyi məqam yetəcək və əlini bunun üzərinə qoyacaq. Amerikanın Avropaya gələcəyi gün sülh və təhlükləsizlik buradan uzun müddətə didərgin düşəcək.
B
redaktə- Bəzi adamlara (variant: Napoleona) bir az tənbəllik sıçradan şəxs bəşəriyyətin xilaskarı olardı.
- Bəzi vəzifələr sərt qayalara bənzəyir: ona ya qartallar, ya da sürünənlər qalxa bilər.
- Bir fransız siyasətçisi haqda: o, bərabərliyi insansevərliyindən deyil, başqalarının hakimiyyətinə amansız nifrət ucbatından təbliğ edir.
- Biz ancaq özünə iananlara inanırıq.
- Böhtandan daha qorxulu silah var: bu silah həqiqətdir.
- Bu dünyada uğur üçün ağıllı adamı görməkdənsə kimin axmaq olduğunu bəsirətlə anlamağı bacarmaq xeyli önəmlidir.
- Burbonların gözləri boyunlarındadır və dala baxırlar.
Ç
redaktə- Çoxlu pul sahibi olmaq üçün çox ağıllı deyil, vicdana malik olmaq lazım deyil.
D
redaktə- Danışıq bacarığı insana ona görə verilib ki, öz düşüncələrini gizlətsin.
- Dil insanlara öz fikirlərini gizlətmək üçün verilmişdir.[1]
- Diplomatın beynəlxalq konfransdan sonra görəcəyi ilk iş qaraciyəri ala-babat müalicə etdirməkdir.
- Dövlət işlərini yönəltmək hünəri qaçılmazı öncədən görmək və onun həyata keçməsinə şərait yaratmaqdan ibarətdir.
E
redaktə- Evli adam pul xatirinə hər şeyə hazırdır.
G
redaktə- Gənc diplomata: Necə, siz vist (kart oyunu) oynamırsınız? İlahi, siz özünüzə necə də qüssəli bir qocalıq hazırlayırsınız!
- Gərəkli adamları gərəkən yerlərə qoymaq – idarəçilik elminin başlanğıcıdır, amma narazılar üçün yer tapmaq hamısından daha çətindir.
H
redaktə- Hakimiyyətdən ayrılmaqdan daha acınacaqlı vidalaşma yoxdur.
- Heç nəyə dəyməyən, amma böyük gəlir gətirən yeganə yatırım yaltaqlıqdır.
- Heç vaxt tələsməyin və vaxtında çatacaqsınız.
- Hər şeydən qabaq – gərəksiz heç bir ruh yüksəkliyi.
- Hər şeydən qabaq – kasıb olmamaq.
- Həyatımızın ilk illərinin necə keçməsi bütün ömrümüzə təsir edir.
X
redaktə- Xalq həmişə qızğınlıqla nəyəsə inanmağın həsrətindədirsə, onun xeyri naminə faktları bilə-bilə təhrif etməkdən asan heç nə yoxdur.
- Xalq öz hökmdarına layiqdir.
- Xalqın əxlaqı qarışıq dövrlərdə çox vaxt axmaqcasına olur, amma kütlənin əxlaqı ciddidir – hətta bu kütlə bütün qüsurlara yiyələnəndə də.
- Xəyanət – zaman məsələsdir. Vaxtında xəyanət etmək – gələcəyi görmək deməkdir.
İ
redaktə- İlk niyyətə etibar etməyin, o, demək olar, həmişə mərdcəsinədir.
Q
redaktə- Qadınlar şəraitdən istifadə edənləri bəzən bağışlayırlar, amma bundan istifadə etməyənləri heç vaxt bağışlamırlar.
- Qadınlarn ayağının yanında, dizinin üstündə olmaq olar… Amma bircə əlində deyil…
- Qanunları zorlamaq olar, onlar bağırmır.
- Qətlə yetirmək – Rusiyada tətbiq edilən taxtdan devirmək üsuludur.
M
redaktə- Mən möminəm – birincisi, yepiskop Otenli olduğuma görə, ikincisi, çünki bütün bunlardan heç nə anlamıram.
- Mənim fikrimi bölüşməyən adamları bağışlayıram, amma öz fikrini bölüşməyənləri bağışlamıram.
- Mücərrəd danışsaq, qadınlar bizimlə bərabər hüquqlara malikdirlər, amma bu hüquqlardan istifadə onların marağında deyil.
N
redaktə- Napoleonun Rusiya yürüşü barədə: bu, sonun başlanğıcıdır.
- Nikah elə möcüzəli şeydir ki, ömür boyu haqqında düşünmək lazımdır.
O
redaktə- O qadın tamamilə dözülməzdir, amma bu onun yeganə qüsurudur.
S
redaktə- Səbr danışıqlar sənətində ilk prinsiplərdən biri olmalıdr.
- Siyasət – vur-tut, xalqı elə şəkildə həyəcana gətirməkdir ki, ondan istifadə etməyi bacarasan.
- Siyasətdə əqidə yoxdur, şəraitlər var.
- Siyasi bərabərlik ruhu üstünlüyə can atmaqdan doğulur.
- Söz – qılıncdır.
Ş
redaktə- Şöhrət sevgisi yalnız böyük qəhrəman yarada bilər, şöhrətə nifrət böyük insan yaradır.
T
redaktə- Taleyə inanmaq – özünə inanmamaq deməkdir.
U
redaktə- Uzun don yerişə kömək olmadığı kimi uzun nitq də işləri yeritmir.
V
redaktə- Vəd ona görə yaxşıdır ki, ondan həmişə imtina etmək olar.
Y
redaktə- Yaxşı diplomat öz nitqlərini improvizə edir və ciddi-cəhdlə öz susmağını hazırlayır.
- Yalnız kralların və xoşqeyrətlərin bağışlamaq hüququ var.
- Yeganə düzgün prinsip heç bir prinsipə malik olmamaqdır.
- Yüksəlmək istəyirsinizsə, özünüzə düşmən qazanın.
İstinadlar
redaktə- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.82