Petra della Valle

Petra della Valle (11 aprel 1586, Roma – 21 aprel 1652, Roma) — İtalyan səyyah, bəstəkar və musiqiçi.

Petra della Valle
Doğum tarixi 11 aprel 1586
Doğum yeri Roma
Vəfat tarixi 21 aprel 1652
Vəfat yeri Roma
Dəfn yeri Santa-Mariya-in-Araçeli
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bütövlükdə İranda, xüsusən sarayda, böyüklər və əyanlar arasında daha çox türkcə danışılır, nəinki farsca… Türkcə danışmağın səbəbi bu deyil ki, iranlılar ona fars dilindən daha artıq dəyər verirlər. Əsas səbəb budur ki, bütün qoşun əslən türk olan qızılbaşlardan təşkil olunmuşdur. Şahın müxtəlif tayfalardan olan qulamları da daha çox türkcə danışırlar və farsca bilmirlər. Buna görə də nəinki əmirlər qoşuna aid məsələləri türkcə çatdırırlar, hətta vaxtının çox hissəsini əcgərlər arasında keçirən şahın özü də dediklərinin başa düşülməsi üçün türkcə danışır. Nəticədə bu dil bütün sarayda, qadınlar və digərləri arasında geniş yayılmışdır.
    • 18 dekabr 1617-ci il tarixdə İsfahandan dostu Mario Eskipanoya yazdığı məktubdan:
  • Şah I Abbas sadəcə bir hökmdar deyil, eyni zamanda bir ata, bir müəllim və xalqının xilaskarıdır. Onlara torpaq, sürü hədiyyə etməkdən, ehtiyaclarını ödəmək məqsədilə pul paylamaqdan çəkinməzdi.[1]

İstinadlar

redaktə
  1. Viaggi di Pietro Della Valle il pellegrino, descritti da lui medesimo in lettere familiari all'erudito suo amico Mario Schipano, divisi in tre parti cioè: la Turchia, la Persia e l'India. Colla vita e ritratto dell'autore, Torino, 1843.