Françesko Petrarka
(Petrarka səhifəsindən yönləndirilmişdir)
Françesko Petrarka -(1304-1374) - italyan şairi
Françesko Petrarka | |||
Doğum tarixi | 1304 | ||
Doğum yeri | Arezzo | ||
Vəfat tarixi | 1374 | ||
Vəfat yeri | Arquà Petrarca | ||
Dəfn yeri | Arquà Petrarca, Q55086272 | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bədbəxt çox böyük ümidlərə etibar etməz.
Ç
redaktə- Çox yemək insana aclıqdan daha çox zərər verdiyi kimi, çox oxumaq da onun zehninə zərər verə bilər...
D
redaktə- Dünyadakı bütün sevinclər qısa bir yuxudur.
H
redaktə- Həyatım boyu görmüşəm ki, ən böyük və hiss olunmayan vaxt aparan şey dostlarla söhbət etməkdir; dostlar zamanın böyük oğrularıdır.
X
redaktə- Xəsislik artdıqca qəddarlıq da güclənir.
K
redaktə- Kimin pisliyi çox olarsa, onun ağaları çox olar.
- Kitab toplamaq yaxşı işdir, onları oxumaq isə daha faydalıdır.
- Kitabları həbsxanada olduğu kimi bağlı saxlamaq olmaz, onlar mütləq kitabxanadan yaddaşa keçməlidir.
- Kitabların xüsusi cazibəsi var; kitablar bizə həzz verir: bizimlə danışır, yaxşı məsləhətlər verir, bizim üçün canlı dost olurlar.
- Kölgə öz-özünə yaranıb özünü saxlaya bilmədiyi kimi, izzət də: əgər fəzilət onun əsası kimi xidmət etmirsə, o, nə həqiqi, nə də qalıcı ola bilməz.
M
redaktə- Məhəbbət bəşəriyyətin baş lütfü, ruhun ən müqəddəs haqqı, bizi vəzifə və həqiqətə bağlayan qızıl halqadır, qəlbi həyata uyğunlaşdıran xilasedici prinsipdir və əbədi yaxşılığın peyğəmbəridir.
N
redaktə- Nə qədər sevdiyini ifadə edə bilmək az sevgi deməkdir.
Т
redaktə- Nə qədər sevdiyini deməyi bacarmaq az sevmək deməkdir.
O
redaktə- O məhəbbətdə ki, dostluq, yoldaşlıq, ümumi mənafe yoxdur, belə məhəbbət dayaz və zəifdir.. [1]
- Onun gözəl simasında ölüm gözəl görünürdü.
Ö
redaktə- Ömrümüzün məqsədi və sonu zirvədədir, ziyarətimiz ona doğru yönəlib.
S
redaktə- Sevgi sevənin xasiyyətini sevdiyinin obrazına uyğun olaraq dəyişir.
- Siz məşum ruh xəstəliyindən əziyyət çəkirsiniz. Müasirlər buna melanxolik deyirlər, qədimdə bunu əqli tənbəllik adlandırırdılar.
- Sülh və təhlükəsizlik üçün güc axtarmaq, fırtınadan sığınmaq üçün vulkana dırmaşmaq deməkdir.
Ş
redaktə- Şöhrət heç vaxt ölülərə kömək etməz. O, sağ ikən dəfələrlə öldürülüb.
- Şöhrətin olmaması yalançı şöhrətə sahib olmaqdan yaxşıdır.
- Şübhə dostluğun xərçəngidir.
Y
redaktə- Yalnız zəif sevənlər sevgisini şərh edə bilər.
İstinadlar
redaktə- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005