Aprel buludlu, may küləkli olduqda - yaxşı bir il gözlənilir.
Barbara su üzərində keçsə, Milad bayramı da buz üstə keçər. (Barbara - Polşada müqəddəs Barbaranını şərəfinə hər il 4 dekabrda qeyd olunan milli bayram)
Çətinliklər qapını döyəndə bütün dostlar yuxuda olurlar.
Eşq qadınlara gözdən, kişilərə qulaqdan daxil olur.
Əlindəki bir sərçə damdakı göyərçindən yaxşıdır.
Fevral soyuq və quru olduqda, avqust isti olacaq.
Hər başlanğıc çətindir.
Hücum ən yaxşı müdafiədir.
İllər kitabdan daha çox şey öyrədir.
İştah yemək yeyərkən gəlir.
Qadın evlənmədən əvvəl, kişi evləndikdən sonra ağlar.
Qadın iki dəfə:aşiq olanda və qocalanda dəli olur.
Qadın nanə yarpağına bənzəyir: nə qədər ovsanız, bir o qədər qoxu verər.
Qadına iki dəfə itaət etmək lazımdır: “Get ye” deyəndə və “Get yat” deyəndə.
Qorxunun böyük gözləri var.
Nə Allaha inanır, nə də şeytandan qorxur.
Pişik uzaqlaşanda siçanlar oynayır.
Pulum olanda, hamı mənə “qardaşım” deyirdi.
Tərif dostluğa ziyan vurur.
Torpaq həkimin səhvlərini ört-basdır edir.
Veriləni geri alan hər kəs cəhənnəmə dönür.
Yaxşı adam meyxanədə pozulmaz, pis adam kilsədə düzəlməz.