Axtarmayacaqsansa kimsəni, olması lazım olanlar onsuz da yanındadırlar... Və yanında olmayıb gedənlər, nə ağlında olmalıdır, nə də vecinə.
Artıq insanları tanımaq üçün zaman itirmirəm, necə olsa onlar zamanı gələndə özlərini tanıtdırar.
Bəzən bütün bağları qoparıb, getmək cəsarətini tapıram özümdə. Bax, o an kaş ki hara gedəcəyimi bilsəm! Gedərəm hər halda.
Bəzilərinin münasibəti var, amma sevdiyi yoxdur. Bəzilərinin sevdiyi var, amma münasibəti yoxdur. Geridə buraxdıqlarım hesab sormağa qalxmasın. Fərqinizdə olduğum üçün var oldunuz, imtina etdiyim üçün artıq yoxsunuz.
Bil ki, düşmək deyil insanları kədərləndirən.. Əlindən tutmuş kimi edib əslində itələyənlərdir insanı həyata küsdürən.
Bilirəm ki, düşmək deyil insanları kədərləndirən.. Əlindən tutmuş kimi edib əslində itələyənlərdir insanı həyata küsdürən.
Biz çiçək yoluruq sevir və ya sevmir deyə. Həyat da bizi yolur əslində, dayanacaq və ya dayanamayacaq deyə.
Bir dəfə aldadan şəxsi bağışlarsan, səni yenə qırar. Çünki xəyanət bir ruh halı deyil, xarakterin bir növüdür.
Bir gözəllik et özünə.. Yalnız sahib olduqlarını düşün, xoşbəxt ol onlarla. Sahib olmadıqların kədərlənsin səninlə ola bilmədiklərinə.
Bir insan ən çox kimin yanında susursa, əslində ən çox onunla danışmaq istəyir.
Bir insanı niyə sevdiyiniz sualına cavab tapa bilmirsinizsə, onu həqiqətən sevirsiniz deməkdir.
Bir qadının canı yananda, bir kişinin başı bəlaya girmək üzrədir.
Bir qadının nə dediyinə deyil, nə demək istədiyinə qulaq as. Çünki onlar, kimsə qırılmasın deyə bəzi şeyləri söyləməzlər.
Birisini unutmaq məcburiyyətindəsənsə, bunu sindirə-sindirə edin. Çünki ağlın zamansız öldürdükləri, ürəkdə amansız dirilər.
Bu dünya beş qəpik belə etməz, unutma. Özünü dünyalar qədər qiymətli sananlar isə öz qiymətini təyin edir əslində.
Çox lazımsız şeyləri çox düşünürəm. Deyəsən ona görə hər zaman ağlımdasan.
Doğru insan, yanlış zaman. Doğru zaman, yanlış insan... Həyat belə oyunlar oynayar hər zaman.
Durğundursa insan bəlkə bir səbəbi, susqundursa bir səbəbi var. Sən susqunluğuna aldanma kimsənin... Bil ki, hər şeyin bir zamanı var.
Əgər bir qadın ürəkdən ağlayırsa, ağladan onun qəlbinə çatmış deməkdir.
Əgər sən istəsən, keçmiş unudula bilər. Amma etdiyin hər seçimdə bir daha düşün. Çünki, gələcək, keçmiş qədər insaflı olmaya bilər.
Əsas olan dərdlərdən uzaq durmağı necə bacara bildiyiniz deyil, başınız dərdə girəndə bunun öhtəsindən necə gəldiyinizdir.
Əslində çox danışan qadın yoxdur. Qarşıdakı heç bir şey anlamadığı üçün açıqlama etmək məcburiyyətində qalan qadın vardır.
Fərq, bəziləri fərqli olmağa çalışarkən, özün olmaqdır həyatda. Bil ki, seçici olmamaq, keçici olmağa məhkum qalmaqdır əslində.
Getməsini biləcəksən kimi zaman, arxana belə baxmadan! Və kimi zaman söyləyəcəksən sevdiyini, çox gec qalmadan.
Gələcəklə çox maraqlanma onsuzda gələcək.. Amma gedəcək olanı yaxşı düşün; çünki ağılından silinməyəcək!
Gəlməyəcək bir gedəni, olmayacaq bir səbəbi gözlədinizmi heç?
Gözəl, çirkin, kök, zəngin, kasıb.. dünyadakı bütün qadınların tək bir ortaq dərdi vardır: 'Geyinəcək heç bir şeyimiz yox'
Heç bir zaman zəmanəti olmayan bir xoşbəxtlik üçün, həyatınızda qalıcı olan şeyləri yox etməyin. Çünki tək kədərlənən siz olarsınız.
Həqiqətən sevmədən, sevirəm deməyi heç cür öyrənə bilmədim. Tək səhvim budursa, bağışla.
Həmişə deyilir: 'Eşq bitdiyi yerdən bir daha yaşanar' . Doğru, qopan hər şey bağlanar, amma bağlanan yerdə düyünləri qalar.
Hər gün yüzlərlə xəyal qurar insan və heç biri gerçək olmaz; amma unutma, bir gün bir gerçək yaşayarsan, heç bir xəyala sığmaz.
Hər kəs ikinci bir şansa laiqdir deyərlər. Unutma, "Sevən gerçəkdən sevsə, ilk şansını itirməzdi."
Hər kəsin bir münasibəti var, amma heç biri sevmir. Hər kəsin bir sevdiyi var, amma heç biri qovuşa bilmir.
Həyat elə oyunlar oynayır ki, hara tutunsam yıxılıram. Tam da klounun dediyi kimi, ağlaya bilmədiyimdən gülürəm.
Həyatı gözyaşlarınla qiymətləndirməkdənsə, gülüşünlə cəzalandır.
Həyatın ən hüznlü anı, dəli kimi sevdiyin insanın buna dəymədiyini gördüyün andır. Və ən böyük itkin ona xərclədiyin zamandır.
Həyatın riyaziyyatının fərqli olduğu həmişə sonradan anlaşılar. Və anlayır ki, insan, dəyər vermək yalnızca riyaziyyatla işə yarıyır.
Xəyallarının ardınca qaç, bir gün mütləq yorulacaqlar!
İnsan iki şeyi unutmaz: sevdiyini və onun yoxluğunu. İki şeyi də əsla gizlədə bilməz: Sərxoşluğu və aşiq olduğunu.
İnsanın ən böyük səhvi sevmək deyil, sevməyə layiq olmayan birindən sevilməyi gözləməkdir!
İnsanın sevdiyi birini son dəfə görməsindən daha pis olan tək şey; onu son dəfə gördüyünü bilməsidir.
Kim olursa olsun, əldə edə bilmədiyini pislər. Kişi ya da qadın; Çata bilmədiklərini ya qısqanar ya da sevər..
Kişi ya da qadın, ikisi də birinin canını yandıra bilər, amma bir qadının canı yananda, bir kişinin başı bəlaya girmək üzrədir.
Qadın münasibətin başında həmişə sonu düşünər, sona yaxınlaşanda başlanğıcı özlər. Oğlan isə sonu istər və bitməsini gözləyər.
Qadın, təbiətinə əsasən zəifdir, amma acıya ən çox o dayanır. Qadının qarşı durmasını qıran tək şey xəyal etdiyi şəxsi boş çıxmasıdır.
Qadınlar ilk oğlanları dəyişdirmək üçün səy göstərərlər. Oğlan dəyişdikdən sonra da, səni artıq tanıya bilmirəm, çox dəyişdin deyərlər.
Qadınlar kişilər üçün deyil, rəqibləri üçün makiyaj edərlər. Və bir qadının əsl gözəlliyi sevməyə başladığı zaman ortaya çıxar.
Quşa "uçma", balığa "üzmə" demək kimidir. "Səni çox sevirəm" deyənə, "dost qalaq" demək..
Maddə 1: Hər şeyə baxmayaraq gül. Maddə 2: Ölümünə sev. Maddə 3: Onu aldatma. Maddə 4: O səni aldatsa maddə 1-i xatırla.
Makiyajın məqsədi, gözəlliyi göstərməkdir, amma çox makiyajın məqsədi, üzünü gizləməkdir.
Mən 4 adamam: 1 mən, 2 içimdəki, 3 aynadakı, 4 ürəyimdəki.. Məni keç, içimdəki onsuz da dəlidir, qır aynadakını.. Ya ürəyimdəki?
Mən insanın digər üzünü görəndə, ilkini xatırlamam!
Nə qədər sevsən sev, əsla bildirmə sevgini. Çünki sevdiyin adam, sevildiyi qədər üzəcək səni.
"Niyə xoşbəxt deyilsən?" dedi. "Bədbəxt deyil, bacarıqsızam" dedim. Sizin kimi xoşbəxt olduğumu sanmağı bacarmıram...
Öz dəyərlərindən hər hansı bir insan uğruna imtina etdinsə, o insana dönüb, yaxşıca bax. O insan artıq ya hər şeyindir, ya da heç bir şeyin.
Sadə oğlan bütün xanımlara "gözəlsən" deməyi seçim edər, bu bir həqiqətdir. Heç bir qadın da buna inanmaz, bu da bir həqiqətdir.
Sevgini təqdim edərsən insanlara, nifrətləriyə uzaqlaşdırarlar əllərini. İlk əvvəl ürəyini qırarlar sonra xəyallarını.
Sən istəsən əgər, keçmiş unudula bilər, amma etdiyin hər seçimdə bir daha düşün. Çünki gələcək, geçmiş qədər insaflı olmaya bilər.
Sən onun həyatında bir seçimsənsə, onun sənin həyatında bir öncəlik olmasına icazə vermə!
Sizi şirin göstərəcək qədər sevinciniz olsun, güclü göstərəcək qədər qəminiz və sizdən istifadə etmələrinə fürsət verməyəcək qədər ümidiniz.
Tərk edən biri özünün əsla tərk edilməyəcəyinə inanan insandır. Heykəlini tikməyə isə gərək yoxdur, çünki o onsuz da daşdandır.
Tərk edilən birinə 'həyat necə gedir?' deyə soruşulmaz. Çünki tək problem həyatın davam edir olmasıdır.
Unutma; Ciddi qəbul et, amma qapılma. Zarafat et, amma qırma. Sahib ol bu həyatda, əsla aid olma!
Vacib olan dərdlərdən uzaq qalmağı necə bacara bildiyiniz deyil; başınız dərdə girdiyində bunun öhdəsindən necə gəldiyinizdir.
Yalnız böyük ağrıları çəkənlər xoşbəxtliyin mənasını bilərlər.