Pyer Bomarşe
Pyer Ogüsten Karon de Bomarşe (fr. Pierre-Augustin Caron de Beaumarchais; 24 yanvar 1732, Paris – 18 may 1799, Paris — fransız dramaturq və publisisti.
Pyer Bomarşe | |||
Tam adı | Pyer Ogüsten Karon de Bomarşe | ||
Doğum tarixi | 24 yanvar 1732, | ||
Doğum yeri | Paris, Fransa | ||
Vəfat tarixi | 18 may 1799 | ||
Vəfat yeri | Paris, Fransa | ||
Dəfn yeri | Per-Laşez qəbiristanlığı, Grave of Delarue de Beaumarchais | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Axmaqlıq və boşboğazlıq həmişə birlikdə gedir.
- Ağlı alçaltmaq mümkün deyil - ona görə də onu təqib edərək ondan qisas alırlar.
B
redaktə- Bir an sonra ağlayacağımdan qorxduğum üçün hər şeyə gülməyə tələsirəm.
- Boş yerə deyil ki, qadın sədaqətinə olduqca böyük əhəmiyyət verilir! İctimai xoşbəxtlik, ictimai bədbəxtlk onların davranışları ilə əlaqədardır. Ailədə cənnət və cəhənnəm mütləq olaraq qadın haqqında şaiyələrdən yaranır, şaiyə isə yalnız onların özlərindən asılıdır.
- Böhtan, böhtan, böhtan həmişə arxada nəsə qoyur.
- Bütün ciddi şeylər arasında evlilik ən gülüncdür.
- Bütün zərbələri dəf edən enerji və hər şeyə dözməyə kömək edən səbr insanı təhqirlərə, kədərlərə daha az həssas etmir.
D
redaktə- Dəhşət qorxusuna təslim olanda qorxunun dəhşətini hiss etməyə başlayırsan.
Ə
redaktə- Ən az mərhəmət edənlər ən böyük günahlar edənlərdir.
H
redaktə- Hər cür mallara sahib olmaq hər şey deyil. Onlara sahib olmaqdan həzz almaq xoşbəxtlikdən ibarətdir.
- Hər yerdə pisi tapmağa çalışanda hər şeydə şübhəli tərəfi görürsən.
X
redaktə- Xəsisin ölməsi onun gördüyü yeganə xeyirxah işdir.
İ
redaktə- İnsanları ancaq onları olduğu kimi göstərməklə islah edə bilərsiniz.
- İntriqa gec-tez onu başlatanı məhv edir.
Q
redaktə- Qadın hirsləndikdə onun danışıqlarında sağlam düşüncə axtarma!
- Qadınlar onları qəddar adlandırdıqda çox sevirlər.
M
redaktə- Məqsədə çatmaq üçün səmərəlilik bilikdən az tələb olunmur.
S
redaktə- Sevgi qəlbin romantikasından başqa bir şey deyil; zövq onun hekayəsidir.
- Siyasət hadisələri və insanları zarafatla ram edərək faktlar yaratmaq sənətidir. Mənfəət onun məqsədidir, intriqa vasitədir... Onu ancaq ədəb məğlub edə bilər.
- Sübutun olmaya-olmaya nəyisə təsdiqləmək böhtandan başqa bir şey deyil.
Ş
redaktə- Şamı söndürən külək manqaldakı alovu alovlandırdı.
- Şöhrətpərəstlik və axmaqlıq ayrılmaz dostlardır. [1]
T
redaktə- Təbiət qadına dedi: bacarırsansa gözəl ol, istəyirsənsə müdrik ol; amma ehtiyatlı olmalısan.
- Tənqid azadlığı olmayan yerdə tərif də xoş ola bilməz.
Y
redaktə- Yaşamaq mübarizə aparmaq, mübarizə aparmaq isə yaşamaqdır.
İstinadlar
redaktə- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 417