Qəşəm Aslanov

Azərbaycanlı dövlət xadimi

Qəşəm Aslanov (10 aprel 1934, Kəsəmən, Ermənistan, SSRİ – 1984, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı dövlət xadimi.

Qəşəm Aslanov
Doğum tarixi 10 aprel 1934
Doğum yeri Kəsəmən
Vəfat tarixi 19 noyabr 1984
Vəfat yeri Bakı
Dəfn yeri Fəxri Xiyaban
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Biz öz hərəkətimiz, sözümüz, söhbətimiz və münasibətimizlə baş ucaltmalıyıq. Hərəkətdə çevik, münasibətdə həssas, zövqdə incə, baxışda itigözlü, dözümdə yenilməz olmalıyıq.
  • Əmək bolluğun mənbəyi, səadətin açarı olmaqla yanaşı, həm də əsl sevincin, gözəlliyin anasıdır.
  • Tənbəl heç vaxt ləyaqətli adam ola bilməz. O, yaşaması, başını dolandırması üçün xəbislik, alçaqlıq, xəbərçilik, ara vurmaq, yaltaqlanmaq, ikiüzlülük, paxıllıq və başqa pis yollara qurşanmalıdır.
  • Yaxşı iş adamı, həqiqətən, cavanlaşdırır. Gördüyün yaxşı işə baxıb, dərindən bir nəfəs dərəndə bütün yorğunluğun canından çıxır. Sən yorulmursan, işdən bezikmirsən. Amma bir təhər işləyəndə, baş girləyib, danlaq altına düşəndə vaxtından əvvəl yorulur, mənəvi təsirlərdən sıradan çıxırsan.[1]

İstinadlar

redaktə
  1. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.