Qabriel Laub
Qabriel Laub (1928-1998) - yəhudi əsilli çex-alman jurnalisti, yazıçı.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Aforizmdə həqiqətin yarısı var - qeyri-adi yüksək faiz.
- Arxeoloqlar torpaqdan siyasətçilərin basdırdıqları tarixi qazıb çıxarırlar.
- Arvad: birlikdə yata bildiyimiz qadındır.
B redaktə
- Bir məşuqənin ən böyük üstünlüyü ondan ibarətdir ki, onunla istənilən mövzuda danışa bilərsiniz. Xanımınızla məşuqənizin çatışmazlıqlarını danışmağa cəhd edə bilərsinizzmi?
D redaktə
- Döyülmüş surət, stereotip hərəkətlər, darıxdırıcı personajlar - bir sözlə, bu filmdə həyatı olduğu kimi görürsən.
Ə redaktə
- Ədəbiyyatın gələcəyi aforizmdədir. Onu ekranlaşdırmaq olmaz.
H redaktə
- Heç bir şeyiniz yoxdursa, heç olmasa vicdanınız olsun.
- Həbsxanaların əleyhdarları rəqiblərini hara qoyurlar?
- Həqiqət həmişə gözəl olmadığı kimi gözəllik də həmişə doğru deyil.
- Hər kişiyə yaşamaq üçün üç qadın lazımdır: ana, həyat yoldaşı və ən azı onu kişi kimi görən bir qadın.
K redaktə
- Kişi ya bütün qadınlarla maraqlanır, ya da heç biri ilə. Qalan hər şey ikiüzlülükdür.
- Kompüterin beyin üzərində üstünlüyü odur ki, ən azı ondan istifadə olunur.
- Köləliyin ən inadkar tərəfdarları qul sahibləri deyil, imtiyazlı qullar idi.
Q redaktə
- Qadın iki halda daha təhlükəli olur: kişi onu qane etməyəndə və onu qane etdikdə.
- Qəhrəmanlıq - həyat tərzi deyil, bir ölüm növüdür.
- Qul azad olmaq istəmir. O, qul nəzarətçisi olmaq istəyir.
L redaktə
- Ləyaqətli adam bir halda rüşvət alır - fürsət düşəndə.
S redaktə
- Sevgi eqoizmin ən yüksək dərəcəsidir. Biz təkcə tərəfdaşımızı deyil, həm də onun bizi sevmə qabiliyyətini sevirik.
- Sivilizasiya: Eskimoslar isti mənzillər alırlar və soyuducu almaq üçün işləmək məcburiyyətindədirlər.
T redaktə
- Tənbəllik tərəqqinin gizli atasıdır.
- Təvazökar insan ancaq özünə kifayət qədər inamı olandır.
U redaktə
- Utopiklər xoşbəxt insanlardır, çünki onlar heç vaxt xəyallarının gerçəkləşdiyini görməyəcəklər.
Y redaktə
- Yetkin insan axmaqlara qarşı heç nə edə bilməyəcəyini artıq bilən adamdır.