Qara Namazov (azərb. Namazov Qara Mustafa oğlu; 1930-2016‎) — tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri doktoru (1987), professor (1989)

Qara Namazov
Doğum tarixi 8 may 1930
Doğum yeri Əmirxeyir
Vəfat tarixi 11 may 2016
Vəfat yeri Bakı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Dərslik yazmaq hər cümlənin müzakirəsini tələb edir.
  • Elm üçün işləyib, xalq üçün yaşamaq istəyirəm.
  • Gülü qəbbul etmək asan, onu qəbul etmək çətindir
  • Xalqa xidmət etməyən elm - cəfəngiyyatdır!
  • İnsan yaşlandıqca çox düşünür.
  • Körpə uşaq qoxusunun zəriflik zirvəsi hamını insanığa səsləyir
  • Nadir heyvanlara kömək etmək yeni bilik və bacarıqdan asılıdır.
  • 80 yaşın hesabatı vaxt büdcəsindən daha çox səmərəli istifadə tələb edir.
  • Sərraf Şiruyə xalqın yaddaşına hopmuş elə şairlərdəndir ki, əsrlər keçsə də onun adı, əsərləri heç zaman saz-söz sevərlərin ürəyindən silinən deyil. Hələ Sovet hökumətinin qılıncının dalının, qabağının kəsakəs vaxtında Şiruyənin şeirləri elin, obanın dilinin əzbəriydi. O şeirləri ki, Sovet hökumətinin qayda-qanunlarını tənqid edir, astar üzünü açıb ortaya qoyurdu. ...Tənqidi şeirlərinin qaladığı ocağın “tüstüsünə” kor olub Şiruyə uzun illər bir balaca kitaba həsrət qaldı. Ancaq əsil həqiqət budur ki, Şiruyənin heç bir kitabı çap olunmasa da, rəsmi mükafat, titul almasa da o dövrün çox ordenli şairlərindən populyar idi. Necə ki, bu gün də populyardı. Hansı poeziya məclisinə, el şənliyinə getsək orada Sərraf Şiruyənin şeirləri xanəndələr, aşıqlar tərəfindən ifa olunur, məclisləri rövnəqləndirir.
  • Şöhrət sahibi olmaq məsuliyyətdir.
  • Təbiətə gəzib-yörulub çəmənlikdə dincəlmək qədər şirin istirahət tapmaq çətindir.
  • Təbiəti oxumaq kitab oxumaq deyilmiş.
  • Təbiəti öyrənən eyni zamanda özünü öyrənmiş olur.
  • Yaşlı insanın təbiətdə elmi axtarışı köməksiz çətindir.

Qara Namazov haqqında sitatlar

redaktə
  • Qara müəllimin əsərləri, düşüncələri, ümumiyyətlə, yaradıcı şəxsiyyəti, mənsub olduğu millətin dünyagörüşünün, vərdişlər sisteminin birbaşa təzahürüdür. O, araşdırmalarında həmişə tarixiliyə xüsusi önəm verib, əsas ixtisası olan folklorşünaslıq çalışmalarında da bu cəhət aydın seçilib. Və Qara müəllimin tarixi düşüncəsi bəzən o qədər irəli gedir ki, folklor qəhrəmanlarının, süjetlərinin, epizodlarının hər birində bilavasitə tarix görür. Onun təsəvvürüdə tarixin reallığı ilə folklorun bu mənada irreallığı arasında, demək olar, fərq yoxdur. Qara Hamazov xalqa, dədə-babalarımızın səmimiyyətinə o qədər dərindən inanır ki, istənilən folklor yaradıcısının dediyinə tarixi fakt kimi baxır. Əslində, bu onun tarix elmindən çox, folklora - xalqın bədii təfəkkürünə sədaqətinin nəticəsidir.

İstinadlar

redaktə