Rafiq Əliyev

Professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Rafiq Əliyev — Professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,

Haqqında sitatlar redaktə

  • Bulağın yer üzündә mәkanına, zamanına, yeraltı suxurlardan yerüstü görüntüyә qovuşmaq üçün çәkdiyi әzabın ölçüsü nә qәdәrdisә, sıradan adamın “seçilmişliyә” gedәn yolu da bir bu qәdәr çilәli olur. Hәr millәtin gizli bilgilәrinin gizli dә daşıyıcıları var. Ünlü astroloq, hәkim, öncәgörmәlәri ilә dünya şöhrәti qazanmış Nostrodamusa hәsr olunan әsәrlәrdә yəhudi gizli bilgisinin ona verildiyi yazılmaqdadır. Nә mutlu gizli bilgilәri olan millәtlәrә vә bu bilgilәri estafet ağacı kimi gәlәcәyә ötürә bilәn adamlara! Şübhәsiz ki, Rafiq Əliyev millәtimizin gizli bilgilәrini daşıyan, seçilmişlәrindәn biridir.
    • Məmməd İsmayıl - şair


  • Elm hər yerdə elmdir. Elm beynəlmiləldir. Elmin vətəni yoxdur, amma alimin vətəni var. Alim bilməlidir ki, hansı millətə, hansı ölkəyə qulluq edir. Çox təəssüflər olsun ki, bizim bir sıra dəqiq elmlər üzrə çalışan alimlərimiz hansı ölkənin övladı, hansı vətənin, hansı millətin oğlu olduğunu unudur. Rafiq Əliyevi mənə sevdirən ən böyük cəhəti ondan ibarətdir ki, böyük alimliyi ilə bərabər, hansı millətə mənsub olduğunu çox gözəl bilir.
    • Bəxtiyar Vahabzadə - şair


  • Rafiq Əliyev, təkcə böyük alim, böyük ziyalı deyil, həm də, sözün həqiqi mənasında, böyük Azərbaycanlıdır. Həyat, ictimai inkişaf, iqtisadiyyat, elm, əxlaq, din, tərbiyə, musiqi, sənət və poeziya haqqında çox maraqlı fikirlərin sahibidir. O həm də parlaq zəkanı, dərin elmi, ictimai düşüncəni, yüksək mədəniyyəti və parlaq əxlaqı özündə birləşdirən böyük şəxsiyyət, cazibədar insan, bənzərsiz dost, millətin və məmləkətin ağrı-acılarını içində gəzdirən bir ziyalıdır.
    • Professor Qulu Məhərrəmli

Mənbə redaktə

  • [1] Seçilmişlərimiz Rafiq Əliyev haqqında: “Elmin Vətəni yoxdur, amma alimin Vətəni var”

İstinadlar redaktə