Ralf Uold Emerson
Ralf Valdo Emerson — ABŞ filosofu, esseisti və şairi.
Ralf Uold Emerson | |||
Doğum tarixi | 1803 | ||
Doğum yeri | Boston | ||
Vəfat tarixi | 1882 | ||
Vəfat yeri | Konkord | ||
Dəfn yeri | Sleepy Hollow Cemetery | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıllı bir insan üzr istəmək məcburiyyətində qalmaz.
- Ailə, kralların belə girə bilmədiyi bir qaladır.
- Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini məhəbbət bircə gündə öyrədir.
- Alqışı ən səssiz qarşılayan, alqışı layiq olmuş deməkdir.
- Analar təpədən dırnağadək sevgi ilə doludur.
- Ancaq öz mənliyini qoruya bilənlər həyat mübarizəsində qalib gəlirlər.
- Aşiq olan müdrikdir və getdikcə müdrikləşir, hər dəfə sevdiyi şeyə baxanda yeni görür, ondan gözləri və ağlı ilə onun malik olduğu fəzilətləri çıxarır.
B
redaktə- Başqalarının səhv və pislikləri ilə özünü məşğul edib ruhunu qaraltma. Ən əvvəl pisliklərdən təmizlənəcək bir insan varsa, o da sən özünsən.
- Bəzi adamlarda pul toplamaq hərisliyi yaranır və bu hərislik insanı pulun sahibinə deyil, əsirinə çevirir.
- Bir ana üçün uşağının ən sevimli olduğu zaman yatdığı zamandır.
- Bir neməti əldə etmək üçün çəkdiyimiz əzab həmin nemətdən aldığımız həzzə bərabərdir.
- Bir tək düşməni olan, hər yerdə onunla qarşılaşar.
- Birinə görə ədalətli olan şey, digərinə görə haqsızlıqdır; birinə görə gözəl olan, digərinə görə çirkindir; birinə görə müdriklik olan, digərinə görə dəlilikdir.
- Biz hamımız zərurətdən, meyldən və zövqdən sitat gətiririk.
- Böyük insanlar dünyanı düşüncələrin idarə etdiyini görənlərdir.
- Bütün həyatınızı dəyişdirməyə çalışmağınız lazım deyil, sadəcə ona münasibətinizi dəyişdirin.
- Bütün insanlar ürəklərində şairdirlər.
- Bütün işlərimizdə vicdanımız yol bələdçisi olmalıdır.
C
redaktə- Cinayət və cəza bir budaqda boy atır.[1]
D
redaktə- Davranışlarından utanıb, sıxılma; həyatın bütünü bir sınaqdır.
- Diqqətsizlik, peşmanlığın başlanğıcıdır. Alqışı səssizcə qarşılayan alqışa layiq olmuş deməkdir.
- Dost o adamdır ki mən onunla tam səmimiyəm., onun yanında hündürdən danışa bilərəm.
- Dostluq insanın şəxsi ləyaqətinin başqa insanlar üzərində əks olunmasıdır.[2]
- Dostunuzun evinə tez-tez gedin, çünki istifadə edilməyən yollarda kollar bitər.
- Dünya kitabların sayəsində işıqlıdır.
- Dünya salnaməsinin ən böyük və ən ciddi məqamı, kiminsə yüksək həddə çatmış yaradıcılıq istəyindən ibarətdir. [3]
- Dünyada dünyanın fikrindən sonra yaşamaq asandır; tənhalıqda özümüzdən sonra yaşamaq asandır; ancaq böyük insan odur ki, izdihamın arasında tənhalığın müstəqilliyini mükəmməl şirinliklə qoruyur.
- Dürüstlüyünüzü müqəddəs bir varlıq kimi qoruyun, son məqamda müqəddəs və sizə sadiq qalan yalnız daxili dürüstlüyünüz olacaq.[4]
E
redaktə- Edilərkən həyəcanlı olmayan işlər bacarılmaz.
- Elm bütün nailiyyətlərinə görə xəyala borcludur.
- Etməli olduğum şey insanların düşündüyü deyil, məni maraqlandırandır. Gerçək və intellektual həyatda eyni dərəcədə çətin olan bu qayda böyüklük və alçaqlıq arasındakı bütün fərqlərə xidmət edə bilər. Bu daha çətindir, çünki həmişə sizin vəzifənizin nə olduğunu səndən daha yaxşı bildiyini düşünənləri tapacaqsan. Dünyanın fikrindən sonra yaşamaq dünyada asandır; tənhalıqda özümüzdən sonra yaşamaq asandır; ancaq böyük insan odur ki, izdihamın arasında təkliyin müstəqilliyini mükəmməl şirinliklə qoruyur.
- Evin qiyməti ora gələn dostlardan bilinər.
- Evlilikdə özünü xoşbəxt hiss edən adi insan tək-tənha yaşayan dahidən qat-qat xoşbəxtdir.
Ə
redaktə- Əgər sən özünü qəzəbə öyrətmək istəmirsənsə, hər vasitə ilə öz qəzəbini boğ və hirslənmək vərdişinin yaranmasına imkan vermə. Qəzəbə yalnız başlanğıcda qalib gəlmək olar.
- Ən böyük mütəfəkkirlərin ləyaqəti məhz ondadır ki, mövcud kitablardan və ənənələrdən asılı olmayaraq, onlar özlərindən əvvəlkilərin və ya ətrafdakıların düşündüklərini deyil, özlərinin düşündüklərini ifadə edirdilər. Ona görə də hər birimiz insanın şüurunda bəzən alovlanan, alışıb-yanan o saf düşüncələrə qulaq asmalı, izləməli, qavramalıyıq. Bu daxili şimşək bizim hamımız üçün şairlərin və müdriklərin bütün bürcünü öyrənməkdən daha çox əhəmiyyət kəsb edir.
- Ən üstün insanlar öz içlərində hər iki cinsi də evləndirənlərdir.
G
redaktə- Gördüklərim, görmədiyimin varlığına inanmağa məcbur edir.
- Gördüklərimin hamısı mənə görmədiklərim üçün Yaradana etibar etməyi öyrədir.
- Gözəl, amma abırsız qadın çürümüş balıqçı toru kimidir.
- Gözəllik – Allahın fəzilət ayəsidir. Hər bir təbii addım gözəldir.
- Gözəlliyi tapmaq üçün bütün dünyanı gəzsək də onu içimizdə daşımırıqsa əsla tapa bilmərik…
- Gözəlliyin meyarı bütöv təbiətdir.
H
redaktə- Hamımız, müxtəlif dərəcələrdə qaynayırıq.
- Hamımız başqalarını öz ürəyimizdə daşıdığımız şəkildə görərik.
- Heç bir şey böyüklük qədər sadə deyil. Çünki sadə olmaq bir az da böyük olmaqdır.
- Hələ heç kim məktəb qaydalarına riayət etməklə böyüklük əldə etməyib.
- Hər bir böyük təşkilat bir insanın uzadılmış kölgəsidir.
- Hər cəmiyyətdə bəzi kişilər idarə etmək, bəziləri isə məsləhət vermək üçün doğulur.
- Hər gün hər hansı bir təhlükəni dəf etməyən şəxs həyatda heç bir şey öyrənə bilməz.
- Hər işin atası düşüncədir.
- Hər zaman gördüyümüz işlər zaman keçdikcə asanlaşır — tapşırığın təbiəti dəyişdiyinə görə deyil, bacarıqlarımız mükəmməlləşdiyinə görə.
- Hərəkətləriniz o qədər ucadan danışır ki, sizin özünüzün nə dediyinizi eşidə bilmirəm.[5]
- Həyat başa düşmək üçün yaşanmalı olan dərslər ardıcıllığıdır.
- Həyat təcrübələr bütünüdür. Nə qədər çox təcrübə etsəniz, sizin üçün o qədər yaxşıdır.
- Həyatda tək bir adam belə, siz yaşadığınız üçün rahat nəfəs alırsa, siz müvəffəqiyyətli və məqsədinizə çatmış bir insansınız.
- Həyatın məqsədi insanı özü ilə tanış etmək kimi görünür. O, gələcəyini ona təsvir edildiyi kimi yaşamaq deyil, həqiqi gələcəyi real indiki vaxta qədər yaşamaqdır. Ən yüksək vəhy Allahın hər bir insanda olmasıdır.
X
redaktə- Xarakter zəkadan daha üstündür… Dahi qəlb yaşamağa güclü olacaqdır, həmçinin düşünməyə də.
- Xoşbəxt o kəsdir ki, yalnız öz işinə baxır, onun uğur qazanıb-yaxmamayacağını bilmək üçün heç vaxt zamana və ya ictimai rəyə baxmaz və satış zərurətindən deyil, müəyyən fikirlər söyləmək eşqindən yazır — həmişə naməlum dosta yazır.
- Xoşbəxt olmaq üçün çox şeyə gərək yoxdur. Gözün görsün, qəlbin anlasın… Ruhun yaşasın…
- Xoşbəxtlik elə bir ətirdir ki, özümüz bir neçə damcıdan həzz almadan başqalarına vura bilmərik.
İ
redaktə- İnsanlar təəccüblənməyi sevirlər və bu, elmin toxumu rolunu oynayır. Elm təəccübdən qidalanıb cücərir.[6]
K
redaktə- Kitablar sadəcə ilham vermək üçündür…
- Köləlik köləliyi, azadlıq azadlığı doğurur.
Q
redaktə- Qəhrəmanlıqlarından davamlı olaraq danışan qəhrəmanlar, nəhayət, qorxaqları belə bezdirir.
- Qonaqlar saatı görməsələr də, vaxtın hecə keçdiyini mənim üzümdən oxuyurlar.
- Qorxu həmişə cəhalətdən yaranır.
M
redaktə- Meşədən, yaşıl vadidən təkbaşına qaçsam, mənə qaraçı demə: Mən meşə Tanrısından söz diləyirəm ki, onu insanlar arasında çatdırsın. Mən qollarımı bir-birinə bağlayaraq dərənin yanında ləngisəm, məni tənbəl demə: səmadakı hər bulud kitabımda bir misra, bir heca qeyd edir. Zəhmətkeş qardaşlar, sizə lazımsız güllər gətirsəm, məni qınamayın: Əlimdəki bağlamada bir fikrimin hər zərif tacı canlanır. Kainatda güllərin kölgə sala bilməyəcəyi qədər uca bir sirr də yoxdur: Budaqdakı quşların öz aralarında cıvıldamasın deyə qısqanc bir tarix yoxdur. Çünki öküzlər artıq yavaş-yavaş tarlalardan evlərə məhsul gətirdilər, amma yaxşı ana torpaq daha bir məhsul verir, mən onu nəğmə ilə yığıram.
- Məktəblərdə, universitetlərdə oxumaq təhsil deyil, sadəcə təhsil almaq yoludur.
- Musiqi bizi ağıllı düşünməyə təşviq edir. Musiqi insana ruhunda olan böyüklük imkanlarını göstərir.
- Müasir elmin möcüzələri qədim mifologiyanı çox üstələyir.
- Mümkün olmayanı yalnız insan mümkün edə bilər. Həm də mümkün edə bilməyi düşünənlər edə bilərlər.
N
redaktə- Nə dilədiyinizə diqqət edin. Gerçəkləşə bilərlər!
- Nə düşünsək bütün günü onu yaşayırıq.
Ö
redaktə- Ölümsüzlük. Mən görürəm ki, yazıçılar bu sualı qaldıran kimi sitat gətirməyə başlayırlar. Sitatdan nifrət edirəm. Bildiyinizi mənə deyin.
- Öz İncilinizi yaradın. Bütün oxunuşlarınızda zurnanın gurultusu kimi sizə təsir edən bütün sözləri və cümlələri seçin və toplayın.
- Özündən imtina edən insan özünə gələr.
P
redaktə- Platonu oxumalısan. Amma sən onu qolundan tutub deməlisən: "Platon, sən iki min il ərzində bəşəriyyəti sevindirdin və tərbiyə etdin. Mənə nə demək istəyirsən?"
S
redaktə- Sağlam düşüncə iş paltarı geyinmiş dahidir.
- Seks hər iki cinsi bir-birilə evlənməyə məcbur edən böyük bir qüvvədir.
- Sevinc və sağlamlığın yanında güc də olmalıdır.
- Sitat alçaqlığı etiraf edir.
- Sivilizasiyanın əsl göstəricisi sərvət və təhsil səviyyəsi deyil, şəhərlərin böyüklüyü, məhsul bolluğu deyil, ölkənin yetişdirdiyi insan obrazıdır.
- Sivilizasiyanın inkişafında ən böyük vəzifə, qadınların üstündədir.
Ş
redaktə- Şeir bir neçə sözün nəhəng gücünü öyrədir və ilhamla mütənasib olaraq nitq qabiliyyətini yoxlayır.
T
redaktə- Tamahkar isə ona yardım edən hər bir kəsin köləsidir.
- Tarixi faktları təhlil edərkən dərindən danışmaqdan çəkinin, çünki çox vaxt səbəblər çox səthi olur.
- Tez-tez və ürəkdən gülün; ziyalı insanların hörmətini və uşaqların məhəbbətini qazanmaq; səmimi tənqidçilərin təriflərinə qulaq asmaq və yalançı dostların xəyanətlərinə dözmək; gözəlliyi qiymətləndirin; başqalarında müsbət cəhətləri görmək; dünyanı bir az daha yaxşı tərk etmək, şəfalı uşaq, çiçək yatağı və ya sosial vəziyyətdən xilas olmaq; tək bir varlığın belə daha xoşbəxt olduğunu bilmək, çünki sən var idin. İndi uğur qazanmağın əsas mənası budur.
- Təbiət daim dəyişən və həmişə eyni olan bir buluddur.
- Təbiət nəyisə yaratmaq istəyəndə bunun üçün bir dahi yaradır.
- Təbiətdəki hər bir bitki və heyvana nə qədər güc aiddir. Ağacın və ya çayın ikiüzlülüyü, iddialılığı, şousu yoxdur. O, bütün gücü və əsası ilə odur və hər zaman eyni təəssürat və təsir bağışlayır.
- Təcrübə düşüncənin, düşüncə isə hərəkətlərimizin övladıdır.
U
redaktə- Ulduzlar müəyyən bir hörmət oyadır, çünki həmişə mövcud olsalar da, onlar əlçatmazdırlar; lakin bütün təbii obyektlər, ağıl onların təsirinə açıq olduqda, qohum təəssürat yaradır. Təbiət heç vaxt alçaq görünüşə malik deyil.
V
redaktə- Verdiyiniz nə qədər çox cavabsız qalırsa, nəhayət, alacağınız mükafatın bir o qədər keyfiyyətli olacağı ehtimalı yüksəlir.
Y
redaktə- Yaxşı işin mükafatı, onun nəticəsindədir.[7]
- Yaxşı davranışlar kiçik fədakarlıqlardan meydana gələr.
- Yaxşı dost, yanında uca səslə danışıb düşünə biləcəyin insandır.
- Yaxşı kitablar çox yaxşı, pis kitablar da çox pisdir.
- Yolun apara biləcəyi yerə getməyin, yolun olmadığı yerə gedin və iz buraxın.
- Yolunu itirmiş birindən yol soruşmazlar.
- Yuxuları gerçəkləşdirməyin ən qısa yolu oyanmaqdır.
Z
redaktə- Zəngin adam əlində olana qane olan adamdır.
- Zəngin bir ürək, yoxsa sərvət çirkin bir dilənçidir.
Xarici keçidlər
redaktəİstinadlar
redaktəSkript xətası: "Əlaqəli layihələr" modulu mövcud deyil.
- ↑ Xəzinə. Bakı,1997. səh.147
- ↑ [1] Цитаты и афоризмы.
- ↑ Antoni Robins. İçindəki divi oyat. Bakı, 2020.
- ↑ Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.37
- ↑ Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.36
- ↑ Aforizmlər. Bakı.2013. səh.42
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 328