Rixard Vaqner
alman bəstəkarı, dirijor, musiqi nəzəriyyəçisi, esseisti
Rixard Vilhelm Vaqner (alm. Wilhelm Richard Wagner; 22 may 1813, Leypsiq - 13 fevral 1883, Venesiya) — Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseisti.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bu cəhənnəmin alçaq varlıqlarına çox düşkünəm və onların həsrətini çəkirəm.
G
redaktə- Gələcəyin bədii yaradıcılığının yaradıcısı indiki rəssamdır.
H
redaktə- Heyvan təcrübələrindən imtina edilsəydi, bəşəriyyət əsaslı irəliləyiş əldə edərdi.
- Həqiqi bir həyatımız olsaydı, sənətə ehtiyacımız olmayacaqdı. Sənət əslində gerçək həyatın bitdiyi yerdə, qarşımızda başqa heç bir şeyin olmadığı yerdə başlayır. Sənət iqtidarsızlığımızı etiraf etməkdən başqa bir şey deyilmi?
İ
redaktə- İnsanın ləyaqəti onun əməyi ilə müəyyən olunur.
- İnsanların dili birdən dayandığı yerdə musiqi başlayır .
M
redaktə- Melodiya musiqinin yeganə formasıdır: melodiya olmadan musiqini təsəvvür etmək mümkün deyil, musiqi ilə melodiya ayrılmazdır.
- Musiqi bütün nitqin başlanğıcı və sonudur.
- Musiqi düşünə bilməz, ancaq düşüncəni təcəssüm etdirə bilər.
- Musiqinin ruhunu eşqdən başqa bir şeylə izah edə bilməm.
- Musiqinin varlığına borclu olduğu ən qədim, ən uyğun və ən gözəl musiqi aləti insan səsidir.
S
redaktə- Sevinc şeylərdə deyil. O, özümüzdədir.
- Siyasətçi adam iyrəncdir, amma siyasətçi qadın qorxuncdur.
T
redaktə- Təbiət o qədər güclü, o qədər sarsılmaz və yeniləşməsində o qədər tükənməzdir ki, heç bir təsəvvürə sığmayan qüvvə onun yaradıcı gücünü məhdudlaşdıra bilməz.