Robert Toru Kiyosaki (8 aprel 1947) — Amerikalı sahibkar və yazıçı. Kiyosaki Rich Global və kitablar və videolar vasitəsilə insanlara maliyyə dərsləri verən şirkət Rich Dad Company-nin təsisçisidir.

Robert Kiyosaki
Doğum tarixi 8 aprel 1947
Doğum yeri Hilo
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aktiv satın alın, passiv deyil.
  • Borc ən son çarə olsun.
  • Böyük miqdarda borca girərək özünüzü onları ödəmək məcburiyyətində buraxmayın. Bəli, borc igidin qamçısıdır, amma borcu nəyə xərclədiyinizin də əhəmiyyəti var. İqtisadi azadlığınızı qazanmadan ev, avtomobil kimi passiv varlıqların kredit yükü altına girməyiniz absurddur. Bu məntiq ilə borcunuzu ödəyib bitirdiyiniz zaman yenidən borca girərsiniz və ömür boyu kreditlərin ardından qaçarsınız. İqtisadi azadlığınızı qazanan, aktiv varlıqlarınızı artırın və rahatlığı daha sonra düşünün. Onsuz da siz rahat bir şəkildə pul qazanmağa başlayınca rahatlıq da özü-özlüyündən gələcəkdir. Unutmayın, hədəf zəngin olmaqdır. Zəngin görünmək deyil. Çoxları bu ikisin qarışdırır.
  • Bütün ömrü boyu stabil bir işdən yapışmaq daha risklidir, nəinki öz biznesini qurmağı öyrənmək üçün riskə getmək. Birinci risk müvəqqəti xarakter daşıyır, digəri isə ömür boyu davam edir.
  • Gərəksiz borca girməyin.
  • Kasıb, yazıq, bədbəxt, uğursuz insanlar tez-tez "sabah" kəlməsini işlədir.
  • Maliyyə sahəsində çox şeyi bacarmış insanları ideal olaraq müəyyən edin və onların nələr etdiklərini, necə o səviyyəyə gəldiklərini və vərdişlərini incələyin. Bir şeyi əgər bütün uğurlu insanlar edirsə, o şey yəqin ki doğru bir şeydir. Yerində olmaq istəməyəcəyiniz birindən isə əsla tövsiyə almayın. "Əgər bir insan uğursuzdursa ondan uzaq durun" demir Kiyosaki, amma uğur yolunda kimləri nümunə götürəcəyinizi və kimləri dinləməyiniz gərəkdiyini yaxşı seçməyiniz lazım olduğunu deyir.
  • Pul qazanın və qazandığınız pulu yenə pul qazanmaq üçün istifadə edin. Büdcənizə girdiyi andan etibarən pul artıq sizin işçinizdir. Onu necə istifadə etdiyinizə bağlı olaraq zəngin ya da yoxsul ola bilərsiniz. Pulunuzu investisiya vasitələrinə yatırın və qoy siz yatarkən belə pulunuz sizin üçün işləsin.
  • Pul sizin işçinizdir.
  • Sizin olduqdan sonra davamlı olaraq sizə gəlir gətirən şeylər sizin "aktiv varlıqlarınız"dır. Siz satın aldıqdan sonra davamlı olaraq sizdən nələrsə götürən ya da heç bir iqtisadi qatqısı olmayan şeylər isə "passiv varlıqlar"ınızdır. Zənginlərlə yoxsullar arasındakı ən böyük fərq, zənginlərin davamlı aktivlər satın alıb, müntəzəm gəlirini artırması, yoxsulların isə davamlı passiv varlıqlar satın alaraq iqtisadi aslılıqlarını artırmağıdır. Bir hissə sənədi (səhm) sizin aktiv varlığınızdır, passiv varlıq olan bir avtomobil isə siz ayağınızı qaza bastığınız anda ikinci əl sinfinə girər və böyük həcmdə dəyəri düşər. Aktiv-passiv ayrımını yaxşı etməlisiniz.
  • Təcili nağd pula ehtiyacınız olanda varlıqlarınıza toxunmamağa çalışın. Məsuliyyətin təzyiqini hiss edin. Bu şəkildə yeni çıxış yolları axtarmağa çalışmağınız həm ticarət zəkanızı artıracaq, həm də maliyyə dahiliyini inkişaf etdirəcəkdir. Bu təzyiq sayəsində pul qazanmağı yeni yollarını tapın ki, həm içində olduğunuz çətin vəziyyətdən qurtulun, həm də gələcəkdə sizə faydası olacaq üsullar öyrənin.
  • Zəkalı insanlarla çalışın.
  • Zəngin insanlar hər zaman özündən daha ağıllı insanları işə götürməyin yollarını axtararlar. Bİr iş yeri sahibi deyilsəniz belə, hər zaman özünüzdən daha ağıllı və daha uğurlu insanlarla birlikdə olmağa çalışın. Onlar həm motivasiya səviyyənizi artırırlar, həm də sizə daha uğurlu olmağın metodlarını öyrədirlər. Otaqdakı ən zəkalı və ən ağıllı insan sizsinizsə, otağı dəyişdirin.

İstinadlar

redaktə