- Ağzını bağlasa, hər axmaq ağıllı görünər.
- Biri sizi bir dəfə aldatsa günah onundur. İki dəfə aldatsa günah sizindir.
- Burnunu silə bilmir, gəzmək üçün qızların yanına qaçır.
- Bütün yollar Romaya aparır.
- Daş da yumurtanın üstünə düşsə, yumurta da daşın üstünə düşsə - olan yenə yumurtaya olur.
- Erkən oyananlar daha uzaqlara səyahət edirlər.
- Əgər axmaq təkəbbürlü deyilsə, o, o qədər də axmaq deyil.
- Hər quş öz dilində mahnı oxuyur.
- Hətta susmaq belə cavab ola bilər.
- Xalq yalan vəd edənlərə nifrət edir.
- Kişi oddur, qadın isə bütöv bir atəşdir.
- Korlar ölkəsini gəzərkən heç olmasa bir gözünü yum.
- Müharibədə qocanın ağlı, gəncin gücü və qartalın cəsarəti olmalıdır.
- Pul ağıl deyil, ağıl pul verir.
- Sevgi bütün dilləri başa düşür.
- Su axır, qayalar qalır.
- Suya pis əməllər yaz, yaxşıları daş üzərində oy.
- Yad bir ölkədə ən şirin çörəyin də dadı yoxdur.
- Yeni zənginə və köhnə dilənçiyə etibar etmə.
- Zəiflərə kömək edin ki, sonra onun yükünü götürməyəsiniz.
- Zəngin olmaq asandır, xoşbəxt olmaq çətindir.
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014