Saltıkov-Şedrin
Mixail Yevqrafoviç Saltıkov-Şedrin (əsl familiyası Saltıkov, təxəllüsü Nikolay Şedrin- 1826–1889) — rus yazıçısı, jurnalisti, "Yerli qeydlər" jurnalının redaktoru, Ryazan və Tver quberniyalarının vitse-qubernatoru.
Saltıkov-Şedrin | |||
Doğum tarixi | 15 yanvar 1826 | ||
Doğum yeri | Spas-Ugol | ||
Vəfat tarixi | 28 aprel 1889 | ||
Vəfat yeri | Sankt-Peterburq | ||
Dəfn yeri | Literatorski mostki | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Abır, insanın öz əməllərinə bəşər tarixinin vəsiyyət etdiyi ali vicdanın tələblərinə uyğun əməl etmək bacarığıdır.
- Açıq müzakirələrdə nəinki səhv, hətta ən mücərrəd fikirlər asanlıqla aradan qaldırılır.
- Ağılsız insan tez bir zamanda ehtirasların köləsinə çevrilir.
- — Anacan, indi ərsiz yaşamaq elə ərli yaşamaq kimidir. Kilsənin xeyir-duasına isə gülürlər. Biz bir kolluğa girib elə orada da işi bitiririk, vəssalam. Onlar bunu qeyri-dini kəbin adlandırırlar.
- Avropada bizim rublumuz üçün əlli qəpik verirlər. Pis o olardı ki, pul əvəzinə yumruq zərbəsi verərdilər.
B
redaktə- Bir əsr yaşayasan, amma heç kimi inciməyəsən. Bu rus adamının təbiətinə xas olmayan bir xüsusiyyətdir. Əgər sən kimisə incitmirsənsə, deməli sən hamının incidə biləcəyi zəif təbiətli bir insansan.
- Biri başqa birini qəbul edəndə düşünür: "Toyuq oğlu toyuq, səni nə pəncərədən atardım…"- digəri isə belə düşünür: " Murdar pota, sənin o sifətinə nə tüpürərdim… Təsəvvür edin ki, bu "nə" mövcud deyil. O zaman bu həmsöhbətlər arasında hansı fikir mübadiləsi baş verərdi?
- Bizdə orta yoxdur: ya sifətimizə, ya da əlini ver!
- Bizdə yaxşı fikirlər olmur. Çünki bizə bu cür fikirlər yaraşmır. Bir də ki, əgər yaxşı fikirləriimiz olsa belə, kimdir onları dərc etməyə qoyan.
- Boşboğazlıqda yalanlar gizlənir və məlum olduğu kimi, yalan bütün qüsurların anasıdır.
- Bu və ya digər işi yerinə yetirməyə yox, onlara dözməyə hazır ol.
- Bütün ölkələrdə dəmir yolları hərəkət etməyə, ölkəmizdə isə üstəlik oğurluq etməyə xidmət edir.
Ç
redaktə- Çox təəssüf! Heç on beş dəqiqə keçməmişdi, amma mənə elə gəldi ki, araq içməyin əsl vaxtıdır.
- Çoxları iki anlayışı qarışıq salmağa meyillidir: "Vətən" və "Zati-aliləri".
D
redaktə- Danışan insanın niyə, nə danışdığı və nə vaxt qurtaracağı bilinməyəndə, bu çox qorxulu haldır.
- Dostum, biz tamamilə başqa cür məxluqlarıq. Alma ağacından alma yığıb yeyiriksə, mütləq onun budaqlarını da sındıracağıq. Lap bu yaxınlarda Sofron əmi kerosinlə dolu krujkanın yanından keçəndə onun hamısını içmişdi!
- Dövlət nədir? Bəziləri onu vətənlə, başqaları qanunla, üçüncülər xəzinəylə, dördüncülər isə rəhbərliklə qarışdırırlar.
- Dünyada hər cür borc verən olur: ağıllı və ağılsız. Ağıllı borc verən borc alanın sıxıntılı vəziyyətdən çıxmasına kömək edir və mükafat olaraq borcunu geri alır. Ağılsız borc verən isə borclunu daha çox sıxıntılara məruz qoyur, əvəzində isə heç nə almır.
- Dünyada xeyirxah insan ruhundan xoş şey yoxdur.
E
redaktə- Etibarlılıq, qazanılması üçün hər hansı bir pislik edilməsi lazım olan damğadır.
- Elə adamlar var ki, dillərində "dövlət", fikirlərində isə müftə piroq .
Ə
redaktə- Ədəbiyyat hər yerdə mənfur obrazlara görə yox, cəmiyyəti həqiqətən irəli aparan obrazlara görə qiymətləndirilir.
- Ədəbiyyat sürtünmə qanunlarından götürülüb. Yalnız o, ölümü inkar edir.
- Ən pis qanunlar Rusiyadadır. Amma bu qüsur onunla əvəz edilir ki, onlara heç kim əməl etmir.
F
redaktə- Fağır insanları sakitləşdirmək üçün qüsurları olmayan insanları vurmaqdan daha çox cəsarət tələb olunur.
- Fransada inqilab alovlananda hamıya aydın oldu ki, "maarifçilik" yalnız cahil xarakter daşıyarkən faydalıdır.
G
redaktə- Görünür bu dünyada bütün dövrlərdə keçidlərin olduğu guşələr var.
H
redaktə- Hansı bürokrat Rusiyanın sərbəst yaxınlaşıb yeməli bir piroq olmasına nə vaxt əmin olmayıb?
- Hansı daha yaxşıdır – zəiflik göstərmədən iltifat, yoxsa yumşaqlıqla göstərilən ciddilik?
- Heç nəylə məhdudlaşdırılmamış təxəyyül xəyali həqiqət yaradır.
- Heç vaxt təmizlənməyən paltarı birdən-birə təmizləmək mümkün olmadığı kimi, insanı da birdən-birə tərbiyə etmək olmaz.
- Hər bir biabırçılığın uyğun ləyaqəti olur.
X
redaktə- Xanım soruşur ki, boynunu hansı dekolte üçün yusun: böyük, yoxsa kiçik dekolte üçün?
İ
redaktə- İndi insanlar o qədər zəifdirlər ki, yüz rublluq kredit kartı görəndə ağıllarını itirirlər. Görəsən, dumanda bir milyon görsələr nə olar?
- İnsan elə yaradılıb ki, sanki xoşbəxtliyə həvəssiz və inamsız baxır. Ona görə də xoşbəxtliyi zorla onun boynuna qoymayın.
- İstedad öz-özlüyündə rəngsizdir və yalnız tətbiq ediləndə rəng alır.
K
redaktə- Kişi hər yerdə var, yalnız onu axtarmaq lazımdır.
- Könlümdən nəsə keçir: ya konstitusiyalar, ya qıtıqotuyla uzunburun nərə balığı, ya da kimisə soymaq.
- Krutisin deyirdi: — Keşiş baba! Bu gün hər şeyi bərabər bölün, sabah bərabərsizlik necə olsa öz yerini tapacaq.
Q
redaktə- Qanunlar iki məqsədə görə tərtib edilir. Birinci məqsəd ondan ibarətdir ki, qanunvericilər onları böyük xalqlar və qaydaya düşmüş ölkələr üçün, ikinci məqsəd isə işləməməyə, avaraçılığa toxunmamaq nöqteyi-nəzərindən tərtib edirlər.
- Qədim müdriklik o qədər aforizmlər vəsiyyət edib ki, onlardan möhkəm bir daş divar yaranıb.
- Qorxudan ağlını itirən, komada oturub tir-tir əsən mirzələri ləyaqətli vətəndaşlar hesab edənlər yanılırlar. Xeyr, onlar vətəndaş yox, faydasız mirzələrdir.
M
redaktə- Maariflənməyi, imkan daxilində qan tökmədən, mülayimliklə tətbiq etmək lazımdır.
- Mən Rusiyanı ürəkdən sevirəm və hətta özümü Rusiyadan başqa bir yerdə düşünə bilmirəm.
- Mən yatsam və yüz ildən sonra oyansam və indi Rusiyada nə baş verdiyini soruşsalar, cavab verəcəyəm: içirlər və oğurlayırlar.
- Mənə həmişə elə gəlirdi ki, vətənimiz üçün bolluq yox, zirək ispravniklər (çar Rusiyasında qəza polis rəisi) lazımdır.
- Mənim fikrimcə, Rusiya üçün, məhdudiyyətsiz monarxiya daha faydalıdır. Məhdudiyyətsiz monarxiya nədir? – sizdən soruşuram. Bu, respublika ilə eyni şeydir. Sadəcə olaraq, sadə və aydın ifadə edilmiş həddə çatdırılmışdır. Bu, bir simada təcəssüm olunmuş respublikadır. Ona görə də dünyada heç bir hökumət bu qədər yaxşılıq etmək iqtidarında deyil… Belə deyirlər ki, aşkarlığın olmaması nəticəsində rüşvətxorluq çox kök salmışdır. Amma sizdən soruşuram: harada rüşvət yoxdur? Rüşvətxorluq bizdəki kimi harada asanlıqla aradan qaldırıla bilər? Ən azı bir şeyi düşünün ki, hər yerdə rüşvətxorlar üçün məhkəmə tələb olunur, bizdə isə zərərli adamın həmişəlik zərər vurmaq imkanından məhrum olması üçün yalnız rəhbərliyin daxili inamı kifayətdir.
- Müqəddəs Rusiyada bir adam təəccüblənməyə başlayırsa, o, təəccübdən donub mıx kimi qalacaq və ölənə qədər də belə qalacaq.
N
redaktə- Nəhəng güc-korazehinliyin inadıdır.
O
redaktə- O, Kolya Persianova izah edirdi:
— Kredit…Bu o deməkdir ki, sənin pulun yoxdur…anlayırsan? Pulun olmur, amma qəfildən olur! — Amma, mənim əzizim, pulun ödənməsini tələb etsələr, onda nə olacaq? – deyə Kolya soruşmuşdu. — Qəribə adamsan! Bu cür sadə şeyləri belə başa düşmürsən! Ödəmək vaxtı gələndə yenidən kredit götürürsən! Yenə ödəmək vaxtı, yenə kredit! İndi bütün dövlətlər bu cür yaşayır!
Ö
redaktə- Özünüzdə gələcəyin ideallarını tərbiyə edin. Çünki, bu bir növ, hərəkəti olmasa yer kürəsini daşa çevirə biləcək günəş şüaları kimidir.
R
redaktə- Roma ilə bizim aramızdakı fərq ondan ibarətdir ki, Romada Allahsızlıq, bizdə isə dindarlıq hökm sürür. Roma azğınlığa, biz isə mülayimliyə yoluxmuşuq. Romada qara camaat, bizdə isə rəhbərlik cuşa gəlir.
- Rus qadını kənddə də, şəhərdə də eynidir: o həmişə nə isə axtarır və belə düşünür ki, itirilmiş bir sancağın tapılması bu dünyanı xilas edəcək.
- Rusiya hökuməti öz xalqını daim heyrət içində saxlamalıdır.
- Rusiya qanunlarının ciddiliyi onların icrasının qeyri-məcburiliyi ilə yumşalır.
S
redaktə- Sistem çox sadədir: heç vaxt birbaşa bir şeyə icazə verməyin və heç vaxt birbaşa heç nəyi qadağan etməyin.
T
redaktə- Tamamilə əhəmiyyətsiz sözlər böyük hərflərlə, əhəmiyyətli sözlər isə kiçik şriftlə çap edilirdi.
- Tibb elmi xəstəlikləri populyarlaşdırır, onları kütləvi edir.
U
redaktə- Uğurlu oğurluq etmək üçün zirək və xəsis olmaq lazımdır. Xüsusi ilə də xəsislik daha çox zəruridir. Çünki, kiçik bir oğurluq üstündə işiniz məhkəməlik ola bilər.
V
redaktə- Vətəndən başqa hər yerdə yadsan.
- Vətənpərvərliyin tərbiyəvi əhəmiyyəti çox böyükdür. O elə bir məktəbdir ki, burada bəşəri hisslər aşılanır.
Y
redaktə- Yaramazlar, ümumiyyətlə çox təhlükəlidir. Ona görə yox ki, onlar qəddardır və həmişə qətiyyətli hərəkət edirlər. Onlar eyni zamanda hər cür yolun onlara aid olduğunu hesab edirlər.
- "Yavaş-yavaş və ağır-ağır" sözləri həqiqi rus tərəqqisinin bayrağı üzərində yazılmalıdır.
- Yüksək insanlarla görüşərkən nəzakətli təəccüb və dözməyə şübhəsiz hazır olmaq, bərabər insanlarla- qonaqpərvərlik və xidmət göstərmək istəyi, aşağı insanlarla isə zəiflik göstərmədən iltifat ifadə edilir.
Z
redaktə- Zərər verməyən müxalifəti zərərsiz hesab etmək olar.