Salvador Dali

məşhur İspaniya rəssamı, heykəltəraşı, filosofu və rejissoru, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri

Salvador Dali (tam adı: Salvador Domenek Felip Jasint Dali və Domenek, markiz de Dali de Pubol; 11.05.1904–23.01.1989) — İspan rəssamı, qrafiki, heykəltəraşı, rejissoru, yazıçısı. Sürrealizmin ən görkəmli nümayəndəsi.

Salvador Dali
Doğum tarixi 11 may 1904
Doğum yeri Fiqeras
Vəfat tarixi 23 yanvar 1989
Vəfat yeri Fiqeras
Dəfn yeri Dali Teatr Muzeyi
Şəxsi veb-saytı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaq adamla mənim aramda yalnız bir fərq var: axmaq elə düşünür ki, ağlı yerindədir, mən isə ağlımın yerində olmadığını düşünürəm.
  • Ağılsızlıq mənim üçün çox cəzbedicidir (qidalandırıcıdır). O isə təlxəklikdən irəli gəlir.
  • Alkoqol damarların və dostlar dairəsinin qısamüddətli genişlənməsinə səbəb olur.
  • Almanın necə var rəsmini çəkmək kütlüyün son həddidir. Heç olmasa, sevgiylə əzab verilmiş qurdu və kastanyetlərlə rəqs edən lanqustu çək, amma almanın üstündə qoy fillər əlləşsin və sən görəcəksən ki, alma burada artıqdır.
  • Bir halda ki, mən bu və ya digər fəzilətə malik deyiləm, deməli, mənə təzminat düşür.
  • Böyük dahilər həmişə dünyaya qabiliyyətsiz uşaqlar gətirir və mən bu qaydanın təsdiqi olmaq istəmirəm. Mən yalnız özümü miras qoyub getmək istəyirəm.
  • Çəkəcəyiniz rəsm sizə aydındırsa, onu çəkməmək də olar.
  • Çəyirtkə! Bu həşəratı yadına salmaq istəmirsən, amma xeyri yoxdur. Bu yaşıl həşəratın tullanması, sıçraması məni dəhşətə gətirir, dəli edir və mən dərin sarsıntı hissi keçirirəm. Mənim otuz yeddi yaşım var, amma bu həşəratın mənə aşıladığı qorxu hissi heç azalmaq bilmir ki, bilmir.
  • Çox qısa danışacam: mən qurtardım.
  • Dahi psixoloqlar dahiliyin harada qurtardığını, ağılsızlığın isə haradan başlandığını başa düşə bilmədilər.
  • Dəli ilə mənim aramda bircə fərq var. Dəli adam ağlı başında olduğunu düşünür. Mən dəli olduğumu bilirəm.
  • Don Kixot dəli bir idealist idi. Mən də dəliyəm. Amma buna baxmayaraq, mən katalonluyam və dəliliyimin ticarət məqsədi kimi tərəfi də var.
  • Dünyada ən çox nifrət etdiyim adam Oqüst Rodendir. Çünki, o, oturaraq çənəsini ovucuna dayayan mütəfəkkiri təsvir edən iyrənc heykəlin müəllifidir. Belə pozada heç bir yaradıcılıq mümkün deyil. Bu poza yalnız unitazda oturmaq üçün yarayır.
  • Düşmənlərimə təşəkkür edirəm. Onlar olmasaydı, indi olduğum kimi ola bilməzdim.
  • Düşmənlərimi çiçəklərə bürüyürəm- tabutda.
  • Eybəcərlik dizimin üstündə oturandan özümdə inanılmaz bir yorğunluq hiss etdim…
  • Əgər bir ölkədə ən azından əlli növ pendir və yaxşı şərab yoxdursa, deməli ölkənin axırına çıxıblar.
  • Əgər uçmaq üçün insanın ruh deyilən bir aləti varsa, o zaman uçan maşının nə mənası?
  • Əziyyət çəkəndə əylənirəm. Bu mənim köhnə adətimdir.
  • Gördüklərimdən ilham alır və fırça vasitəsilə onları kətana köçürürəm. Bu rəsmdir. Sevgi də bu cürdür.
  • Gənc qızın yanaqlarını ilk dəfə qızıl gülə oxşadan yəqin ki, şair olub. Bunu ilk dəfə təkrar edən isə çox güman ki, axmaq olub.
  • Hələ erkən uşaqlıq yaşlarımda özümü hər kəs kimi hesab etməmək kimi bir vərdişə sahib oldum. Sonralar məlum oldu ki, bu qızıl bir qayda imiş!
  • Hər səhər yuxudan duranda ən böyük həzzi, Salvador Dali olmağın həzzini yaşayıram.
  • Həyat çox sərt olsa da, əbədilik işığı onu işıqlandırır.
  • Həyatımın real olaraq sabah və ya biri gün, yaxud da birigündən sonra, ümumiyyətlə tezliklə başlanacağı fikirləri ilə yatıram (axı, bu mütləq baş verəcək).
  • Hitler müharibəni qəhrəmancasına uduzmaq üçün müharibə aparmaq ideyasına tutulmuş mazoxist idi.
  • İlk baxışdan səni anlayan insan tapmaq çox vacibdir. Çünki, belə bir xüsusiyyət hər adama verilmir.
  • İncəsənət dəhşətli xəstəlikdir, amma onsuz yaşamaq hələ ki, mümkün deyil.
  • İncəsənətə gərəksiz şey lazım deyil. Məni isə gərəksiz şeylər cəlb edir: gərəksiz olduğu qədər daha güclü şəkildə.
  • İstedad sənətimin sadəcə kiçik bir hissəsidir.
  • İstehza — düşüncənin estetik tərkib hissəsidir.
  • Jurnalistləri sevirəm! Onlar da əhalinin gic olmasına imkan yaradır və bu işin öhdəsindən məharətlə gəlirlər.
  • Kandinski? Rusların arasında rəssamlar ola bilməz və bu şübhəsizdir.
  • Kommunizm getdikcə xarablaşır. Özünüz götür-qoy edin: Marks qeyri-adi dərəcədə tüklü insan idi, Lenin saqqal və bığ saxlayırdı, Stalin isə yalnız bığ. Xruşovun isə nə saqqalı, nə də bığı vardı.
  • Kralı monarxiyaya təşviq etmək çətindir.
  • Qabiliyyətsiz olduğunuz halda dəridən-qabıqdan çıxaraq qabiliyyətsiz olduğunuzu sübut etməyə ehtiyac varmı? Hər şey göz qabağındadır.
  • Qadın kişi köynəyini alanda aşiq olur. Ütüləyəndə deməli evlidir. Oxuyursa, deməli, hər ikisi olur.
  • Qadını bütün qəlbinlə sevməyə dəyməz. Amma sevməmək də alınmır.
  • Qısa müddətə olsa da, diqqəti özünə cəlb etmək çətindir. Amma mən demək olar ki, hər gün, hər saat özümü bu işə həsr edirəm.
  • Məhv etmək tələbatı da yaradıcılıqdır.
  • Mən axtarmıram, mən — tapıram.
  • Mən altı yaşında aşpaz, yeddi yaşda isə Napoleon olmaq istəyirdim və sonralar mənim iddialarım getdikcə artmağa başladı.
  • Mən bilirdim ki, böyük imtahan saatı yaxınlaşır, böyük sevgi imtahanı saatı…
  • Mən bütün ideyaları sevirəm, xüsusilə mənim əqidəmlə bir araya sığmayan ideyalara hörmət bəsləyirəm.
  • Mən elə ancaq öz rəsmlərimi korlamaqla məşğulam. Və sonra deyirəm ki "istədiyimi etdim".
  • Mən eyni zamanda bir- birini inkar edən həm gözəl, həm də zərif xüsusiyyətə malik qadına rast gəlməmişəm.
  • Mən həmişə başqalarının görmədiyi şeyləri görürəm, başqalarının gördüyü şeyləri isə görmürəm.
  • Mən həmişə xoşbəxtəm. Mənim tarazılığımı pozmağa imkan vermyən termostat adlanan daxili mexanizmim var. Xoşagəlməz ən kiçik bir hadisə hələ uzaqlarda ikən, termostatım işə düşür və məni əzab çəkməyə qoymur.
  • Mən Kanta heyran olurdum, yazdıqlarından isə heç nə başa düşmürdüm. Bu cür vacib və faydasız kitablar yazan insan yalnız mələk ola bilərdi.
  • Mən kasıb, yaxud varlı olub-olmadığımı bilmirəm. Hər şeyi arvadım idarə edir. Mənim üçün pul mistikadır.
  • Mən narkotik qəbul etmirəm. Mən özüm narkotikəm.
  • Mən o qədər bacarıqlıyam ki, hətta öz ölümüm haqqında fikirləri belə yaxına buraxmıram. Bu çox mənasız bir şey ola bilərdi. Sərvəti israf etmək olmaz.
  • Mən özümü incəsənətlə nizama salır və bunu normal insanlara da yoluxdururam.
  • Mən Tanrıya inanıram, amma inanclı deyiləm. Riyaziyyat və elm mənə deyir ki, Allah var, amma mən buna inanmıram.
  • Mənə deyin görüm, insan niyə özünü başqa insanlar, kütlə kimi aparmalıdır?
  • Mənim adım Salvador Xilaskardır. Çünki, mənim vəzifəm dözməyə məcbur olduğumuz təhlükəli texnikalar və bacarıqsızlıq dövrlərində incəsənəti boşluqdan xilas etməkdir.
  • Mənim əsərlərim — həyat və qidadır, ət və qandır. Onlarda nə ağıl, nə də ki hiss axtarmayın.
  • Mənim üçün ağılsızlıq olduqca cəzbedicidir və o, təlxəklikdən irəli gəlir. Mən qeyri-səmimiliyin harada qurtardığnı, səmimiliyin isə harada başlandığı kimi dolaşıq suala heç vaxt cavab tapa bilmirəm.
  • Mənimlə ağıldan kəm arasında 1 fərq var: ağıldan kəm düşünür ki ağlı başındadır, amma mən bilirəm ki ağlım başımda deyil.
  • Milçəklə fil arasında hansısa oxşarlıq ola bilər. Bəs, mənimlə sizin arasında necə?
  • Monarxiyada ən yaxşı dövlət quruluşu anarxiyadır. Monarx anarxiyanın zamini olmalıdır.
  • Müasir olmağa çalışma. Əfsuslar olsun ki, bu yeganə şeydir ki, nə qədər əlləşsən də, ondan qaçmaq mümkün deyil.
  • Mükəmməl olmaqdan qorxma, ona heç vaxt nail olmayacaqsan.
  • Mükəmməllikdən qorxmayın, onun sizə heç bir qorxusu yoxdur…
  • Müvəffəqiyətin sadə termometri narazıların həsəd aparması ola bilər.
  • Müvəffəqiyyətin ölçüsü narazıların həsədidir.
  • Nə cür cəfəngiyyat danışmağından asılı olmayaraq, bu cəfəngiyyatlarında həmişə acı bir həqiqət zərrəciyi olur.
  • Nə yediyimi bilirəm, amma nə etdiyimi bilmirəm.
  • Normallıq məni dalana dirəyir.
  • Ölüm mənim köhnə dostumdur. İstisna deyildir ki o gələndə ona deyəcəm ki: "Oturun, dincəlin! Bəlkə şampan içək?" Axı mən ürəyimin dərinliyində qorxağam.
  • Özümə daxildən qulaq asmaq əvəzinə, xaricdən qulaq asmağa başlayıram.
  • Pikasso ispandır, mən də həmçinin. Pikasso da dahidir, mən də. Pikasso da kommunistdir, mən də yox.
  • Pikasso İtaliyada olarkən ona efir lazım olur. İtaliya dilini bilməyən Pikasso aptekə girir və aptekçini başa salmaq üçün axtardığı şeyin rəsmini çəkir.
  • — Rəsm çəkmək çətin şeydir? — Bu ya çox asan, ya da mümkün deyil.
  • Rəsm sənətin səmimiyyətidir. Aldatmaq olmaz. Ya yaxşı, ya da pisdir.
  • Səma nə yüksəkdə, nə aşağıda, nə sağda, nə də solda yerləşir. Səma, inamı olan insanın qəlbinin düz ortasında yerləşir.
  • Şöhrətpərəst olmayan zəka qanadsız quşdur.
  • Taleyə iki şeyə görə minnətdaram: 1-ci ona görə ki ispanam, 2-ci ona görə ki Salvador Daliyəm.
  • Tarixin yanında siyasət lətifədən başqa bir şey deyil.
  • Tənbəlliyin şah əsərləri yoxdur!
  • Tənqidçilərin nə yazdıqları məni qətiyyən maraqlandırmır. Bilirəm ki, işimi sevirlər, amma etiraf etməkdən qorxurlar.
  • Yalnız axmaqlar elə bilirlər ki, mən özüm də başqalarına verdiyim məsləhətlərə əməl edirəm. Nə münasibətlə? Axı mən başqalarına qətiyyən oxşamıram.
  • Yaratmaq ölümü öldürmək deməkdir.

İstinadlar

redaktə