Sir Publili
Sir Publili - Qədim Roma şairi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ağıllı adam başqalarının qüsurlarını görərək öz qüsurlarını düzəldər.[1]
BRedaktə
- Başın iztirabı bədənin iztirabından daha ağırdır.
- Başqalarına çox şeyi bağışla, özünə isə heç nəyi bağışlama.
- Başqalarını tez-tez əfv et, özünü əsla.
- Başqalarından sənin başqaları üçün etdiyini gözlə.
- Başqalarının qüsurlarını görən ağıllı adam özününkülərdən qurtulur.[2]
- Bəzən pisliklə mübarizə vasitəsi pisliyin özündən də pis olur.
- Bir şeyi pis bilməkdənsə, bilməmək daha yaxşıdır.
ÇRedaktə
- Çoxları məsləhət alır, amma təkcə ağıllılar ondan faydalana bilirlər.
ERedaktə
- Evliliyi davam etdirən bədən deyil, ruhdur.
- Elə müalicələr var ki, xəstəliyin özündən daha pisdir.
GRedaktə
- Günahsızı məhkum edən hakim ilk növbədə özünü məhkum etmiş olur.
HRedaktə
- Həyat insana bağışlanmayıb, borc verilib.
MRedaktə
- Mən dediyim sözlərə görə peşmançılıq çəkmişəm, amma susduğuma görə bir dəfə də peşman olduğum yadıma gəlmir.
PRedaktə
- Pul xəsisləri doyuzdurmur, qıcıqlandırır.
ŞRedaktə
- Şərəfini itirənin itirəcək başqa bir şeyi yoxdur.
URedaktə
- Utanmağı öyrətmək mümkün deyil, onunla doğulmaq gərəkdir.
ZRedaktə
- Zəfər qazandığı zaman özünü yenən iki dəfə qazanmış olar.
MənbəRedaktə
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
İstinadlarRedaktə
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.səh.132
- ↑ Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,