Suahili atalar sözləri

Suahili, kisuahili (suah. Kiswahili) — Suahili xalqının danışdığı dil. Danışanların sayına görə ən böyük bantu dillərindən (150 milyon insan) və Afrika qitəsinin ən əhəmiyyətli danışıq dillərindən biri. Millətlərarası ünsiyyət dili olan suahili Şərqi və Mərkəzi Afrikanın geniş ərazilərində, şərqdə Hind okeanı sahillərindən qərbdə Konqo Demokratik Respublikasının mərkəzi vilayətlərinə, şimalda Somalidən cənubda Mozambikə qədər yayılmışdır. Suahili Tanzaniyanın, Keniyanın və Uqandanın dövlət dilidir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmağa tapmaca qoy, ağıllı adam həll edər.
  • Azmaq, yolu bilməkdir.
  • Balqabağı sevirsinizsə, onun çiçəyini də sevin.
  • Başqasının ulduzundan istifadə edərək yelkən açmayın.
  • Bəbir qucaqlanmır.
  • Birlik gücdür.
  • Dağlar görüşmür, insanlar görüşür.
  • Eşq içində olan qəlbin səbri yoxdur.
  • Eşşəyin minnəti təpikdir.
  • Gözlərini itirmək ürəyini itirməkdən yaxşıdır.
  • Gündüzlər çox gəzən çox şey öyrənir.
  • Hər quş öz qanadları ilə uçur.
  • İradə olan yerdə bir yol da var.
  • Quşlar birlikdə uçurlar.
  • Tələsməyin heç bir xeyiri yoxdur.
  • Uzun yaşamaq bal yeməkdir.
  • Yağışı tərifləyənin üzərinə yağış yağmışdır.
  • Yaxşı ev qapıya görə qiymətləndirilmir.
  • Yaxşı şey özünü satır, pis özünü reklam edir.
  • Zirvəyə qalxan hay-küy salır.

İstinadlar

redaktə