Sultan Məsud (Səlcuqi)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


X redaktə

  • Xəlifə Ər-Rəşidin atası əl-Müstərşid xəlifə seçilən gündən həmişə ordu ilə bizə qarşı çıxmışdı. O, iki dəfə qardaşım Mahmuda qarşı, bir dəfə mənim əleyhimə baş qaldırmış və bizim sülaləni məhv etməyə çalışmışdı. O ölmüşdür, ancaq onun ölümü bizim üstümüzdə böyük bir ləkə kimi qalmaqdadır və bizi yüz illərlə bunda təqsirləndirib, deyəcəklər ki, xəlifəni Səlcuqilər öldürdülər. Əslində isə, xilafətin Abbasilərə qaytarılması Səlcuqilərin xidmətidir! Mən istəyirəm ki, ruhani işlərdən başqa, heç bir işlə məşğul olmayan bir adam xəlifə olsun. Mən istəyirəm ki, o adamın ordu işi olmasın, qoşun toplamasın, mənə və bizim sülaləyə qarşı çıxmasın. Mən Harun ibn əl-Müqtədini xəlifə görmək istərdim və əmim Səncər də mənə göstəriş vermişdir ki, onu xəlifə edəm.[1]

İstinadlar redaktə

  1. Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər) Bakı, "Şərq-Qərb", 2007, səh.24.