Təhmasib Əjdərov

Azərbaycan və Ukrayna alimi; iqtisad elmləri doktoru (2002).

Əjdərov Təhmasib Hüseyn oğlu (17 aprel 1964, Bakı) — Azərbaycan və Ukrayna alimi; iqtisad elmləri doktoru (2002); işlədiyi dövrdə 1-ci dərəcəli Baş Dövlət Vergi Xidməti Müşaviri - Vergi Xidməti Generalı; sambo və qaçış üzrə idman ustası.

Təhmasib Əjdərov
Doğum tarixi 17 aprel 1964
Doğum yeri Bakı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Haqqında deyilənlər redaktə

  • Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Naziri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Əli Abbasov:

Təhmasib Hüseyn oğlu Əjdərovun Azərbaycan Respublikasında “Vergi mexanizminin formalaşması və təkmilləşdirilməsi problemləri” mövzusundakı doktorluq dissertasiyası ölkədə tətbiq olunmayan elm sahəsidir. Ona görə də Azərbaycan Respublikası üçün çox qiymətli kompleks tədqiqat işidir. Onun doktorluq dissertasiya işi yüksək dərəcədə muasir aktual tədqiqat işidir və praktik nəticələrə əsaslanan elmi yeniliyə, dərin elmi ümumiləşdirmələrə malikdir. Bu iş, vergiqoyma sahəsində bizim üçün ilk elmi tədqiqat işi kimi Milli Azərbaycan İqtisadiyyatının İnkişafı konsepsiyasının hazırlanmasında, habelə digər ölkələrdə vergiqoyma mexanizminin inkişafında böyük əhəmiyyət kəsb edə bilər. Dissertasiya işinin əsas məğzi Rusiya Federasiyasında, Belarusda, Ukraynada, Özbəkistanda, Azərbaycanda və İranda nəşr olunmuş 8 monoqrafiyada, 4 broşurada, 23 məqalədə, 9 tezisdə, 3 qəzet məqaləsində dərc edilmişdir.

  • Milli Məclisin elm və təhsil məsələləri daimi komisssiyasının sədri, professor Şahlar Əsgərov:

İqtisad elmləri namizədi Təhmasib Hüseyn oğlu Əjdərovun Azərbaycan Respublikasında “ Vergi mexanizminin formalaşması və təkmilləşdirilməsi problemləri mövzusundakı doktorluq dissertasiyası “ Maliyyə, pul dövriyyəsi və Kredit” ixtisası üzrə yazılmışdır. “Vergi mexanizminin formalaşması və təkmilləşdirilməsi problemləri” mövzusu ölkədə tədqiq olunmayan elm sahəsidir. Məhz bu səbəbdən həmin mövzuda hazırlanmış bu doktorluq dissertasiyası çox qiymətli kompleks tədqiqat işidir. Dissertasiya işinin əsas məğzi Rusiya Federasiyasında Belarusda, Ukraynada, Özbəkistanda, Azərbaycanda, və İranda Nəşr olunmuş 8 monoqrafiyada, 4 broşurada, 23 məqalədə, 9 tezisdə, 3 qəzet məqaləsində dərc edilmişdir.

  • Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev:

Təhmasib Əjdərovu vergi sahəsi üzrə bir mütəxəssis, tədqiqatçı-alim kimi çoxdan tanıyıram. O, öz zəngin təcrübəsini, biliyini və qabiliyyətini, elmi işə həsr edərək bu gün müstəqil respublikamız üçün vacib olan iqtisadi islahatların aparılmasında həlledici əhəmiyyətə malik olan vergi mexanizminin formalaşması və təkmilləşdirilməsi problemlərinə aid çox aktual, muasir bir tədqiqat işi aparmışdır. O, qarşıya qoyduğu problemin həllinə əsl vətəndaş, obyektiv tədqiqatçı mövqeyindən yanaşmış, öz elmi və praktiki baxışlarına əsaslanaraq dövlətin və xalqın sabahı naminə kompleks iqtisadi tədbirlər sistemi işləyib hazırlamışdır.

  • Milli məclisin iqtisadi siyasət daimi komissiyası sədrinin müavini, professor Əli Əlirzayev:

T.Əjdərovun “Vergi mexanizminin formalaşması və təkmiləşdirilməsi problemləri” adlı monoqrafiyası bazar iqtisadiyyatı şəraitində iqtisadi islahatların sürətlənməsi və iqtisadi idarəetmə mexanizminin metodoloji, təşkilati və tətbiqi aspektlərini işləmək üçün mühim tədqiqat əsəridir. Vergi siyasətinin, vergi sisteminin və vergi mexanizminin qarşılıqlı əlaqədə sistem halında tədqiqi, təhlili və proqnozu monoqrafiyanın əsas ana xəttini təşkil edir. Əsərdə verginin iqtisadi, siyasi və sosial mahiyyəti, istehsal bölgü və istehlak baxımından açılıb, onun təkmilləşdirilməsi istiqamətləri əsaslandırılır. Ölkədə bazar iqtisadiyyatının qurulmasında, onun dünya iqtisadiyyatına qovuşmasında və respublikanın iqtisadi dirçəlişində əhalinin həyat səviyyəsinin yüksəldilməsində vergiyə çevik bir alət kimi baxılır.

  • Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, əməkdar elm xadimi, professor Arif Şəkərəliyev:

Təhmasib Əjdərovun Azərbaycan Respublikasında “Vergi mexanizminin formalaşması və təkmiləşdirilməsi problemləri” adlı tədqiqat işi son dərəcə aktual bir mövzuya həsr olunmuşdur. Bu problemə iqtisadçı-alimlərimiz tərəfindən az fikir verilmiş, sanballı elmi tədqiqat işləri aparılmamışdır. Beləliklə bu problem tədqiq olunub öyrənilməmişdir. Onun doktorluq dissertasiyası respublikada vergi mexanizminə həsr olunmuş ilk kompleks tədqiqat işidir.

  • Ukrayna Respublikası Milli Akademiyasının “İqtisadiyyatın Proqnozlaşdırılması” insitutunun elmi şurasının sədri, iqtisad elmləri doktoru, professor Boris Nikolayeviç Kvasnyuk:

Əgər mən səhv etmirəmsə Təhmasib Əjdərov keçmiş Sovetlər Birliyindən bizə gələn ilk həmkardır. Keçmiş Sovetlər Birliyinin ərazisində nələr baş verdiyi haqqında yeni məlumat, yeni bilgi almaq maraqlıdır. Ona görə də biz çox diqqət və maraqla iş materialları ilə tanış olduq. Təqdim olunan doktorluq işi çox maraqlı, yüksək dərəcədə müasir, aktual tədqiqat işidir və praktik nəticələrə əsaslanan elmi yeniliyə, dərin elmi ümumiləşdirmələrə malikdir. Elmi Şuranın üzvləri müdafiə zamanı dissertasiya işinə çox diqqətlə yanaşırdılar. Ona görə ki, mövzu çox mürəkkəb və elmi biliyin tədqiq olunmamış sahəsidir. Bugunku gün necə Azərbaycan, eləcə də Ukrayna üçün bu iş çox aktual və qiymətlidir. Tədqiqatçı nəzəri və praktik planda gəldiyi nəticələrlə və əsaslandırılmış cavabları ilə hamının böyük marağına səbəb oldu, şura üzvlərinin 23 mümkün səsindən “lehinə” 23 səs qazandı. Dissertasiya işi elmi cəhətdən çox maraqlıdır. Biz inanırıq ki, praktik cəhətdən də istifadə üçün çox maraqlı olacaqdır. Bu iş, Ukrayna və Azərbaycanın milli inkişafına böyük töhfə olacaq.

  • İqtisad elmləri doktoru, professor Valentin Pavloviç:

Ukraynanın tanınmış iqtisadçı alimlərindən biri olan professor Valentin Pavloviç Ukrayna yüksək radasında çıxış etmiş və onun bu çıxışını ekonomist jurnalı dərc etmişdir. Ekonomist jurnalına istinadən: Ukraynanın vergi sistemində mühim dəyişiklər edilməli və bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq vergi qanunvericiliyi yenidən hazırlanmalıdır. Bu aspektdə Azərbaycandan gəlmiş mütəxəssis Təhmasib Əjdərovun “Vergi mexanizminin formalaşması və təkmilləşdirilməsi” mövzusunda olan doktorluq işi əsas götürülərək istifadə oluna bilər. Eyni zamanda professor öz müsahibəsində bildirmişdir: Nəzərinizə çatdırıram ki, ilk dəfədir Elmi Şuranın yekdilliklə müsbət səs verməsinin şahidi oluram. Azərbaycandan gəlmiş gənc alim Təhmasib Əjdərov öz elmi hazırlığı və məntiqli cavabları ilə Elmi Şuranın üzvlərini heyrətə gətirdi və Şuranın 23 üzvünün hamısı onun lehinə səs verdi.

İstinadlar redaktə