Taun (roman)
Taun – Alber Kamyunun əsəridir.
Taun | |
---|---|
La peste | |
Janr | absurdizm |
Müəllif | Alber Kamyu |
Orijinal dili | fransız dili |
Yazılma ili | 1947 |
Nəşr ili | 1947 |
Nəşriyyat | Éditions Gallimard |
Əvvəlki | Resistance, Rebellion, and Death |
Əsərdən sitatlar
redaktəA | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adam ancaq öz bildikləri və xatirələri ilə yaşayır və onları qazanc sayırsa, arzulardan təcrid olunursa bu çətin bir həyat olmalıdır.
- Anası ilə o bir-birini həmişə beləcə sükut içində sevəcəklər. Günlərin birində ya anası, ya da onun özü dünyadan köçəcək və onlar heç vaxt bir-birini sevdiklərini dilə gətirə bilməyəcəklər.
B
redaktə- Bəlanı insan təyin etmir və adam fikirləşir ki, o mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olur.
- Bəzən adam çəkdiyi əzabdan da xəbərsiz olur.
- Bir halda ki, həyat məsələsini ölüm həll edir, bəlkə elə allahın özünə də sərf edir ki, adamlar ona inanmasın, əllərini göyə açıb kömək gözləməkdənsə, var qüvvələrini toplayıb, ölümlə mübarizəyə girişsinlər.
- Bu məsələni anlayıram, o birisini qəbul etmirəm" demək olmaz, insan gərək anlaşılmayanı da öyrənib qəbul etməyə çalışsın.
Ə
redaktə- Əgər o hər şeyə qadir olan bir allaha inanmış olsa, xəstələri müalicə etməz və onları Allahın ixtiyarına verərdi. Allaha inandığını güman edənlərin heç biri, lap Panelunun özü də tam inama malik deyil.
H
redaktə- Hamı eyni tale ilə yaşayır və eyni hissləri keçirirdi. Ən böyük hiss isə ayrılıq və əsir düşmə hissi idi, qorxu və etirazı yaradan da elə o idi.
- Hər şeyi inkar etməmək naminə hər şeyə inanacaq.
- Həyat qaynarlığı və ölüm sükutu – bu da bir dərs idi.
İ
redaktə- İlk həftələr adamlar ayrı düşdükləri məhəbbətin uzaq, gözəl bir kölgəyə döndüyündən şikayətlənirdilərsə, sonralar həmən kölgənin də uzaqlaşıb rəngini və gözəlliyini itirdiyini duydular.
K
redaktə- Kök salmaqda olan ümidsizlik adəti ümidsizliyin özündən də pisdir.
O
redaktə- O taundan öyrəndiyi bir dərsi başqalarına da çatdırıb demək istəyirdi ki, insanın gözəlliyi eybəcərliyindən artıqdır.
- Onlar səmanın boşluğundan başqa heçnə görə bilmir, boşluqdan asılıb qalır, sonra isə tauna bürünüb yatırdılar.
S
redaktə- Sevgilisinin xəyalı ilə söhbət edən adam başqa fikrə macal tapmadan torpağın sükutuna qovuşur, başqa heç nəyə vaxtı qalmır.
T
redaktə- Taun adamlar arasında bərabərliyi bərpa etməkdənsə haqsızlığı daha da artırmışdı. Doğrudur, ölümdə bərabərlik qalırdı, amma belə bərabərliyi heç kim arzulamırdı.
Y
redaktə- Yadına sal ki, bir qol vurmaq üçün neçə fənd qurub, neçə top ötürməli olursan.