Teodor Ruzvelt
Teodor “Teddi” Ruzvelt (27.10.1858-06.01.1919)- Amerika siyasətçisi, ABŞ-ın 25-ci vitse prezidenti, 1901-1909-cu illərdə 26-cı prezidenti, Respublikaçılar partiyasının nümayəndəsi, sülh üzrə Nobel mükafatı laureatı (1906).

Teodor Ruzvelt
Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti, 1906-cı il Nobel Sülh Mükafatı laureatı.
Doğumu
27 Oktyabr 1858
New York City
Ölümü
6 Yanvar 1919
New York City
27 Oktyabr 1858
New York City
Ölümü
6 Yanvar 1919
New York City
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Axmaqlar öz səhvlərindən, ağıllılar isə özgələrin səhvlərindən nəticə çıxarırlar.
BRedaktə
- Belə zənn edirəm ki, ürəyin qəddarlığından da pis keyfiyyət yalnız beyinlərin yumşaqlığı ola bilər.
- Bir insanı əxlaqi cəhətdən öyrətməyə yalnız zehnən öyrətmək cəmiyyətə bir bəla qazandırmaqdır.
- Bir tənqid ki, məğlub olanı və ya səhv edəni ittiham edirsə, belə tənqidin nə faydası?
- Biz mehriban və ədalətli olacağıq, eyni zamanda silahlı və hazır olacağıq.
- Bütün lazımi mənbələr bizim başımızdadır.
ƏRedaktə
- Əgər insanı əxlaqi cəhətdən yox, yalnız ağıl baxımından tərbiyə edirsənsə, cəmiyyətə ancaq bəla gətirirsən.
- Əgər səsini ucaltmasan, dəyənəyini hazır vəziyyətdə saxlamasan, uzağa gedəcəksən.
- Əhəmiyyətli odur ki, öz ölkən uğrunda ölməyə, ondan da əhəmiyyətlisi, onun naminə yaşamağa hazır olasan.
- Əlinizin çatmadığı hüdudlardan kənarda olan şəri aradan götürməyə cəhd etməyin, yoxsa həm vaxt itirəcəksiniz, həm də nüfuzdan düşəcəksiniz.
- Ən yaxşı rəhbər istənilən işi yerinə yetirməyi bacaran və bu işi yerinə yetirərkən əl-ayağa dolaşmayan lazımi insanları seçmək üçün kifayət qədər hissiyyata malik olan rəhbərdir.
GRedaktə
- Güc tükənəndə cəsarət meydana çıxır.
HRedaktə
- Harada olursunuzsa olun, əlinizdəkilərlə edə biləcəyinizi edin.
- Heç vaxt səhv etməyən yeganə insan heç bir şey etməyəndir Səhv etməkdən yox, səhvi təkrar etməkdən qorxun.
- Hər səs bir tüfəng kimidir; faydası istifadəçinin xarakterinə bağlıdır.
- Həyatımızda ən yaxşı mükafat dəyəri olan işlə məşğul olmaq imkanıdır.
XRedaktə
- Xarakterin ən mühüm yardımçısı əzm və iradədir.
İRedaktə
- İnsan xarakterinə xas olan möhkəm qətiyyət qədər əhəmiyyətli başqa bir şey yoxdur. Dahi olmaq, yaxud bu həyatda iz qoymaq istəyən insan minlərlə maneəni aşmaqla yanaşı, eyni zamanda saysız-hesabsız uğursuzluğa və məğlubiyyətə baxmayaraq, bu maneələrə qalib gəlməyi bacarmalıdır.
- İnsanı əxlaqi yox, intellektual səviyyədə tərbiyə etmək, cəmiyyət üçün təhlükə yaratmaq deməkdir.
- İnsanlarla düzgün rəftar, uğurun ən başlıca üsuludur.
- İpinizin sonunda olanda bir düyün bağlayın və tutun.
KRedaktə
- Kiçik işi böyütmək bacarığı olana böyük işlər tapşırırlar.
QRedaktə
- Qərar vermə anında doğru olan şey, edə biləcəyin ən yaxşı şeydir.Edə biləcəyin ikinci ən yaxşı şey isə pis olan şeydir. Edə biləcəyin ən pis şey isə heç bir şey.
LRedaktə
- Lider açıq hərəkət edir, boss isə bağlı qapılar arxasında. Lider adamları arxasınca aparır, boss isə idarə edir.
MRedaktə
- Mən banandan daha yaxşı insan düzəldərəm.
- Mən Birləşmiş Ştatları və qızım Eylisi idarə edə bilərəm. Amma mən hər ikisini eyni zamanda idarə edə bilmərəm.
- Müvəffəqiyyətin əsas düsturu insanlarla necə rəftar etməyi bilməkdir.
ORedaktə
- Ona verilən hakimiyyətdən tərəddüt etmədən istifadə edən prezident güclü insan olmalıdır. Mən məhz buna görə belə hesab edirəm ki, xalq onu diqqətlə izləməlidir.
SRedaktə
- Sadəcə bacardığınıza inanmaq lazımdır - və siz artıq hədəfin yarısındasınız.
- Sahib olduğunuz hər şeydən istifadə edərək, olduğunuz yerdə əlinizdən gələni edin.
- Savadsız adam vaqon, universitet məzunu isə bütöv dəmir yolunu oğurlaya bilər.
- Seçməli olsaq, müdriklikdən daha uyğun xarakterə üstünlük verəcəyik.
- Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun.
- Səhvlərə yol veilsə belə, böyük əməllər etmək, böyük qələbələri bayram etmək, nə böyük sevinc, nə böyük bədbəxtlik bilməyən adi insanlar sırasına qoşulub, qələbəsi, məğlubiyyəti olmayan boz bir həyat yaşamaqdan daha yaxşıdır.
- Sizin üçün nə dərəcədə maraqlı olmadığını bilənə qədər sizin nə qədər bilməyiniz insanları maraqlandırmır.
- Siyasətdə edilməsi lazım olmayan çox şeyləri etmək lazım olur.