Tit Lukretsi Kar (e.ə. 99-55 - ci illər ) Roma şairi və filosofu

Həyat qaranlıqda uzun bir mübarizədir.
Din o qədər güclü idi ki, səhv etməyə inandırdı.
De rerum natura, 1570



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axirət dünyası haqqında fikir cəfəngiyatdır. Bu, insanların həqiqi xoşbəxtliyinə mane olur, əxlaqı saflaşdırmır, əksinə daha da korlayır.
  • Bir su damlası belə daşı oyar.
  • Biz hamımız səmavi toxumdan törəmişik.
  • Daimi damlama bir daşı aşındırır.
  • Din o qədər güclü idi ki, səhv etməyə inandırdı.
  • Fanilər məşəli əldən-ələ keçirərək, stadionda qaçanlar kimi bir-birlərinə həyat ötürürlər.
  • Gerçəklər digər gerçəkləri parıldadan işıqdır.
 
Heç bir şey yoxdan yarana bilməz.
  • Heç bir şey düşüncə sürəti və insan ruhunun fəaliyyəti ilə müqayisə edilə bilməz. Buna görə də ağıl gördüyümüz və təbiətin gözlərimizə təqdim etdiyi hər şeydən daha sürətlidir.
  • Heç bir şey yoxdan yarana bilməz.
  • Heç kim özünə və həyatına yas tutmamalıdır.
  • Hər şey - həm göy, həm yer, həm də dəniz - Kainatın yanında heç bir şey deyil , bütün məbləğlərin cəmidir.
  • Həyat qaranlıqda uzun bir mübarizədir.
  • Kainatın heç bir istiqamətdə sərhədləri yoxdur.
  • Qalib kimi yaşa, bacardığın qədər yaşa, orada əbədi ölüm səni həmişə gözləyəcək.
  • Qanun insanı lərzəyə gətirən sözlərlə ifadə edilməlidir.[1]
  • Qocalıq sağlamlığı korlayır, zirvəyə çatan güc tükənməyə çevrilir.
  • Mən tanrıya inanıram, çünki əgər yoxsa ona inanmaqla heç bir şey itirmərəm, amma əgər varsa inanmamaqla çox şey itirə bilərəm.
  • Mən varkən ölüm yoxdur, ölüm varkən mən yoxam, o halda ölümdən niyə qorxmalıyam ki?
  • Niyə həyat ziyafətindən doymuş qonaq kimi ayrılmayaq?
  • Ölümü gecikdirmək sonsuzluğu qısaltmaz.
  • Ruh bədənlə birlikdə inkişaf edir və azalır.
  • Sakit dəniz onun yalançı cazibədar təbəssümünü göstərdiyi zaman heç vaxt ona etibar etməyin.
  • Sakit itaət səltənət şəhvətindən yaxşıdır.
  • ...və bu qədər illərə tab gətirən əzəmətli kainat bir gün toz-torpaq kimi parçalanacaq.
  • Yaş bütün ağırlığı ilə bədəni əzdikdə, orqanları zəiflikdən və çürümədən dağılanda, mühakimə gücü axsayar, söz və ağıl təslim olar.

İstinadlar

redaktə
  1. Aforizmlər. Bakı, 2013. səh.29.