Tomas Karleyl - 4 dekabr 1795 - 5 fevral 1881) Şotlandiya tarixçisi, satirik yazıçı, esseist, tərcüməçi, filosof, riyaziyyatçı.
Tomas Karleyl
|
|
Doğum tarixi |
4 dekabr 1795
|
Vəfatı |
5 fevral 1881
|
Vəfat yeri |
London, İngiltərə
|
|
- Bir kitab ürəkdən yazılıbsa, başqa ürəklərə də çatacaq.
- Böyük insanların böyüklüyü onların adi insanlarla rəftarından bəlli olur.
- Bu günün əsl universiteti kitabxanadır.
- Dostunla necə rəftar etsən, elə də rəftar görəcəksən.
- Dünya tarixi dahi insanların tərcümeyi-halıdır.
- Dünyada ən böyük dərd cahillikdir.
- Dünyada özünə iş tapa bilməyən adam ən bədbəxt adamdır.
- Ən böyük xəta xətaların fərqinə varmamaqdır.
- Ən böyük səhv özünün heç vaxt səhv etmədiyini düşünməkdir.
- Heç bir yaxşı kitab birdən-birə əsl üzünü göstərməz.
- Hər böyük iş yalnız başlanğıcda çətin görünür.
- Hə, Hə ölüm bu imiş sən demə!
- Gördüyün işi ləyaqətlə yerinə yetirsən, həmişə başın uca olar.
- İnsan böyük bir şeydir. Hər şeyə can verən odur. Bir insan və ya millətdə iman olarsa, tez böyüyər və yüksələr; yenilməz bir qüvvət olar.
- Mənim sərvətim məndə olanlar deyil, etdiklərimdir.
- Musiqi - sözsüz, bəzən də çox dərin mənaları ifa edən nitqdir.
- Öz səhvini dərk etmək özünütərbiyənin ən başlıca vəzifələrindəndir.
- Sağlam yaşamaq üçün sağlam düşüncə gərəkdir.
- Səbr ümidin təməli, ümid isə xoşbəxtliyin açarıdır.
- Tarix hökmdarlar üçün ən yaxşı məsləhətçidir.
- Təcrübə ən yaxşı müəllimdir, amma heyf ki, adamdan çox yüksək haqq tələb edir.
- Vəzifəsini tapan insan xoşbəxtdir, başqa nemət istəməsin.
- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014