Toni Morrison
Toni Morrison (18 fevral 1931, Ohayo, ABŞ – 5 avqust 2019) - Ədəbiyyat üzrə Nobel mükafatçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bu həyatda qadın olmaq – qaysaq bağlamayan yara kimi bir şeydir. Üstü qurusa da altdan irinləyəcək.
Ç
redaktə- Çoxu elə öz yatağındaca ölüb. Heç kəs öz ömründən artığını yaşamayıb. Hətta savadlı adamlar, çox oxuyanlar – qaradərili həkimlər, müəllimlər, qəzetçilər, biznesmenlər – belə çox çətin bir məsələ qarşısında aciz qalıblar. Belələri ağılları ilə işləyib irəli getməklə yanaşı, bir də öz irqlərinin qayğısına qalmağa məcbur olublar və bəzən bu yerdə ağıl da aciz qalıb. Ağ adamlar elə güman edir ki, savadından asılı olmayaraq bütün qaradərililərin içində dərin cəngəllik var. Onlar keçilməz çaylara hökm edir, budaqdan budağa tullanaraq meymun səsi çıxarır, zəhərli ilanlarla yatıb dururlar. Qaradərililərin qana bulaşmış dişləri isə ağ adamların qanına susayır. Onlar haradasa düz fikirləşirlər. Qaralar ağ adamları zəncilərin mülayim, xoşrəftar, ağıllı, eşqli adamlar olduğuna inandırmaq istədikcə, zəncilərin bir çox inaclarının daha saf duyulara bağlı olduğunu sübut etməyə çalışdıqca, həmin cəngəlliklər daha sıx və keçilməz olur. Amma bir həqiqət var, axı bu cəngəllikləri qaralar öz əvvəlki vətənlərindən, başqa dünyadan götürüb gətirməyiblər. Xeyir, bu cəngəllilkləri onlar üçün ağlar yaradıb. Və beləcə yayılıb, dərinlşəib, qalınlaşıb o cəngəlliklər. Hətta onların ölümündən sonra da cəngəlliklər böyüyüb, yaşıllaşıb və bu, onlara həyat verən ağlara yetişənə qədər davam edib. Cəngəllik onların hər birini tanınmaz hala salana qədər dəyişib. Onlar qaniçən olublar, ağlasığmaz dərəcədə azğınlaşıblar – elə olmaq istəməsələr də, – və bir vaxtlar öz əlləri ilə saldıqları cəngəlliklərdən ölümünə qorxmağa başlayıblar. Sən demə budaqdan budağa tullanıb meymun səsi çıxaran canlı onların ürəyində, onların ağ və zərif dəisi altda yaşayırmış. Sən demə o qana bulaşmış dişlər də onların öz dişləriymiş…
E
redaktə- Elə tənhalıq var ki, üstündən sükutla keçmək olar. Qolları sinədə çarpazlayır, dizləri bükürsən və yırğalan ki, yırğalan… Bu hərəkət gəmi yırğalanmağından fərlidir, adamın ruhunu sakitləşdirir. Bu hiss haradansa içdən gəlib səni bütünlüklə ağuşuna alır. Elə tənhalıq da var ki, o səni kənardan zəbt edir. Onu sakitləşdirmək olmur. O çox canlı və azad olur, istədiyini edir. O yayılıb çoxalır, bütün ətrafını bürüyür, belədə sanki öz addım sıslərini kənardan eşidirsən.
- – Eşq çox çətin söhbətdir.
– Çətin söhbətdir? Eşq ya var, ya da yoxdur. O ki qaldı eşqin asan söhbət olmağına, ona ümumiyyətlə eşq demək olmaz.
Ə
redaktə- Ədalətli olan hər şey həqiqətdir.
- Əgər azad gəzə, sərbəst yata bilirsənsə, demək, həyat davam edir və bir sözlə bu, çox gözəl hissdir.
- Əgər keçilməz bir şeyiniz varsa, o zaman başqa hər şeydən keçmək olar.
- – Əgər mənim fikrim sənin üçün maraqlıdırsa…
– Yox, maraqlı deyil, – qadın cavab verdi, – mənim öz fikrim var.
- Əsas odur ki, hansı qapını döydüyünü biləsən.
H
redaktə- Heç nəyi ağrısız sağaltmaq olmur.
- Hər bir ağ adama səbəb olmadan qara adamı öldürmək səlahiyyəti vermək azmış kimi, yeni qaydalara görə istənilən ağaya öz qulunu şil-küt etdiyi, ya da ölənə qədər döydüyü halda təzminat düşür...
- Hər halda onlara elə gəlir ki, istənilən xalaqın taleyinə edə biləcəyi qədər günah yazılıb.
- Həyatda geri qayıdan hər şey adamı ağrıdır.
K
redaktə- Kimi isə – əsasən, doğma övladlarını – çox sevmək təhlükəlidir. Təcrübə göstərir ki, bunu az-az, tədricən etmək lazımdır. Onsuz da gec-tez sənin sevgin alt-üst olur və onu kəfənə bürüyüb bir dəliyə atırlar. Bax bu səbəbdən başqa bir sevgi üçün özündə güc saxlamalısan.
- Kişi – sadəcə kişidir. Amma oğul – hə, bax bu, doğrudan da başqa şeydir.
Q
redaktə- Qadın – bu çox ciddi məsələdir və adamın bəxti gətirsə üçqat uduş qazanır: yaxşı yemək, yaxşı seks və yaxşı həmsöhbət. Təəssüf ki, kişilərin əksəriyyətini sadəcə bir şey qane edir.
O
redaktə- O səni sevmədiyi üçün sən dəyərsiz olduğunu düşünürsən. Düşünürsən ki, o, artıq səni istəmədiyi üçün onun haqlı olduğunu - sənin haqqındakı mühakimə və rəyinin doğru olduğunu düşünürsən. Əgər səni çölə atırsa, deməli zibilsən. Onun sənə aid olduğunu düşünürsən, çünki ona aid olmaq istəyirsən. Etmə. Bu, "aid olmaq" pis bir sözdür. Xüsusilə onu sevdiyin birinə aid edəndə. Sevgi belə olmamalıdır. Buludların dağı necə sevdiyini heç görmüsünüzmü? Onlar onun ətrafında dövrə vururlar; bəzən buludlara görə dağı belə görə bilmirsən. Amma bilirsən nə baş verir? Yuxarı qalxırsınız və nə görürsünüz? Dağın başını. Buludlar heç vaxt dağın başını örtməz. Başı içəri girir, çünki buludlar ona icazə verir; onu bağlamırlar. Onu gizlətmək və ya bağlamaq üçün heç bir şey olmadan başını dik tutmağa icazə verdilər. Bacararsan bir insana sahib olma. Sahib olmadığınız şeyi itirə bilməzsiniz. Tutaq ki, siz onun sahibi oldunuz. Sənsiz tamamilə heç kim olmayan birini həqiqətən sevə bilərdinmi? O, sənə sənin özünə dəyər verdiyin qədər dəyər verə bilməz.
Ş
redaktə- Şüşə boşalıbsa, hər hansısa plan mənasızdır, – Ştamp fikirləşdi, amma bilmirdi ki, əyyaş qadına “içmə” deməyin xeyri yoxdur.
U
redaktə- Uşaqlara nə var ki… onlar fil ayaqları altda qalan ot kimidir, dikəldin – həyat davam edir.