Uilyam Bleyk (ing. William Blake; 28 noyabr 1757-ci il, London — 12 avqust 1827-ci il, London) — ingilis şairi və rəssamı, mistik.

Uilyam Bleyk (1807)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Axmaq və ağıllı adam eyni ağaca baxanda fərqli ağaclar görürlər.
  • Aktiv pislik passiv xeyirdən yaxşıdır.

D redaktə

  • Daha çox öyrəndiyimiz zaman bildiyimiz hər şeyin mənası və ya əlaqəsi eyni olmayacaq.
  • Düşmənə bəslədiyin kini körükləmə, yoxsa özün də yanarsan.
  • Düşməni əfv etmək dostu əfv etməkdən asandır.

Ə redaktə

  • Əbədiyyət zamanın əsərlərinə aşiqdir.
  • Əkin zamanı öyrənin, biçin zamanı öyrədin, qışda sevinin.

F redaktə

  • Fikrini heç vaxt dəyişdirməyən insan, dayanmış suya bənzəyir və ağlın sürünənlərini yetişdirir.

G redaktə

  • Göl suyu toplayır, bulaq paylayır.

H redaktə

  • Həbsxanalar qanun daşlarından, fahişəxanalar dinin kərpicindən tikilir.
  • Hiyləgərlik qorxaqların gücüdür.

X redaktə

  • Xristianlıq incəsənətdir, pul deyil. Pul onun lənətidir.

İ redaktə

  • İdrak qapıları təmizlənsəydi, insana hər şey olduğu kimi, sonsuz görünərdi.
  • İndi artıq isbat olunmuş şeylər əvvəlcə ancaq təxəyyüldə mövcud olmuşdu.

Q redaktə

  • Qartal heç vaxt qarğadan öyrənməyə razılaşdığı qədər vaxt itirmədi.

M redaktə

  • Mən bir sistem icad etməliyəm, yoxsa başqasının sistemi məni əsarət altına alacaq.
  • Mərdliyi az olanın bicliyi çox olar.
  • Mərhəmətin, sevginin, şəfqətin yaşadığı yerdə Allah da var.
  • Minnətdarlığın özü cənnətdir.

P redaktə

  • Pis niyyətlə deyilən bir həqiqət uydura biləcəyiniz bütün yalanları alt-üst edir.

S redaktə

  • Sevgi ilahi qüdrətin insan formasıdır.
  • Sevinc mayalandırır, kədər doğurur.
  • Siz deyirsiniz ki, mən kiminsə fikirlərimi açıqlamasını istəyirəm. Ancaq bilməlisiniz ki, böyük olan şey mütləq qaranlıqdır. [...] Açıqlana bilən... mənim qayğıma dəyməz. Qədimlərin ən müdrikləri o qədər də aydın olmayanı təlimat üçün ən münasib hesab edirdilər, çünki bu, bacarıqları hərəkətə gətirir.

T redaktə

  • Təkmilləşmə yolları düzəldir; əyri-üyrü yollar isə dahilər üçündür.

Z redaktə

  • Zamanın xarabalıqları əbədiyyətə malikanələr tikir.

İstinadlar redaktə