Vikisitat:Nəzakət

(Vikisitat:N səhifəsindən yönləndirilmişdir)

Vikisitatda nəzakət — Vikisitatda istifadəçilərin əməl etməli olduğu qaydalar toplusudur və nəzakətsizlik (kobudluq) hallarının qarşısını almağa yönəlmişdir. Nəzakətsizlik dedikdə Vikisitatçı "şəxsiyyəti hədəfə alan, münaqişə və stress mühiti yaradan davranış" başa düşməlidir.

Nəzakət prinsipi Neytral nəzər nöqtəsi prinsipindən sonra Vikisitatnın ən mühüm prinsiplərindəndir. Neytral mövqedən çıxış etməyən istifadəçinin hərəkəti nəzakətsizlik kimi təsnif oluna bilər.

Hansı əməllərə görə istifadəçi bloklana bilər

redaktə
  1. Kobudluq etdikdə. "Sənin məqalən bir qəpiklikdir", "məqalə zibilliyə atılmalıdır" və s. ifadələr işlədərək istifadəçini alçaltmaq.
  2. Şəxsiyyətə yönəlmiş təhqirlər. Qarşı tərəfi "millətçi", "homoseksual", "homofob" və buna bənzər ifadələrlə adlandırmaq və ya hər hansı radikal qrupa aid olduğunu sübut olmadan iddia etmək.
  3. "Mən sizdən üstünəm", "sizdən daha layiqəm", "sizdən aktivəm", "sizdən ağıllıyam" və bu zəmində ifadələr işlətdikdə.
  4. Hökmlü, ədalı tonda digər istifadəçilərə göstərişlər verdikdə.
  5. Zəif biliklərinə və təcrübəsizliklərinə görə hansısa istifadəçiləri ələ saldıqda.
  6. "Özünüzə götürməyin, ...", "Kobudluq olmasın, ...", "Sizi təhqir etmək istəmirəm, amma deməliyəm ki, ..." formasında başlayan müraciətlər.
  7. Yalan danışmaq və ya kimisə aldatmaq.
  8. Əsassız ittihamlar. Yəni, əsaslı şübhə yaradan sübut olmadan istifadəçini günahlandırmaq.
  9. İstifadəçilərə məhəl qoymamaq ("görməmişəm, eşitməmişəm").
  10. İstifadəçilərə dini, irqi, milli, cinsi, cinsi təmayül xüsusiyyətlərinə görə şəxsi hücumlar (ad hominem).
  11. İstehza, rişxənd, acılama, sancma, sataşma.
  12. Qeyri-etik ifadələr işlətmək.
  13. Başqalarının şəxsi istifadəçi, istifadəçi müzakirəsi səhifələrinə və mesajlarına müdaxilə etmək (idarəçilərin apardıqları texniki əməliyyatlardan başqa).
  14. İstifadəçilərə təhqiramiz adlar vermək və ya onları əsassız olaraq vandal adlandırmaq.
  15. Müəyyən məqsədə çatmaq üçün saxtakarlıq etməkdə. Saxtakarlıq dedikdə başqasının əvəzinə səs vermə, səsverənlərin sayını hesablayarkən səsvermə hüququ olmayan istifadəçilərin səsinin sayılması, istifadəçinin yazdıqlarını təhrif edərək fərqli şəkildə təqdim edilməsi və s. xoşagəlməz hallar nəzərdə tutulur.

Nəzakətsiz, qeyri-etik fəaliyyətin qarşısını almaq üçün

redaktə
  • Redaktələr müharibəsinin, münaqişələrin sonu görünmürsə, onların qarşısı idarəçilər və digər fəal istifadəçilər tərəfindən alınmalıdır;
  • İstifadəçilər arasında mübahisələrin dərinləşməsinə yol verilməməlidir. Odur ki, idarəçilər münaqişənin başlandığı andan müdaxilə etməlidirlər ki, gərginlik artaraq çıxılmaz vəziyyət yaratmasın.
  • Konsensus əldə edilmədikdə tərəflər arasında mübahisələrə fasilə verilməsi təklif edilməlidir (fasilə hər iki tərəfə təklif olunmalıdır);
  • Konsensus əldə edilmədikdə idarəçilər tərəfindən hər iki tərəfə mübahisə yaradan bu tip mövzulu məqalələrdə redaktə edilməsinə müəyyən müddətə qadağa qoyula bilər.

Nəzakətsiz, qeyri-etik rəftara məruz qalan istifadəçi nə etməlidir

redaktə
  • Kobudluğa kobudluqla, təhqirlə cavab verməyin;
  • Münaqişəni dərinləşdirməyin, səbrli olun;
  • Sizə qarşı kobudlu, təhqir edildikdə İdarəçilərə müraciət edin və vəziyyəti izah edin;
  • Təhqirə cavab vermək məcburuyyətindəsinizsə bunu bacardıqca yumuşaq və təmkinlə edin;
  • Vikicəmiyyətin sizin mübahisənizi izlədiyini unutmayın, onun rəğbətini qazanmağa çalışın (kobud və nəzakətsiz istifadəçiyə heç kim rəğbət bəsləməz);
  • Mübahisəni daha korrekt stilə yönəldin;
  • Münaqişə "zonasından" müvəqqəti ayrılın, fəaliyyətinizi Vikisitatın digər məqalələrinə, layihələrinə yönəldin;
  • Mübahisələrinizdə "Təşəkkür edirəm", "Hörmətlə", "Üzr istəyirəm", "Zəhmət olmasa", "Sizin fəaliyyətinizi qiymətləndirirəm" və s. bu kimi ifadələrdən istifadə etməyə çalışın;
  • İstifadəçiyə qarşı olan şəxsi xoşagəlməz münasibətinizi büruzə verməməyə çalışın.

Qeyri-etik yazıların silinməsi

redaktə

Əgər münaqişəyə istifadəçinin digər istifadəçiyə qarşı qeyri-etik müraciəti səbəb olmuşdursa, istifadəçi yazdığı qeyri-etik mətnin üzərindən xətt çəkərək, səhv etdiyini boynuna almaqdan çəkinməməlidir. Öz səhvini boynuna almaq istifadəçiyə qarşı hörməti artırar, gərginliyi aradan qaldırar.

Üzr istəmək

redaktə

Üzr istəmək bəzən problemin tam həllinə yardım etməsə də yaranan gərginliyin azalmasına, istifadəçilər arasında soyuqluğun aradan qaldırılmasına yardım edə bilər. Əgər üzr istəyərkən istifadəçi qəsdən təhqirli ifadələrdən istifadə edirsə və onun guya üzr istədiyini göstərən yazılar gərginliyin daha da artmasına səbəb olarsa istifadəçinin bloklanma ehtimalı vardır.

Həmçinin bax

redaktə