Vikisitat:Vikiləşdirmə
Vikiləşdirmə — mətnlərə viki-işarələrin əlavə edilməsi və ya düzəliş edilməsi prosesidir. Bununla bağlı daha ətraflı məlumat əldə etmək üçün Vikisitat:Mətnlərin redaktə qaydaları ilə tanış ola bilərsiniz.
Vikiləşdirmə dedikdə, mətnə daxili və xarici keçidlərin yerləşdirilməsi, mətnin bölmələrə ayrılması, kateqoriyaların və şablonların yerləşdirilməsi, mətnin vizual görünüşünü yaxşılaşdırmaq üçün teqlərdən istifadə, həmçinin yazı üslubunun ensiklopedik üsluba uyğunlaşdırılması və s. əlavə və düzəlişlər nəzərdə tutulur.
Hər bir istifadəçi mətnləri vikiləşdirə bilər. Həmçinin digər istifadəçilərin diqqətini cəlb etmək üçün vikiləşdirilməsinə ehtiyac olan məqalələrə {{Vikiləşdirmək}} şablonu əlavə edilə bilər.