Virciniya Vulf
Vircinia Vulf (1882-1941) — İngilis yazıçısı, modernizm ədəbi cərəyanının qurucularından biridir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
BRedaktə
- Başqalarının gözləri bizim zindanlarımızdır; başqalarının düşüncələri bizim qəfəslərimizdir.
- Başımı pəncərədən içəri çəkərkən zehnin çox sirli bir orqan olduğunu düşündüm. Ona çox güvənirik, amma haqqında heç nə bilmirik.
- Belə bir dünyaya necə uşaq gətirmək olar? Nə haqla əziyyəti çoxaldırıq? Uzun müddətli sevgilərin olmadığı, zəif duyğuların ardınca oradan-buraya sürünən bu zövq düşkünü heyvanların soyunu hansı haqla davam etdiririk?
- Bəziləri keşişlərə üz tutur, bəziləri poeziyaya. Mənsə dostlarıma üz tuturam.
- Bildiyim heç bir şeyin ölümə qarşı şansı yoxdur.
- Bir xəyalı öldürmək, bir həqiqəti öldürməkdən daha çətindir.
- Bir qadın kimi ölkəm yoxdur. Bir qadın kimi ölkəmin olmağını istəmirəm. Bir qadın kimi bütün dünya mənim ölkəmdir.
DRedaktə
- Düşünmək mənim mübarizəmdir.
HRedaktə
- Həyat röyadır, oyanmaq bizi öldürür.
- Həyata necə başlayırsan başla, sonda əlində qürur və axmaqlıq qalır. Halbuki həyatdan nələr istəmişdik…
- Həyata nə ilə başlamağımızın fərqi yoxdur, əlimizdə həmişə az şey qalacaq.
- Həyatdan qaçaraq rahatlıq tapa bilməzsiniz.
- Həyatın üzünə bax. Həmişə həyatın üzünə bax. Nə olduğunu bilmək, onu olduğu kimi sevmək üçün həyatın üzünə bax.
- Həyatlarını könüllü yaşamaq istəyən qadınlarla evlənməyi məsləhət görmürəm.
- Hər kəs öz keçmişini qəlbi ilə bildiyi bir kitabın səhifələri kimi bağlı saxlayar. Və dostları, sadəcə onun ön sözünü oxuya bilər.
XRedaktə
- Xoşbəxtliklə melanxoliyanı bir-birindən ayıran cizgidən daha nazik heç nə yoxdur.
KRedaktə
- Kitablar ruhun aynasıdır.
QRedaktə
- Qadın kişilər haqda düşündüyü müddətcə, heç kim qadının fikirləşməyinə qarşı çıxmır.
- Qadınlar həmişə ataları ilə qürur duyurlar.
- Qadınlar kişilər kimi yazıb, kişilər kimi yaşayıb, yaxud kişilərə oxşasalar, heyif olar. Axı dünyanın böyüklüyü və fərqliliyinə nəzərən iki cins nədir ki?! Niyə bir cinsə məhkum olaq?!
- Qadının qəlbi məzar kimidir, girən bir də çıxmaz. Kişi qəlbi dükan kimidir, girən-çıxanın hesabı olmaz.
- Qəlbin yanında beynin nə əhəmiyyəti var idi?
MRedaktə
- Melanxoliya – qış gecəsinin səsidir.
NRedaktə
- Necə qəribədir! İnsan poçtdan vacib bir şey çıxmayacağını bilir, amma yenə də dörd gözlə məktub gözləyir.
- Neçə dəfə yaşadığımız anın dəyərini bilmədiyimiz üçün gələcəkdən imtina etmişik, neçə dəfə qiymətini bilmədiyimiz, indi olduğumuzdan daha parlaq bir gələcəyi əlimizdən qaçırmışıq.
- Nə xoş bir gözəlliyi vardır, asta addımlarla dünyadan köçənlərin.
- Nə qədər az görsək, o qədər çox inanarıq.
ÖRedaktə
- Öz adını qeyd etmədən bu qədər şeir yazan “Anonim” böyük ehtimalla qadın olub.
- Özü haqda həqiqətləri deməyən çətin ki, başqalarının həqiqətlərini deyə bilə.
PRedaktə
- Pul qazanın. Özünüzə aid bir otaq və boş vaxt yaradın. Ən əsası yazın. “Kişilər nə düşünər?” deyə fikirləşmədən yazın!
SRedaktə
- Sevgi – qadının mövcudiyyətidir.
- Sevmək insanları tənha edir.
TRedaktə
- Tərcümədə ən birinci yumor itir.
YRedaktə
- Yalnız məndən çox əziyyət çəkən insanların olduğunu düşünmək mənə təsəlli verir və bu xəstə bir eqoistlikdir.
- Yaşadığımız sevgilər, sevgililər həyatımızı dəyişdirir. Səhvlərlə dəyişmiş həyatımızı yenidən alt-üst edir...
- Yaşamaq niyə uçurumun yanından keçən dar yol kimidir?!
- Yazmaq seks kimi bir şeydir. Əvvəlcə bunu sevgi üçün, sonuncusu dostlarınız üçün və sonda pul üçün edirsiniz.
ZRedaktə
- Zərəri yoxdur, xəyal qırıqlığı məni cilovlayan ən yaxşı müalicədir.