Həyat: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur Teq: Geri qaytarıldı |
Redaktənin izahı yoxdur Teq: Geri qaytarıldı |
||
Sətir 155:
== İ ==
* İnanıram ki, həyat bir çay kimidir və insanların çoxu əslində hara getmək istədiklərinə heç vaxt qərar vermədən o çaya tullanırlar. Beləliklə də çox qısa müddətdə axınla yaxalanırlar: hadisələrin axını qorxular, çətinliklər cərəyanına çevrilir. Çayın qollara bölündüyü yerə çatdıqda, şüurlu şəkildə hara getmək istədiklərinə və hansı istiqamətə uyğun gəldiklərinə qərar vermirlər. Sadəcə "suyun onları apardığı kimi gedirlər". Öz dəyərləri əvəzinə hadisələrin idarə etdiyi bir insan kütləsinin bir hissəsi olurlar. Bir gün qəzəblənmiş suyun səsi ilə oyanana qədər onlar həmin şüursuz vəziyyətdə qalırlar. Sonra, Niaqara şəlaləsindən iki metr aralıda, sükansız bir gəmidə olduqlarını kəşf edirlər. O anda deyirlər: "Vay, cəhənnəm!" Amma çox gecdir. Düşmək üzrədirlər. Bəzən emosional bir düşmədir. Bəzən düşmə fiziki olur. Çox güman ki, çaya atılmamışdan əvvəl hazırda həyatda sizə ağırlıq verən şeylərin baş verməməsi üçün daha yaxşı bir qərar qəbul edə bilərdiniz. [[Antoni Robins]]
* İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. <ref>[https://oxubil.info/menali-sozler/deyerli-sozler-deyerli-kelamlar/ Dəyərli sözlər]</ref> [[Volter]]
* İnsan, ömrünün çox hissəsini gənclik illərində qazandıqlarını ürəyindən çıxarıb atmağa sərf edir və bu proses həyat təcrübəsi qazanmaq adlandırılır. [[Onore de Balzak]]
* İnsanda yaxşı nə varsa, günəşin şüalarında və anasının südündədir -bizdə həyat məhəbbətini doğuran budur. [[Maksim Qorki]]
|