Çiçəklər



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Antisemitizm, yəhudi xalqına nifrət bəşəriyyətin ruhunda ləkə olub və qalır. Biz bu məsələ ilə tam razıyıq. Buna görə də bunu bilin: antisionizm mahiyyətcə antisemitizm deməkdir və həmişə belə olacaq. Bu niyə belədir? Bilirsiniz ki, sionizm yəhudi xalqının öz torpaqlarında yaşamağa qayıtmaq arzusu və idealından başqa bir şey deyil. Yəhudi xalqı, Müqəddəs Yazılar bizə deyir ki, müqəddəs torpaqda, öz vətənində çiçəklənən birlik içində yaşayırdılar. Onları oradan Rəbbimizi belə amansızlıqla qətlə yetirən Roma tiranı qovmuşdu. Vətənindən qovulmuş, milləti külə dönmüş yəhudi xalqı dünyanı dolaşmağa məcbur oldu. Yəhudi xalqı onlara hökmranlıq etməyə gələn hər bir tiranın əlindən dönə-dönə əzab çəkdi. Bütün bəşəriyyətin bu ayrılmaz hüququnu əziz tutan hər kəs üçün bunu başa düşmək, yəhudi xalqının qədim İsrail torpağında yaşamaq hüququnu dəstəkləmək çox asan olmalıdır. Bütün yaxşı niyyətli insanlar Allahın xalqının onlardan oğurlanmış torpağa sevinclə qayıtması vədinin yerinə yetməsinə sevinəcəklər. Bu sionizmdir, nə çox, nə də az. Martin Lüter Kinq

B redaktə

  • Biz çiçək yoluruq sevir və ya sevmir deyə. Həyat da bizi yolur əslində, dayanacaq və ya dayanamayacaq deyə. Pol Oster

Ç redaktə

  • Çiçək gah açıqdır, gah da pünhandır, Ağac gah geyimli, gah da üryandır. Sədi Şirazi
  • Çiçək, mən səni divarın çatından qoparmışam, sənin kökünü və bütünlüklə səni öz əlimdə tutmuşam. Lakin əgər mən dərk edə bilsəydim ki, sən, sənin kökün və başdan-başa sənin özün nəsən, onda mən anlaya bilərdim ki, insan nədir və Allah nədir. Alfred Tennison
  • Çiçək solmağa başlamışsa, diqqət yetirin, saxsı mütləq çatlamışdır. Erix Fromm
  • Çiçəyin ləçəklərini qoparmaqla sən onun gözəlliyini əldə etmirsən. Rabindranat Taqor
  • Çiçəklər olmayan yerdə, insanlar yaşaya bilməz. Napoleon Bonapart

D redaktə

  • Dünyanı tam halında yaşamaq olmur; o damla-damla, çiçək-çiçək yaşanır. Əbu Turxan

Ə redaktə

  • Əgər bədənimiz öldürülmüş heyvanların dəfn edildiyi canlı qəbirdirsə, dünyada sülhün bərqərar olacağına, yaxud çiçəklənəcəyinə necə ümid etmək olar? Lev Tolstoy
  • Əgər istedad öz cəhdləri və səyləri səviyyəsində olmaq üçün özündə kifayət qədər güc hiss etmirsə, o zaman siz ondan meyvə gözləsəniz də, o yalnız barsız çiçək açacaq. Vissarion Belinski
  • Ən gözəl çiçək, ən tez solandır. Andre Gid
  • Ərsiz qız, çiçək kimi kökü üstə quruyar. İndoneziya atalar sözləri

G redaktə

H redaktə

X redaktə

  • Xoşbəxtliyin birinci və hamının qəbul etdiyi şərti təbiətlə insanın vəhdəti, yəni açıq səma, günəş şüaları altında, təmiz havada insanın torpaqla, çiçəklərlə, heyvanlarla ünsiyyətidir. Lev Tolstoy

İ redaktə

  • İnsan daş kimi bərk, çiçək kimi zərifdir. Əfqan atalar sözləri
  • İnsanlar bir-birilərinə gül-çiçək bağışlayırlar, çünki onlarda məhəbbətin həqiqi mənası öz əksini tapır. Kim ki, çiçəyə sahib olmaq istəsə, tezliklə görəcək ki, o, solacaq və öz gözəlliyini itirəcək. Kim ki, güllərə sadəcə çəmənlikdə baxır, onları ömürlük əldə edir. Paulo Koelyo

Q redaktə

M redaktə

  • Məgər yeraltı qaranlığa düşən işığın şüası, yaxud dağılmış divarın daşlarının arasından çıxaraq insana ümid və təsəlli verən çiçək həyatın əlamətləri deyilmi? Rəşad Nuri Güntəkin
  • Mən ağaca dedim: “Mənə Allah haqqında danış”. Və o, çiçək açdı. Rabindranat Taqor
  • Mən əlbəttə ki, çiçəklərsiz də keçinə bilərəm. Amma onlar özümə hörmət etməkdə mənə kömək edirlər. Çünki, onlar gündəlik qayğıların əl-qolumu bağlamadığını sübut edirlər. Onlar mənim azadlığımın sübutudur. Rabindranat Taqor
  • “Mən şeh damlamı itirdim”, - deyə çiçək bütün ulduzlarını itirən sübh çağına şikayət edir... Rabindranat Taqor
  • Mənəviyyat həqiqətlərin çiçək açmasıdır. Viktor Hüqo

S redaktə

  • Sənin günəş işığın bahar çiçəklərinin açılmasına bir an belə şübhə etmir və qəlbimdəki qış günlərinə gülümsəyir. Rabindranat Taqor
  • Susuz çiçək açmaz, sevgisiz də xoşbəxtlik yoxdur. Maksim Qorki

T redaktə

  • Təbiəti seyr edərkən riqqətə gəldiyimiz və heyran olduğumuz anlar heyvan, ağac, çiçək, torpaq olduğumuz vaxtların xatirəsidir. Daha dəqiqi, bu, zamanla bizdən gizlədilən, hər şeylə vəhdət olduğumuz şüurumuzdur. Lev Tolstoy

V redaktə

  • Vaxtsız çiçək açan arzular bar verməz. Əbu Turxan

Y redaktə

  • Yalnız təvazökarlıq, sadəlik, təbiilik, başqası ilə müqayisə etməmək… Hər kəs bəznərsizdir; müqayisə etmək qeyri-mümkündür! Bir qızılgülü bir məxmər gülü ilə necə müqayisə edə bilərsən? Hansının üstdə, hansının aşağıda olduğunu necə söyləyə bilərsən? İkisinin də özünə xas gözəlliyi vardır və ikisi də çiçək açmış; günəşdə, küləkdə, yağışda rəqs etmiş; həyatını tam mənası ilə yaşamışdır. Oşo

Mənbə redaktə

İstinadlar redaktə