A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağızıyla quş tutsa da sevə bilmədiyim insanlar var! Bir də məni öldürsə belə sevməkdən imtina edə bilmədiklərim.
  • Allaha əmanət ol, dedi və getdi. Güldüm.. Onsuz da başqa kimim var ki?
  • Anamın "Allah bəlanı versin" dediyi gün tanış olmuşduq sənnən.

B redaktə

  • Bax, nə edirlərsə etsinlər, daim çox sevdiyin insanlar var ha, ən çox onların səni üzməsi necə də qəribədir.
  • Bəzən ehtiyacı olur insanın, sevildiyini bilməyə..

H redaktə

  • Hesabını verə bilməyəcəyiniz işlər etməyə cəhd etməyin.. Çünki o biri tərəfdə qab-qacaq yudurtmurlar.

İ redaktə

  • İlk təəssürat çox əhəmiyyətlidir.. İlk iki dəqiqə böyük bir ürəyi olduğunu fikirləşərsən; Sonra bir ömür o ürəkdə, ilk iki dəqiqəni axtararsan.
  • İstədiyin qədər həyatımın küncündə, qırağında. Amma təəssüf ki, bir daha əsla mərkəzində olmayacaqsan.

M redaktə

  • Mən dostlarımı heç satmadım! Çünki; Ya beş qəpik etməz çıxdılar, ya da qiymətsiz..

N redaktə

  • Nə vaxt ki dinlədiyiniz mahnılar sizə onu xatırlatmaz, ancaq o zaman həyatdan bir dad ala bilərsiniz.

S redaktə

  • Səsini xatırlamıram belə; Amma söylədikləri hələ də ağılımdadır.

Ş redaktə

  • Şübhəsiz ki, Allah hər şeyi bilir, səni necə sevdiyimi də...

T redaktə

  • Tək peşmanlığım sözlərimə belə layiq olmayan insanlara, saatlarla cümlələr qurmağımdı.

Ü redaktə

  • Ümidini itirmə bəlkə dönər.. Amma çox da ümidli olma; Bəlkə də getdiyini səndən daha çox sevər.

V redaktə

  • Varsa qarşılığı, sonuna qədər gedəcəksən! Amma yoxdursa qarşılığı; İlk döngədən dönəcəksən.

Y redaktə

  • Yadıma düşmə deyə dinləyə bilmədiyim mahnılarım var mənim.

İstinadlar redaktə