İnternet

qlobal bağlanmış kompüter şəbəkələri sistemi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B redaktə

  • Biz konstitusion hüquqlarımız arasında, məsələn, mətbuat azadlığını nəzərə alırıq. Biz, əlbəttə ki, bu hüququ ləğv etmək istəmirik; siyasi hakimiyyətin təmərküzləşməsinin məhdudlaşdırılması və hər hansı bir qanunsuzluğu ictimai şəkildə ifşa etməklə onu nəzarətdə saxlamaq üçün çox mühüm vasitədir. Ancaq bir fərd olaraq adi vətəndaşa azadlıq çox az fayda verir. Kütləvi informasiya vasitələri əksər hallarda sistemə inteqrasiya olunmuş iri təşkilatların nəzarəti altındadır. Pulu az olan hər kəs mətni dərc edə və ya internetdə və ya bu kimi şeylərdə yaya bilər, lakin onun dedikləri medianın hazırladığı nəhəng materialın altında qalacaq, ona görə də onun heç bir praktiki təsiri olmayacaq. Ted Kazinski

Ə redaktə

  • Əgər ehtiyac içində yaşayırsınızsa, onda maliyyə problemlərini həll edin. İnternetdən istifadə edin, o sizə hərraclarda nəyisə daha ucuz almağa imkan verir. Əgər siz hazırda əmək haqqından əmək haqqına yaşayırsızsa, onda bu dövrü iki həftə yerinə üç həftəyə kimi genişləndirin. Sonra, işlər yoluna girməyə başlayanda, 1 aylıq, sonra 3, 6 və nəhayət bir il irəli üçün planlaşdıra bilərsiz. Məqsəd –5 il irəlini planlaşdıracağınız ana çatmaq. Culian Smit

İ redaktə

  • İnternet dalğa kimidir. Kompüter sənayesi və bir çox başqaları su basacaq, orada üzməyi öyrənməyənləri boğacaq. Bil Geyts
  • İnternet ruh üçün düşərgədir. Merilin Menson
  • İnternet sadəcə dəbdir. Bil Geyts
  • İnternet şeytanın ruhudur. Uqo Çaves
  • İnternetdə vaxt keçirmək televiziya kanallarının daimi keçid kimi çox beyinsiz fikirdir. Stiven Hokinq
  • İnternetə, ünsiyyət vasitələrinin qloballaşmasına rəğbət üzündən itirilmiş ilk şey sərhəd anlayışıdır. Umberto Eko

Ş redaktə

  • Şübhəsiz ki, İnternet çoxlu imkanlar təqdim edir. Bu, demokratiyanın inkişafına kömək edir və insanların həyatlarına birbaşa təsir edən qərarların qəbulunda daha fəal olur. Mixail Qorbaçov

İstinadlar redaktə